Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə2/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 405

Kağız pullar.-həqiqi pulların nümayəndəsidir. Onlar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi. Pulun təkamülü prosesində bir çox pul nəzəriyyələri fəaliyyət göstərmişdir. Lakin onlardan üçü əsas nəzəriyyə kimi tanınmışdır ki, onlar da aşağıdakılardır.

Bu nəzəriyyələr digər pul nəzəriyyələrinə nisbətən daha qədim tarixə malikdirlər.
Pul sistemi-hər bir ölkədə tarixən yaranmış və milli qanunlarla möhkəmləndirilmiş pul tədavülünün təşkil edilməsi formasıdır. Pul sisteminin yaranması XVI-XVII əsrlərdə kapitalist istehsal üsulunun həm də mərkəzləşdirilmiş dövlət və milli bazarın yaranması, təsdiqlənməsi dövrünə təsadüf edir. Azərbaycan müstəqil dövlət olduqdan sonra onun yeni pul sistemi təşəkkül tapmışdır. Azərbaycanda rəsmi pul vahidi manatdır. Hazırda dünyanın bir çox ölkələrində işlədilən “moneta” milli pul vahidinin adı o dillərə Şərqdən keçmişdir. Bu ad e.ə. Bisitun qayalarında mixi yazılarında “manat” , “monnat” kimi həkk olunmuşdur. Pullar iki formada ola bilər:

  • nəğd

  • nəğdsiz

Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülü üçün MB-a aşağıdakı vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

    1. Kağız və metal pulun istehsalının təşkilini, daşınmasını və saxlanmasını, onların ehtiyat fondlarının yaranmasını təmin edir. MB ehtiyatlar haqqında bilavasitə sərəncam verir, emissiya planları tələb edir. Azərbaycan Respublikasının iqtisadiyyatını kağız və metal pulla təchiz edir.

    2. Kredit təşkilatları üçün nağd pulun saxlanılmasını qaydasını müəyyənləşdirir.

    3. Banknotların istehsalı, daşınması və mühafizəsinin təşkili, həmçinin ehtiyat fondlarının yaradılması.

    4. Pul nişanələrinin ödəniş qabiliyyəti əlamətlərinin müəyyən edilməsi,zədələnmiş banknotların dəyişilmə və məhv edilmə qaydalarının müəyyən edilməsi .

MB pul emissiyasında müstəsna hüquqa malik olmaqla pul tədavülü sferasında tarazlığın təmin edilməsi üçün cavabdehdir. İqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi pul-kredit siyasətindən istifadə etmək məqsədilə MB bir çox vasitələrdən istifadə edir. Hazırda respublikamızın iqtisadiyyatı çox məsul bir dövrünü,keçid mərhələsini yaşayır. Lakin təsərrüfat mexanizminin təkminləşdirilməsi üzrə qarşıda qoyulmuş məsələlərin həllini çətinləşdirən bir sıra problemlər (iqtisadiyyatın pulla təminatı, bankdan kənar böyük məbləğdə nağd pul kütləsinin mövcudluğu, qarşılıqlı borclar və.s) hələ də qalmaqda davam edir.Pul tədavülünün mühüm miqdar göstəricilərindən biri olan pul kütləsinin ÜDM-da tutumu əvvəlki tək aşağı səviyyədədir. 1 yanvar 1998-ci ildə ölkəmizdə tədavülə pul kütləsi 1 trln 550 mlrd manata qədər olmuşdur. Dünya praktikasında dövrüyyədəki pul kütləsi ilə ölkənin ÜDM arasında optimal nisbəti mövcuddur. Avropa ölkələrində bu nisbət 80%-ə yaxın, ABŞ-da dolların dünya iqtisadiyyatında oynadığı xüsusi rola görə bu tutum 120% səviyyəsindədir. Valyuta bazrını daha da canlandırmaq, pul tədavülünü yaxşılaşdırmaq, milli pul vahidinin sabitliyini təmin etmək, onun xarici valyutalara qarşı məzənnəsini möhkəmləndirmək, istehsalın, ilk növbədə ixracat potensialının artırılmasına müəssisələrin marağını artırmaq və valyuta ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltmək üçün MB çevik valyuta siyasəti yeritməlidir. Manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin iqtisadi qaydada tənzimlənməsi davam etdirilməli, başqa sözlə manatın üzən məzənnəsinin formalaşmaına iqtisadi mühüt yaradılmalı, məzənnənin kəskin qalxmasına və yaxud düşməsinə yol verilməməlidir. Səmərəli pul tədavülü mexanizmini formalaşdırarkən əsas məsələ iqtisadi artımın təmin edilməsi üçün pul kütləsi artımının təmin edilməsi üçün pul kütıəsi artımının tənzimlənməsi və pul sisteminin fəaliyyətinin məqsədli istiqamətlərinin seçilməsi istiqamətlərinin seçilməsi əsas xətt kimi götürülməlidir.
Pul kütləsi dedikdə,tədavül prosesində olan pul nişanlarının cəmi başa düşülür.Pul kütləsi həcminin iqtisadiyyatın tələbatına uyğunluğu problemini həll etmədən,iqtisadiyyatın ardıcıl inkişaf problemini də sona qədər həll etmək mümkün deyil. Əgər pul kütləsi qiymətlərin artım sürətinə uyğun nisbətdə artarsa, onda hiperinflyasiya baş verə bilər. Azərbaycanda rəsmi pul kütləsi-M adı altında dörd aqreqatın məcmusunun hesab olunması qəbul edilmişdir.

  • M0-nağd pul kütləsi.

  • M1-MO üstəgəl tələb olunanadək depozitlər.

  • M2-M1 üstəgəl müddətli depozitlər.

  • M3-M2 üstəgəl SDV depozitləri.

1992-ci ildən başlayaraq dövrüyyədə olan pul kütləsinin həcmi iqtisadiyyatın normal fəaliyyəti məqsədilə inflyasiyanın aşağı salınması üzrə zəruri tədbirlər kimi nəzərdə tutulan lazımı kəmiyyətə qədər sıxışdırılırdı. Ölkədə mövcud olan pul kütləsi 2 hissədən ibarətdir.

Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin