124
velosipedlərdə). Enerjinin paylanmasına görə qrup, fərdi və çoxmühərrikli
intiqallar olur.
İpək – təbii toxuculuq lifləridir. İpəkqurdu tırtıllarının ipək vəzlərinin ifraz
etdiyi məhsuldur. Tut ipəkqurdundan alınan ipək sənaye əhəmiyyətlidir. İpəkqurdu
tırtılı iki elementar sap şəklində ipək hazırlayır. Tırtılın barama sapından düzəltdiyi
sıx ipək qabıq (barama) ipək almaq üçün xammalıdır. İpək nazikliyi,
hiqroskopikliyi, asan boyanması, xoş parıltısı ilə fərqlənir. Onun mexaniki
xassələri də yaxşıdır (qırılmada gərginliyi 40 kq/mm
2
, qırılmada uzanması 14–
18%). İpək qələvi təsirinə az, mineral turşuların təsirinə nisbətən çox davamlıdır,
üzvi həlledicilərdə həll olmur, işığın təsirinə çox davamlı deyil.
İplik – burulmaqla (bəzən yapışdırılmaqla) birləşdirilmiş liflərdən ibarət
sapdır. İpliklər liflərin növünə, işlədilmə yerinə, hazırlanma üsuluna, xassələrinə və
struktur xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. İplik pambıqdan, kətandan,
yundan, ipək tulantılarından, kiməyvi liflərdən və s. alınır. Qarışıq liflərdən
hazırlanmış ipliklər də olur.
İskənə – çarxlarda və tamasalarda müxtəlif konstruksiyalı diş açan alətdir.
İskənə dişləri kəsici vəzifəsini yerinə yetirən dişli çarx şəklində olur və tezkəsən
poladdan hazırlanır. İskənələr 5 tipdə olur: dairəvi düzdişli, dairəvi çəpdişli,
kasavarı düzdişli, quyruqlu düzdişli, quyruqlu çəpdişli. İskənə dəzgahının işlək
hissəsinə də iskənə deyilir.
İstehsal –
1) ehtiyaclarımızı ödəyəcək mal və xidmətlərin miqdarını və ya faydasını
artırmağa yönəldilən bütün fəaliyyətlərin məcmusudur. İstehsal ona görə lazımdır
ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və xidmətlər kifayət qədər
deyildir. Bunların miqdarını və faydasını artırmaq məqsədilə insan hökmən hər
hansı bir müəssisənin gücünə arxalanaraq, onları çoxaltmalı və istifadəsinə ən çox
ehtiyac duyulan yerlərə göndərməlidir. Hər hansı bir malın miqdarını artırmaq
istehsaldır
2)
maddi – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri maddi nemətlər
yaradılması prosesidir. İstehsal insan həyatının təbii şərti olub, digər fəaliyyət
növlərinin də maddi əsasıdır. İstehsalın məzmununu əmək prosesi müəyyən edir və
aşağıdakı 3 şərti nəzərdə tutur: məqsədəuyğun fəaliyyət, yaxud əməyin özü; əmək
predmeti. İnsanın məqsədəuyğun fəaliyyətinin yönəldiyi hər şey, əmək vasitələri
(ən əvvəl əmək alətləri). İstehsal insanların təbiətə münasibətidir. İstehsalın iki
tərfəi var:
məhsuldar qüvvələr və
istehsal münasibətləri. Bunların vəhdəti olan
istehsal maddi nemətlərin istehsal üsulunu təşkil edir və mövcud cəmiyyətin
xarakterini müəyyənləşdirir.
Dostları ilə paylaş: