Manatın məzənnəsinin dəyişməsi (orta illik 1%-dən az)
Dövlət büdcəsinin kəsiri (ÜDM0un 1,5-2%)
Pul-kredit siyasətinin başlıca istiqamətlərində onun həyata keçirilməsi vasitələri əsaslanmalıdır.
IV.Azərbaycanda E-pul sisteminin əhəmiyyəti. E-money şəxsdə olan elektronik alətə yüklənmişbir maliyyə dəyəri və ya fərdi fondu idarə edir.Elektronik alətə yüklənmiş bu dəyər şəxs tərəfindən istifadə edildikcə azalır və yüklənmiş olan dəyərin qurtarması nəticəsində təkrar dəyər yüklənməsi vacibdir.E-pul çalışma məntiqi ilə bir şirkətin verdiyi xidmətə qarşılıq olaraq aparılacaq ödəmələrin gerçəkləşməsi üçün istehlakçiya verdiyi telefon kartı və ona oxşar alətlər arasında bənzərlik görülsə də e-pulun məqsədi bu cür kartlar kimitək işləmə bağlı bir ödəmə deyil, hər cür ödəmənin aparıla bilməsidir
2001-ci ildə milli ödəniş sisteminin yaradılması və inkişaf etdirilməsi sahə-sində ölkədə yerli şəraiti və xüsusiyyətləri əks etdirən və həmçinin beynəlxalq standartlara cavab verən Milli Ödəniş Sisteminin yaradılması, yaradılacaq sistemin yalnız cari ehtiyaclara deyil, həm də iqtisadiyyatın və maliyyə bazarlarının inkişaf səviyyəsindən asılı olaraq gələcək tələblərə cavab verməsi, milli ödəniş sisteminin beynəlxalq ödəniş standartlarına mərhələ-mərhələ uyğunlaşdırılaraq müasir ödəniş sisteminə çevrilməsi kimi prioritet məqsədlər qoyulmuşdur.
Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sisteminin yaradılması və istismarı. Mərkəzi Bank ölkədə ödəniş sisteminin yaradılması, pulun səmərəli, sabit, etibarlı və təhlükəsiz işinin təşkil edilməsinin təminatçısı olaraq Milli ödəniş sisteminin formalaşdırılması sahəsində tədbirləri 2001-ci ildə davam etdirmişdir. Bu tədbirlər yerli şəraiti nəzərə almaqla və müasir beyynəlxalq təcrübəyə əsaslanmaqla həyata keçirilmişdir.
2001-ci ildə Mərkəzi Bank tərəfindən Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sisteminin yaraddması və istismarı çərçivəsində real vaxt re-jimində işləyən "AZİPS" Milli Ödəniş sistemi istismara verilmişdir. Milli he-sablaşmalar sisteminin dünya standartlarına uyğun tam təhlükəsiz və təminatlı işləməsi üçün Sumqayıt şəhərində Ehtiyat Mərkəzi yaradılmışdır. Eyni zamanda "AZİPS" Real Vaxt Rejimində Banklararası Milli hesablaşmalar sistemi ilə Baş Mühasibatlıq Kitabı (BMK) arasında birbaşa əlaqə qurulmuşdur.
Ödəniş sisteminin tam təhlükəsizliyinin və etibarlılığının təmin edilməsi məqsədilə "SWIFT" Ümumdünya Banklararası Maliyyə telekommunikasiya sistemindən istifadə edilməsi barədə qərar qəbul edilmişdir. Milli Ödəniş Sistemi "AZİPS" adı ilə "SWIFT" Səhmdar Cəmiyyəti tərəfindən qeydə alınmışdır.
"AZIPS" Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sisteminin çox mühüm üstün cəhətləri vardır. Belə ki, ödənişi göndərən bankla vəsaiti alan bank arasında elektron ödəniş 30-60 saniyə ərzində həyata keçirilir və sistemin iştirakçısı olan bank öz müxbir hesabının qalıрı haqqında məlumatı ilə onların rejimində almaq imkanını əldə edir. Halbuki əvvəllər banklararası hesablaşmalar kağız daşıyıcılar vasitəsi ılə 3-7 gün ərzində aparılırdı. "SWIFT" telekommunikasiya sistemində məlumatlar mübadiləsinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
Ötən il hcsablaşmaların aparılması prosedurlannı tənzimləyən daxili qaydalar işlənib hazırlanmış və banklarla hesablaşma-kassa xidmətinə dair yeni müxbir hesab müqavilələri bağlanmışdır. Həmçinin, AZİPS sistemində emal olunan ödəniş tapşırıqları üçün xidmət haqqı tarifləri müəyyən edilmiş, autsayder banklar üçün Servis Bürosu yaradılnmış və SWIFT terminalları quraşdırılmışdır. AZİPS sisteminin tətbiqi ilə qarşıya çıxan problemlərin operativ həll edilməsi üçün "isti" telefon xətti çəkilmiş və bankların müvafiq işçiləri ilə bir neçə treyninq-görüş keçirilmişdir. AZİPS sisteminin iştirakçısı olan banklar üçün xidmət haqqı tarifləri xeyli aşağı salınmışdır.
Azips sistemində əsasən xırda ödənişlər üstünlük təşkil edir. Belə ki, ümumi sənədlərin 65%ı-ni, ümumi dövriyyənin isə 1,3%-ni 3 milyonadək olan ödənişlər təşkil edir. AZİPS sistemində emal olunan sənədlərin 20%-ni Birləşmiş Universal Səhmdar Bankının, 37%-ni Azərbaycan Beynəlxalq Bankının, ümumi dövriyyənin isə 19%-ni Birləşmiş Universal Səhmdar Bankının 28%-ni Azərbaycan Beynəlxalq Bankının, yerdə qalan hissısini isə digər bankların ödəniş tapşırıqları təşkil edir.
Mərkəzi Bankda Beynəlxalq mühasibat uçotu Standartlarına keçidlə bağlı hesablama metodu ilə uçot qaydaları tətbiq olunmağa başlanmışdır. Belə ki, Mərkəzi Bankın apardığı dcpozit, qiymətli kağızlar, repo, əks-repo əməliyyatları üzrə faizlər və ödəniləcək xərc məbləğlərinin uçotu hesablanma metodu ilə aparılmalıdır.
2001-ci il ərzindo ölkə ərazisində fəaliyyət göstərən 53 bankdan "AZİPS" sisteminə qoşulanların sayı 23-dən 34-ə çatmış və əlavə olaraq Baş Dövlət Xəzinədarlığı vo "Aqrarkredit" bank olmayan kredit təşkilatı da "AZİPS" sisteminə üzv olmuşdur.
Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi yaradıldıqdan sonra ödəniş sisteminin inkişafı və təkmilləşdirilməsi istiqaməti üzrə Mərkəzi Bankın qarşısında duran ən böyük stratcji məqsəd ölkədə xırda ödənişlər sisteminin yaradılmasıdır. 2001-ci ildə xırda ödənişlər sisteminin yaradilması istiqamətində məqsədyönlü işlər görülmüşdür.
Xırda ödənişlər sisteminin yaradılması strategiyası Mərkəzi Bankın İdarə He-yətində qəbul edilmiş və Milli Ödəniş Şurasında geniş müzakirə edilərək bə-yənilmişdir. Qabul edilmiş strategiyaya uyğun olaraq bu islahatlar iki istiqamətdə - daim təkrarlanan paket ödənişləri (əməkhaqqı, pensiya, kommunal xərclər və s.i.) və kart ödənişləri üzrə aparılacaqdır.
Kart ödənişləri üzrə ölkədə vahid Prosessinq Mərkəzinin yaradılması, ədalətli və bərabərhüquqlu prinsiplər əsasında bankların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Nəticə. Pul haqqında məlumatların öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki pul ümumi ekvivalent olmaqla bərabər o bütün əmtəələrə mübadilə olunma vasitəsidir. Pul müasir iqtisadiyyatda təsərrüfat subyektlərinin fəaliyyətinin yaxşılaşması, məhsul istehsalına keçilən xərclərin ixtisar olunmasına stimul yaradır. Pul haqqında daha çox məlumata malik olmaq sənayecə inkişaf etmiş ölkələrin iqtisadiyyatının idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Pul-kredit siyasətinin həyata keçirilməsində pul bir vasitə kimi mühüm rol oynayır. Pul-kredit siyasəti vasitəsilə dövrüyyədə olan pul kütləsi tənzimlənir, dövrüyyədə olan artıq pul kütləsi dövrüyyədən çıxarılır, iqtisadiyyat tənzimlənir və ölkədə iqtisadi sabitlik bərqərar olur.Azərbaycan resbublikasında dövrüyyədə olan pul kütləsinin tənzimlənməsi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Müstəqilliyimizin ilk illərində dövrüyyədə olan pul kütləsinin düzgün tənzimlənməməsi nəticəsində ölkədə qiymətlər yüksəlmiş, pul qiymətdən düşmüş, iqtisadi inkişaf aşağı düşmüş,ölkədə qeyri-iqtisadi sabitlik hökm sürdüyündən ölkəyə investitsiya qoyuluşu azalmışdır. 1995-ci ildən sonra isə sərt pul-kredit siyasəti nəticəsində iqtisadi stimul azalmağa başlamışdır.Hal hazirda isə bütün dünyada maliyyə böhranı hökm sürür.
Yuxarıda qeyd etdiyimiz məlumatlar bir daha sübut edir ki,pulun mahiyyəti, funksiyaları və s.haqqında nə qədər çox məlumat əldə edilərsə bu zaman iqtisadiyyatın tənzimlənməsi, inflyasiyanın qarşısının alınması,qiymətlərin tənzimlənməsi, həmçinin zəruri olduqda iqtisadi fəallığın və stimulun təmin olunmasında mühüm rol oynayır. Qloballaşma və ölkələr arasında beynəlxalq iqtisadi inteqrasiya prosesinin güclənməsi şəraitində isə hər bir ölkədə pul haqqında nəzəri və praktiki biliklərin daha dərindən öyrənilməsi gələcək iqtisadi inkişaf üçün yeni imkanlar açır.
Təklif Pul-kredit siyasəti yalnız makromaliyyə sabitliyi naminə deyil, istehsalın canlandırılması və sağlamlaşdırılmasına və bütövlükdə iqtisadi sistemin yaxşılaşdırılmasına kömək etməlidir. Manatın sabitliyinin və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul-kredit siyasəti elə aparılmalıdır ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Bu gün iqtisadi islahatları uğurla aparmaq üçün sabit manat və inflyasiyanın aşağı olması vacibdir. Buna nail olmaq üçün möhkəm iqtisadiyyata söykənən əsl maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir. Bunun üçün pul-kredit siyasəti iqtisadi siyasətin digər blokları ilə əlaqə aparmalı və bütövlükdə iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinə xidmət etməlidir.
Beləliklə, 2009-ci ildə Mərkəzi Bank baza inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmiş pul-valyuta siyasəti yeridməli,eyni zamanda ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının realizasiyasına dəstək verməli və makroiqtisadi siyasətin koordinasiyasında fəal iştirak etməlidir.
Valyuta bazrını daha da canlandırmaq, pul tədavülünü yaxşılaşdırmaq, milli pul vahidinin sabitliyini təmin etmək, onun xarici valyutalara qarşı məzənnəsini möhkəmləndirmək, istehsalın, ilk növbədə ixracat potensialının artırılmasına müəssisələrin marağını artırmaq və valyuta ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltmək üçün MB çevik valyuta siyasəti yeritməlidir. Manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin iqtisadi qaydada tənzimlənməsi davam etdirilməli, başqa sözlə manatın üzən məzənnəsinin formalaşmaına iqtisadi mühüt yaradılmalı, məzənnənin kəskin qalxmasına və yaxud düşməsinə yol verilməməlidir. Səmərəli pul tədavülü mexanizmini formalaşdırarkən əsas məsələ iqtisadi artımın təmin edilməsi üçün pul kütləsi artımının təmin edilməsi üçün pul kütıəsi artımının tənzimlənməsi və pul sisteminin fəaliyyətinin məqsədli istiqamətlərinin seçilməsi istiqamətlərinin seçilməsi əsas xətt kimi götürülməlidir