Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafiq yerli fondlar və s. yaradılır. Həmin fondlar büdcədənkənar olsalar da özünəməxsus səciyyə daşıyırlar və “xüsusi fondlar” adı altında nəzərdən keçirilir. Bir sıra ölkələrdə xüsusi iqtisadi fondlar, hərbi-siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır.
Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur. Burada toplanmış vəsaitlərin həcmi olduqca böyükdür. Belə ki, Fransada xüsusi fondlar həcminə görə ölkənin dövlət büdcəsinə yaxındır, Yaponiyada xüsusi fondlardan dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1∕3-i maliyyələşdirilir.
İnkişaf etmiş ölkələrdə büdcədənkənar fondlar
Hazırda bütün dövlətlərdə, 6 cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə də büdcədənkənar fondlar yaradılmaqla iqtisadi və sosial sahədə baş verə biləcək çətinliklər aradan qaldırılır. Büdcədənkənar fondlar ilk dəfə ABŞ-da yaradılmış, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır. Büdcədənkənar fondlar dövlətin müxtəlif mənbələrdən maliyyə ehtiyatlarının toplanmasına və həmin ehtiyatlar hesabına özünün sosial iqtisadi məsələlərini həll etməsinə şərait yaradır.
Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafiq yerli fondlar və s. yaradılır. Həmin fondlar büdcədənkənar olsalar da özünəməxsus səciyyə daşıyırlar və "xüsusi fondlar" adı altında nəzərdən keçirilir. Bir sıra ölkələrdə xüsusi iqtisadi fondlar, hərbi-siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır.