Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə37/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   33   34   35   36   37   38   39   40   ...   161
t.kimya, 1,3

Volobuyev Vladimir Rodionoviç (1909-1987). O, SSRİ EA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvü olmuşdur. Kür-Araz düzənliyi torpaqlarında duzların miqrasiyası və onların genezisini təhlil edərək V.R. Volabuyev şorlaşmış torpaqların genetik təsnifatını vermişdir. Bu da şorlaşmış torpaqların genesizinə uyğun rayonlaşdırılmanı və meliorativ tətbirlərin işlənib hazırlanmasını mümkün etmşdir.
Abduyev Muxtar Rzaqulu oğlu (1926-1979). Azərbaycanın dağətəyi bölgəsinin delyuvial torpaqlarında tarla tədqiqatları və laboratoriya eksperimentləri ilə şorlaşma prosesini öyrənmışdir.
Əliyev Spartak Əli oğlu (1930-2008). Tədqiqat işlərinin əsasını torpaqda humuslaşma və humus turşularının əmələ gəlmə mexanizminə həsr etmiştir. Onun humus turşularının element tərkibi, bu turşularda H:C və O:C nisbətləri haqqında original fikirlərini bu sahə ilə məşğul olan bütün dünya alimləri qəbul etmişlər. Humus maddələrinin oksidləşmə dərəcəsini və müxtəlif qrup humus turşularının yanma istiliyini sovetlər imperiyasında heç bir alim C.Ə.Əliyev kimi dəqiq hesablaya bilməmişdir. Indi də dünya torpaqşünaslıq elmində Əliyev düsturu kimi işlənən formula haqqında qarşıdakı fəsillərdə bəhs edəcəyik. O, bundan başqa humus turşularının struktur fraqmentləri, humus turşularının hidrolizi, humus turşularının oksidləşməsindən sonra alınan məhsullar, humus turşularının struktur fraqmentlərinin balansı və s. haqqında apardığı tədqiqatlarla Torpaq kimyası elminə tövhəsini vermişdir.
Akademik M.R. Babayevin rəhbərliyi altında torpaqşünaslıq və aqrokimyanın problemləri üzrə bir çox elmi-tədqiqat işləri aparılır. Həmin problemlərdən biri – “Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəvi əsasları” məhz Torpaq kimyasının inkişafına həsr edilmişdi. Şəfibəyov Əsəd Balabəy oğlu (1909-1960). O, torpaq kimyası sahəsində SSRİ miqyasında çox güclü tədqiqatçı kimi tanınmışdır və onun torpağın kimyəvi analiz üsullarına dair işlədiyi yeni metodlar bu gün də müasir torpaqşünaslıqda qəbul olunur. Məlum olduğu kimi gübrələrdən səmərəli surətdə istifadə etmək üçün müxtəlif torpaqların aqrokimyəvi, kimyəvi və aqrofiziki xassələri, eləcə də kənd təsərrüfatı bitkilərinin kimyəvi tərkibi, bitkilərin bu və ya digər qida maddələrinə olan tələbatı təhlil edilərək öyrənilməlidir. Onun 1964-cü ildə nəşr etdirdiyi «Torpaq və bitkilərin aqrokimyəvi analiz üsulları» kitabında bu məsələlərin şərhi çox səlis formada verilmişdir. Kitab üç hissədən ibarətdir: birinci hissəsi torpağın analizə hazırlanması və onun kimyəvi analizi məsələlərinə, ikinci hissəsi torpağın fiziki xassələrinin təyin edilməsinə, üçüncü hissəsi isə bitki materiallarının kimyəvi analizi üsullarına həsr olunmuşdur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin