Pulun yığım funksiyası. Pul ümumi ekvivalent olmaqla, yəni onun sahibinə istədiyi əmtəəni almağı təmin etməklə ictimai sərvətin ümumi təcəssümçüsü olur. Ona görə də insanlarda onun yığılmağına və saxlanılmasına səy əmələ gəlir. Dəfinə (yığım) yaradılması üçün pul tədavüldən götürülür, yəni alqı-satqı əməliyyatı kəsilir. Lakin pulun sadə yığımı və saxlancı sahibinə əlavə gəlir gətirmir. Metal pul tədavülü şəraitində bu funksiya pul dövrüyyəsinə kor-təbii tənzimlənməsinin iqtisadi rolunu yerinə yetirirdi, yəni artıq pullar dəfinəyə gedir, pulun çatışmamazlığı isə dəfinə hesabına tamamlanırdı. Dəfinə funksiyasını tam qiymətli və real pullar-qızıl və gümüş yerinənə yetirirdi Əmtəə istehsalçıları pulu yığıb saxlayır ki, bu halda əmtəə müdiləsinin 2 (iki) metamorfozu –satqı (Ə-P) və alqı (P-Ə) aktları arasında qırılma olur, başqa sözlə əmtəənin satışı arxasınca digər əmtəənin satın alınması baş vermir, pul tədavüldən çıxır və dəfinəyə çevrilir. Kapitalizmdə sahibkara pulu saxlamaq əlverişli deyildir onu mənfəət əldə etmək üçün dövrüyyəyə buraxır. Bundan başqa müvəqqəti azad pul vəsaitlərinin cəmlənməsi kapitalın dövranının zəruri şərtidir. Məhz pul ehtiyyatlarının yaradılması ayrı-ayrı təsərrüfatçılıq subyeklərində yaranan pozuntuların, cəmiyyət miqyasında yaradılmış ehtiyatlar isə xalq təsərrüfatında baş vermiş disproporsiyaların aradan qaldırılmasını təmin edir. Qızıl etiyatların bu təyinatı hal-hazırda qızılın tədavüldən yığışdırılması ilə əlaqədar olaraq aradan qalxmışdır. Lakin qızıl mərkəzi bankların ehtiyatlarında, dövlətin xəzinəsində dövlət, valyuta orqanlarında cəmlənərək dəfinə rolunu oynamaqda davam edir. Qızıl ehtiyatlarının kəmiyyəti dövlətin sərvətini göstərir, rezidentlərin və xaricilərin milli pul vahidinə etibarını təmin edir. Ölkəmizdə qızıl ehtiyatı 1997-ci ilin yanvarın 1-ə 5 ton olmuşdur.Bu funksiyanın mühüm əhəmiyyəti ondadır ki, dəyər nişanlarının hökmranlığı şəraitində pul tədavülünü kor-təbii surətdə tənzimləmək rolu artıq itirilmişdir. İndi kredit pullar qızıl pul şəraitində olduğu kimi tədavül üçün lazım olan pulun miqdarını elastiki olaraq genişləndirə və ya azalda bilər.