Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Fakültə; İqtisadiyyat və İdarəetmə



Yüklə 1,31 Mb.
səhifə6/7
tarix10.05.2023
ölçüsü1,31 Mb.
#110473
1   2   3   4   5   6   7
firma iqtisadiyyatı kopyası kopyası

“Xüsusi fondlar”

  • Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur. Burada toplanmış vəsaitlərin həcmi olduqca böyükdür. Belə ki, Fransada xüsusi fondlar həcminə görə ölkənin dövlət büdcəsinə yaxındır, Yaponiyada xüsusi fondlardan dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1/3-i maliyyələşdirilir.Xaricdə xüsusi fondlara müxtəlif muxtar və birləşdirilmiş büdcələr, büdcədənkənar fondlar, xüsusi smetalar və hesablar aiddir. Onlara hər şeydən əvvəl iqtisadi və sosial funksiyalar həvalə edilir. Dövlət fondların vəsaitlərindən istifadə edərək istehsal prosesinə qarışa bilər, müəssisələrə subsidiya, kreditlər və habelə borclar verə, əhaliyə sosial xidmət göstərə bilər.
  • Bir qayda olaraq xüsusi fondlar məqsədli xarakter daşıyır. Belə ki, sosial sığorta fondu sığorta olunanlara pensiya və müavinət vermək üçün, kredit fondları sahibkarlara və digər ölkələrə ssuda vermək üçün istifadə olunur.Xüsusi fondlar hüquqi vəziyyətinə (statusuna) və istifadə məqsədinə görə fərqləndirilir.Hüquqi vəziyyətinə (statusuna) görə xüsusi fondlar dövlət və yerli fondlara bölünürlər.
  • Dövlət xüsusi fondları mərkəzi hakimiyyət orqahlarının sərəncamında olur və daha əhəmiyyətli fondlar sayılır. Bu fondlara investisiya fondları, valyuta fondu, sosial sığorta fondu və başqaları aiddir.

Büdcədənkənar fondlarım artması

  • Büdcədənkənar fondların sayının artması bir sıra səbəblərlə izah olunur:
  • a. iqtisadiyyatın qeyri – sabitliyi şəraitində dövlətin təsərrüfat həyatına müdaxiləsi və sahibkarlığa maliyyə köməkliyi göstərməsi üçün əlavə vəsaitə ehtiyacı yaradılır. 
  • b. bu fondlar müstəqil olduqları üçün onun vəsaiti dövlət tərəfindən yeni mühüm, xüsusi diqqət tələb edən vəzifələrin yerinə yetirilməsinə yönəldilə bilər. Məhz ciddi məqsədli təyinata malik olan büdcədənkənar fondların təşkili səmərəli dövlət nəzaərtini təmin edir. 
  • c. büdcədənkənar fondlar müəyyən şəraitdə , daha doğrusu onların müsbət saldo qalığı olarsa büdcə kəsirinin örtülməsi üçün istifadə oluna bilər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin