Həqiq pullar. Dəyər nişanələri .
Həqiqi pullar-elə pullardır ki, onların nominal dəyəri (onlarda qeyd edilmiş dəyər) real dəyərinə, yəni hazırlandığı metalın dəyərinə uyğun gəlir. Metal pullar (mis, gümüş, qızıl) müxtəlif formaya əvvəlcə ədədi,sonra isə çəki məzmununa malik olmuşlar. Metal pul tədavülü sistemi zamanı pul sisteminin 2 növü vardır.
1.Bimetalizm 2.Monometalizm Bimetalizm-elə bir pul sistemidir ki, bu zaman dövlət ümumi ekvivalent rolunu 2 metalla –qızıl və gümüş ilə qanunvericilik yolu ilə təsbit edir. Hər iki metaldan sərbəst sikkə kəsilməsi və onların qeyri-məhdud miqdarda tədavüldə olması nəzərdə tutulur. İlk sikkələr təxminən 26 əsr bundan əvvəl Çində və qədim Lidiya dövlətində kəsilmişdir. Rusiyada XIX əsrdə və XX əsrin əvvəllərində dövrüyyədə sikkələrdən olduqca geniş istifadə edilirdi. Bimetalizmin 3 növü mövcud olmuşdur.
Paralel valyuta sistemi- bu zaman qızıl və gümüş sikkələr arasında nisbət kortəbii şəkildə müəyyən edilirdi.
İkili valyuta sistemi- həmin nisbətin dövlət tərəfindən müəyyən edildiyi sistemdir.
“Axsayan” valyuta sistemi- bu zaman qızıl və gümüş sikkələr qanuni tədiyə vasitəsi olur. Amma bərəbər əsaslarda yox, çünki qızıl sikkələrin sərbəst kəsilişindən fərqli olaraq gümüş və sikkələrin kəsilməsi qapalı qaydada həyata keçirilirdi. Kapitalizmin inkişafı sabit pul, vahid umumi ekvalent tələb edirdi. Buna görə də bimetalizm öz yerini monemetalizmə vermişdir.
Bimetalizm XVI-XVII əsrlərdə Qərbi Avropanın bəzi ölkələrində isə XIX əsrdə geniş yayılmışdır. 1865-ci ildə Latın Sikkəsi İttifaqı adlanan beynəlxalq müqaviləsinin köməyi ilə Fransa, Belçika, İsveçrə və İtaliya bimetalizmi saxlamağa cəhd etmişlər. Amma bimetalist pul sistemi inkişaf etmiş kapitalist təsərrüfatının tələblərinə cavab vermirdi . Belə ki, eyni vaxtda 2 metaldan –qızıl və gümüşdən dəyər ölçüsü kimi istifadə edilməsi, pulun bu funksiyasını təbiətinə zidiyyət təşkil edirdi. Bundan başqa dövrün qızıl və gümüş arasında müəyyən etdiyi möhkəm dəyər nisbəti onların bazar dəyərlərinə uyğun gəlmirdi. XIX əsrin sonunda gümüş istehsalının ucuzlaşması nəticəsində və onun qiymətdən düşməsi qızıl sikkələrin tədavüldən çıxaraq dəfinəyə çevrilməsinə səbəb oldu. Kapitalizmin inkişafı sabit pul vahidi ümumi ekvivalent tələb edirdi, buna görə də bimetalizm öz yerini monometalizmə verir. Monometalizm-elə bir pul sistemidir ki, bu zaman bir pul sikkəsi ümumi ekvivalent rolunu oynayır və tədavüldə eyni zamanda digər dəyər nişanələriisə qiymətli metallara çevrilə bilər. Gümüş monometalizmi Rusiyada 1843-52-ci illərdə, Hindistanda 1852-93-cü illərdə, Hollandiyada 1847-75-ci illərdə mövcud olmuş və Çində isə 1935-ci ilə qədər mövcud olmuşdur. Çar Rusiyasında gümüş monometalizm sistemi 1839-43-cü illərin pul islahatı nəticəsində həyata keçirilmişdir. Pul vahidi gümüş rubl oldu. Tədavüldə gümüş sikkələrlə yanaşı səviyyədə dövr edən və gümüşə sərbəst xırdalanan kredit pulları da buraxıldı. Amma bu islahat təhkimçiliyin dağılması, dövlət büdcəsi və xarici ticarət balansının çatışmazlığı şəratində, pul tədavülünü uzun müddətə əhəmiyyətli dərəcədə nizama sala bilməzdi. 1835-56-ci illərin Krım müharibəsi çoxlu əlavə kredit pullar emissiyasını tələb etdi və bu da onları həqiqi olaraq kağız pullara çevirdi. İlk dəfə qızıl monometalizm pul sistemi tipi XVIII əsrin sonunda Böyük Britaniyada yaranmış və 1816-cı ildə qanunla möhkəmləndirilmişdir. Bir çox inkişaf etmiş başqa ölkələrdə o XIX əsrin ikinci yarısında tətbiq edilmişdir. Məsələn, Almaniyada 1871-73-cü ildə, İsveç, Norveç və Danimarkada 1873-cü ildə, Fransada 1876-1878-ci illərdə, Avstriyada 1892-ci ildə, Rusiya, Yaponiyada 1837-ci ildə ABŞ-da isə 1900-cü ildə tətbiq edilmişdir. Qızıl monometalizminin 3 növü mövcuddur: