Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə9/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
referat 405

Qızıl sikkə standartı. Qızıl sikkə standartında qızıl bütün pul funksiyalarını yerinə yetirir. Qızıl sikkə standartı kapitalizmin, azad rəqabət dövrünün tələblərinə daha çox uyğun gəlirdi, istehsalın, kredit sisteminin, dünya ticarətinin inkişafına, kapital gətirilməsinə kömək edirdi. Bu standart aşağıdakı əsas əlamətləri ilə xarakterizə olunur:

  • Ölkənin daxili dövrüyyəsində tam qiymətli qızıl sikkələr daxil olur, qızıl pulun bütün funksiyalarını yerinə yetirir.

  • Fərdi şəxslər üçün sərbəst qızıl sikkə kəsilməsinə icazə verilir.

  • Tədavüldə olan tam qiymətli olmadan pullar sərbəst və məhdudiyyətsiz qızıla xırdalanır.

  • Qızılın və xarici valyutanının sərbəst aparılması və gətirilməsinə,sərbəst qızıl bazrını fəaliyyətinə imkan verir.

  1. Qızıl külçə standartı. Bu onula səciyyələnir ki, banknotlar qızıl külçələrə mübadilə edilir. Ancaq burada, qızılın bilavasitə tədavülü yerinə qızılı təmsil edən banknotların tədavülü prosesidir. Banknotların qarşılıqlarının nə miqdar qızıl olduğu təsbit edilmişdir. Banknotların istənilən an qızıla çevrilmək imkanı vardır. Qızıl külçə standartı zamanı tədavüldə qızıl sikkə və onların sərbəst kəsilməsi yox idi.

  2. Qızıl valyuta (deviz)standartı. Qızıl valyuta standartının xüsusiyyəti ondan ibarətdir ki, banknotların devizlərlə, yəni qızıla dəyişdirilmiş xarici valyuta ilə mübadilə edilir. 1929-33-cü illərin dünya iqtisadi böhranı nəticəsində qızıl standartı bütün ölkələrdə ləğv edilmiş və xırdalanmayan banknot tədavülü möhkəmlənmişdir. Avstriya, Almaniya, Norveç, Danimarka və başqa ölkələrdə qızıl deviz standartı müəyyən edildi, hansı ki, burada da qızıl sikkənin tədavülü və onların sərbəst kəsilməsi yoxdur. 1929-33-cü illərin dünya iqtisadi böhranı nəticəsində bütün ölkələrdə qızıl standartı ləğv edildi. (məsələn, İngiltərədə 1931-ci ildə, ABŞ-da 1933-cü ildə, Fransada 1936-cı idə).1931-ci ildə funt-sterlinq və 1933-cü ildə dollar bloku fəaliyyətə başladı. 1944-cü ilin iyulun 22-də yaradılan Bretton-Vuds dünya valyuta sistemini dövlətlərarası qızıl deviz standartı sistemi idi. Bu valyutaları sərbəst dəyişdirən ölkələr üçün qızıl dollar standartı idi. Qızıl dollar standartının xüsusiyyəti ondan ibarətdir ki, o yalnız mərkəzi banklar üçün müəyyən edilmişdir. Yalnız bir vahid valyuta ABŞ dolları qızılla əlaqəsini saxlamışdır.


Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin