Azərbaycan Respublikas Təhsil Nazirliyi


Pulun klassik funksiyaları



Yüklə 92,98 Kb.
səhifə4/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 405

Pulun klassik funksiyaları.

  • Pulun dəyər ölçüsü olması funksiyası .

  • Pulun tədavül vasitəsi funksiyası

  • Pulun yığım funksiyası.

  • Pulun tədiyyə vasitəsi funksiyası.

  • Dünya pulu funksiyası.

Pulun modern funksiyaları.

Pulun dəyər ölçüsü olması funksiyası .
Ümumi ekvivalent olan pulun vasitəsilə bütün əmtəələrin dəyəri ölçülür.Pul-əmtəələrdə cəmləşmiş əməyin kəmiyyət və keyfiyyətini ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Pulun özünün dəyəri vardır. Pulun dəyəri dəyişikliyə məruz qala bilər. Əmtəənin pulla ifadə olunan dəyərinə qiymət deyilir. Qızıl standartı zamanı qiymətlər əmtəənin dəyərindən asılı idi, çünki pulun-qızılın dəyəri nisbətən sabit idi. Kağız-pul və banknot sistemi şəraitində öz dəyərinə malik olmayan nişanların dəyərində ifadə olunur və ona görə də onlar əmtəələrin dəyərliliyini dəqiq əks etdirə bilmirlər. Buradan da eyni dəyərə malik olan əmtəələrin dəyərində fərqlər irəli gəlir ki, bu da əmtəə istehsalçılarının əmtəə istehsalı haqqında düzgün qərar qəbul etməsində çətinliklər doğurur. Dəyərcə müxtəlif olan əmtəələrin qiymətlərini müqayisə etmək üçün onları vahid miqyasa gətirmək zəruridir, yəni onları eyni pul vahidində ifadə etmək lazımdır. Qızıl tədavülü şəraitində qiymət miqyası müəyyən miqdarı qızıla bərabər olan pul vahidinin müəyyən edilməsini nəzərdə tuturdu. XX əsrdə pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur ki, bu da pul vadidində qızılın miqdarının azalmasında ifadə olunmuşdur. 1976-78-ci illərdə tətbiq edilmiş Yamayka valyuta sistemi qızılın rəsmi qiymətini və Beynəlxalq Valyuta Fondu (BVF) iştirakçı ölkələrinin pul vahidlərinin qızıl məzmununu ləğv etdi. Hal-hazırda bu ölkələrin rəsmi qiymət miqyasları kor təbii olaraq bazar mübadiləsində əmtəələrin dəyərini qiymətləndirmək vasitəsilə əmələ gəlir. Rusiyada və digər MDB ölkələrində 1992-ci ildən rubl ilə qızılın rəsmi nisbəti nəzərdə tutulmamışdır. Müasir dövrdə qızılın demonetazisiyası, yəni onun pul funksiyasını, o cümlədən həm də dəyər ölçüsü funksiyasının itirilməsi prosesi gedir.

Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin