3.7. Qanunvericilik
Azərbaycan Respublikası da BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğuna görə
ƏU-ın hüquqlarını daha yaxşı müdafiə etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər etməyi
öhdəsinə götürmüşdür. Aydındır ki, belə uşaqların bir çox problem və çətinlikləri vardır. Mövcud
çətinlikləri aradan qaldırmaq üçün kompleks yanaşmalar lazımdır. Onu da qeyd etmək lazımdır ki,
ƏU-ın təhsilə cəlb edilməsi mühüm məsələlərdən biridir. Hazırda Azərbaycanda bir çox beynəlxalq
və qeyri-hökumət təşkilatları əlilliyi olan uşaqların təhsili sistemində islahat aparmağı tövsiyə
edirlər. Islahatların aparılması üçün isə öncə mövcud qanunvericilik təhlil edilməlidir.
Hesabatda bu bölmənin əsasını həm milli qanunların müddəalarının, həm də müvafiq beynəlxalq
sənədlərin (UHK, ƏŞHK və Salamanka Bəyannaməsi) müqayisəli təhlili təşkil edir. Eyni zamanda
uşaq hüquqları, təşkilati tədbirlərin, təhsil almaq imkanlarının, pedaqoji və peşəkar heyətin
ixtisasartırma və yenidən hazırlanmasının, əlavə yardım xidmətlərinin və ictimai baxışların
müqayisəli təhlili aparılmışdır.
3.7.1. Uşaq Hüquqları
Bərabərliyin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və bərabər imkanların yaradılması
qaydaları bir çox sahədə dövlət strategiyasının əsasını təşkil edə bilər. Uşaqlar haqqında milli
qanunvericiliyi tərtib edərkən rəhbər qaydaların toplusundan ibarət olan UHK mütləq istifadə
edilməlidir. Azərbaycan 1992-ci ildə bu beynəlxalq sənədi imzalamış və təsdiq etmiş, bu və digər
müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu tərtib
edilmişdir
37
(bundan sonra bu sənəddə Milli qanun adlandırılacaqdır). Bütövlükdə UHK və milli
qanunlar, o cümlədən ƏU-ın hüquqları ilə bağlı müddəalar uyğunlaşdırılmalıdır
UHK-na qoşulan dövlət “uşağın və ya onun valideyninin və ya qanuni qəyyumunun irqindən,
cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli, etnik və ya sosial mənşəyindən,
əmlakından, əlilliyindən və digər statusundan asılı olmayaraq, ayrı-seçkiliyin heç bir növünə yol
vermədən, hər bir uşağın hüquqlarına hörmətlə yanaşmalı və həmin hüquqları təmin etməlidir.
ƏŞHK-nda da bu müddəa təkrar olunur, belə ki, əlillik əsasında hər hansı ayrı-seçkiliyə yol vermək
qadağan olunur və əlil şəxslərin istənilən dəlil əsasında ayrı-seçkiliyə məruz qalmaqdan hüquqi
üsullarla, bərabər və səmərəli şəkildə müdafiə olunmalarının təmin edilməsi bu konvensiyaya
qoşulan ölkələrin qarşısına öhdəlik kimi qoyulur.
Milli qanun bütün uşaqların bərabər hüquqlara malik olduqlarını təsdiq edir. Onu da qeyd etmək
lazımdır ki, milli qanunda təsbit olunan uşaq hüquqları və azadlıqlarının digər hüquqi sənədlərlə
37
Azərbaycan Respublikasının Nazirlər Kabineti (18 may 1998-ci il), Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu
(Milli qanun)
30
məhdudlaşdırılmasına icazə verilmir
38
. Buna görə də, nə uşaqlar, nə də onların valideynləri və ya
qanuni qəyyumları əlilliyə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. ƏŞHK-nın giriş hissəsində və
7-ci maddəsində qeyd edildiyi kimi, “konvensiyanı imzalayan dövlətlər ƏU-ın digər uşaqlarla
yanaşı bütün insan haqlarından və əsas azadlıqlardan bərabər qaydada və tam istifadə etmələrini
təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirməlidirlər” və “ƏU-a aid olan bütün
tədbirləri həyata keçirərkən ilk növbədə və ən çox uşağın maraqları nəzərə alınmalıdır”. Milli
qanunvericilikdə buna ən çox bənzəyən müddəa kimi milli qanunun 11-ci maddəsini göstərmək
olar: həmin maddədə “hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və beynəlxalq dəyərlər,
humanizm və etika qaydaları əsasında tərbiyə edilmək hüququ” tanınır.
UHK-da uşağın seçim edə bilmək hüququ vardır. UHK-da bəyan edilir ki, “konvensiyanı imzalayan
dövlətlər özünə aid olan məsələlərə dair öz şəxsi fikirlərini formalaşdırmağı bacaran uşağın
fikirlərini azad şəkildə ifadə edə bilmək hüququnu təmin etməlidirlər”
39
. Bu, ƏŞHK-nın 7(3)
maddəsində də qeyd edilmişdir. Milli qanun bu qaydaya qismən uyğun gəlir, çünki o, bəyan edir ki,
“Hər bir uşaq idrak, təfəkkür və nitq azadlığına malikdir. Valideynlər, digər şəxslər və dövlət
orqanları uşağın idrak, təfəkkür və nitq azadlığına hörmətlə yanaşmalıdırlar…”
40
. Lakin bu
müddəada uşağın “ona aid olan bütün məsələlərin” həllində fikirlərinin nəzərə alınması məsələsi
dəqiqləşdirilməmişdir.
UHK-nın, ƏŞHK-nın və Milli qanunun ayrı-ayrı müddəalarında ƏU-ın tələbatları və haqları təsvir
olunur. Milli qanunda bəyan edilir ki,:
“Əlilliyi olan uşaqlar və əqli və ya fiziki çatışmazlığa malik olan uşaqlar tibbi, psixoloji və
digər yardımlardan bəhrələnmək hüququna malikdirlər. Həmin xidmətlər dərhal, pulsuz və
imtiyazsız göstərilir. Dövlət həmin uşaqlar üçün sosial və psixoloji bərpa tədbirləri, onların
qabiliyyətlərinə uyğun gələn təhsil xidmətləri təşkil edir, habelə peşə seçməkdə və işə
düzəlməkdə onlara kömək edir. Dövlət uşaqların əlil olmasının qarşısını almaq üçün lazımi
tədbirlər görür.”
41
.
Qeyd etmək lazımdır ki, UHK-da yalnız “əqli və ya fiziki cəhətdən əlil olan uşaqlar” ifadəsi istifadə
olunur, Milli qanunda isə “əlilliyi olan uşaqlar” və “əqli və ya fiziki çatışmazlığa malik olan
uşaqlar” bir-birindən fərqləndirilirlər. Aydındır ki, Milli qanunda bu cür təsnifat beynəlxalq
terminologiyaya uyğun gəlmir. Bu məqsədlə də sağlamlıqlarında problemlər olan uşaqlar iki tipə
bölünməlidir: “sağlamlıq imkanları məhdud olan” və “əlilliyi olan uşaqlar”. UHK-da və ƏŞHK-da
bərqərar edilən əsas qaydalar Milli qanunda əks olunmamışdır. UHK-da qeyd olunur ki, “əqli və ya
fiziki cəhətdən əlil olan uşaq onun şərəfini təmin edən, onun özünə inamını artıran və onun ictimai
həyatda fəal iştirakına kömək edən şəraitdə tam və layiqli ömür sürməlidir”
42
. Əslində ƏŞHK-nın 3-
cü maddəsində bəyan edilən qaydalar hər ölkənin ƏU-a dair qanunvericiliyinin əsasını təşkil
etməlidir: şəxsi ləyaqət, müstəqillik, o cümlədən seçim etmək azadlığı, ayrı-seçkiliyə yol
verilməməsi, ictimai həyatda sərbəst iştirak, cəmiyyətə inteqrasiya, əlil şəxslərin cəmiyyətin tam
üzvü kimi qəbul edilməsi, bərabər imkanların yaradılması, rahat istifadə imkanlarının təmin
edilməsi və s. Lakin ƏU-ın təhsilinin əsasını təşkil etməli olan bu qaydalar Milli qanunda əks
olunmamışdır.
3.7.2. Strategiya və təşkilati tədbirlər
38
2-ci maddə, Milli qanun (18 may 1998-ci il)
39
12 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)
40
14-cü maddə, Milli qanun (18 may 1998-ci il)
41
35-ci maddə, Milli qanun (18 may 1998-ci il)
42
23 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)
31
Azərbaycan qanunvericiliyinin çevikliyi qanunların və onların icra mexanizmlərinin məqsədəuyğun
şəkildə qəbul edilməsindən asılıdır. Parlament hər hansı qanunu qəbul etdikdən sonra müvafiq
orqanlar Prezidentin göstərişi ilə həmin qanun üçün icra mexanizm(lər)i tərtib edirlər. Adətən
qanunların icra mexanizmlərinə dair sənədləri Nazirlər Kabineti (NK) tərtib və təsdiq edir. Həmin
sənədlər olmadan qanunların icrasında çətinliklər yaradır.
Salamanka bəyannaməsində ibtidai, orta və sonrakı təhsil pillələrində əlilliyi olan uşaqlar, gənclər
və böyüklər üçün bərabər imkanların yaradılmasına dair müraciət səslənməsinə baxmayaraq,
Azərbaycan qanunvericiliyində əlilliyi olan uşaqlar xüsusi məktəblərdə və evdə təhsilə cəlb
olunurlar. Xüsusi təhsil haqqında qanunda (may, 2001-ci il) xüsusi məktəblər əsasən ƏU üçün
nəzərdə tutulan xidmət növü kimi qeyd edilir. Həmin qanunda həm də “əlil uşaq” ifadəsinin tərifi
verilir: “Fiziki, psixoloji və əqli qüsurlara malik olan, xüsusi xidmətlər olmadan təhsil ala bilməyən
şəxs”. Həmin qanunda həm də əlillik dərəcələrinin təsnifatı verilir: a) fiziki qüsurlar – yoluxucu
xəstəliklər, bəzi bədən üzvlərinin fəaliyyətinin pozulması nəticəsində fiziki inkişafda baş verən
gecikmələr; b) psixoloji ləngimə – psixoloji inkişafın qüsurları, nitq qüsurları, sosial-emisonal
qüsurlar, autizm; c) mürəkkəb zədələr – fiziki, psixoloji və əqli qüsurların toplusu; d) anadangəlmə
kəmağıllıq – mərkəzi sinir sisteminin fəaliyyətinin pozulmasından irəli gələn idraki qüsurlar; e) ağır
zədələr – dövlət təhsil standartları əsasında təhsil almağa imkan verməyən ağır fiziki, psixoloji və
əqli qüsurların toplusu. Lakin Xüsusi təhsil haqqında qanunun bəzi hissələrində sağlamlıq imkanları
məhdud olan uşaqlara ümumtəhsil və ya inkluziv sinif otaqlarında təhsil almaq hüququ verilir.
Həmin hissələrdə inkluziv məktəbin/sinif otağının tərifi verilir: “ƏU-ın öz tipik həmyaşıdları ilə
birlikdə təhsil almaları üçün münasib mühit yaratmaq üçün nəzərdə tutulan ümumtəhsil məktəbi.”
Qanunun bu abzasında Salamanka bəyanatının ƏU-ın ümumi sinif otaqlarında yerləşdirilməsi və
təhsil alması haqqında bəzi tövsiyələri əks olunmuşdur. Lakin qanunda həmin sinif otaqlarına qəbul
ediləcək uşaqların əlilliklərinin növlərinə dair məhdudiyyətlər təsbit edilmişdir.
Sağlamlıq imkanları məhdud olan insanların tələbatını və diaqnozunu müəyyən etmək üçün Xüsusi
təhsil haqqında qanunda xüsusi komissiya yaratmaq tələb olunur. Tibbi-pedaqoji-psixoloji
komissiyanın yaradılmasına dair 74 nömrəli qərara (2002-ci il) uyğun olaraq yaradılan
komissiyanın vəzifələri aşağıda sadalanmışdır: a) tibbi diaqnozu təsdiq və ya rədd etmək məqsədilə
uşağı erkən yaşlarda müayinə etmək və qiymətləndirmək; b) uşağın əlilliyinin dərəcəsindən asılı
olaraq məktəblərin növünə dair tövsiyə vermək; c) müvafiq məktəblərin imkanları barədə
valideynlərə məsləhətlər vermək; d) fərdi təhsil planı tərtib edilərkən tövsiyələr vermək; e) əlillik
dərəcələri və fərqli tələbatlara malik olan uşaqlarla işləmək qaydaları barədə həkimlərlə,
müəllimlərlə və sosial işçilərlə məsləhətləşmək
43
. Bütün bu xidmətlər ƏU-a pulsuz göstərilməlidir.
Əgər ekspert komissiyası hər hansı əlil uşağın ümumi sinif otağında təhsil ala biləcəyini müəyyən
edərsə, onda məktəb direktoru həmin uşağı məktəbə qəbul etməkdən imtina edə bilməz, yerli icra
orqanı isə həmin uşağın məktəbdə yerləşdirilməsi, habelə tədris materialları və xüsusi xidmətlər ilə
təmin edilməsi üçün cavabdeh olmalıdır.
3.7.3. Məktəb amili
43
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Tibbi-pedaqoji-psixoloji komissiyanın yaradılması haqqında
74 nömrəli qərar
32
Salamanka bəyannaməsində inkluziv məktəblərin inkişafı, məqsədəuyğun və güclü strategiya,
maliyyə yardımının və xüsusi xidmətlərin göstərilməsi rəğbətlə qarşılanır. Azərbaycanda müəllim,
uşaq və valideynlərin tələbatını ödəmək üçün təhsil sistemi müasirləşdirilməlidir. Şagirdlərin zəif
cəhətlərini aşkar etmək və çətinliklərin öhdəsindən gəlməkdə onlara kömək etmək üçün
kurrikulumda effektiv metodlar nəzərdə tutulmamışdır. Azərbaycanda məktəblər əlilliyi olan
uşaqların tələbatını ödəmək üçün lazım olan texniki təminat və avadanlığa malik deyildirlər. Nəticə
etibarilə, ümumtəhsil məktəbləri xüsusi təhsil xidmətlərinə (XTX) ehtiyacı olan uşaqların tələbatını
ödəməyə hazır deyildirlər.
Salamanka bəyannaməsində qeyd edilir ki, məktəb rəhbərliyi təhsil sistemini inkluzivliyə doğru
aparmağın əsas vasitəçisidir. Məktəb direktorları təlim kurslarında iştirak edə və bu barədə lazımi
bilik və bacarıqları əldə edə bilərlər. Təəssüf ki, Azərbaycanda məktəb direktorları məktəbin
fəaliyyəti barədə müstəqil surətdə qərar qəbul etmək üçün lazım olan texniki təminata və
səlahiyyətə malik deyildirlər. Hətta ƏU-ı qəbul edən məktəblər belə xüsusi xidmətlərlə və
qurğularla təmin edilmir, onların bu vəzifəni yerinə yetirə bilməsi üçün lazım olan dəyişikliklər
həyata keçirilmir. Halbuki, inteqrativ məktəb şəraitində tədris fəaliyyətinin təşkil edilməsi haqqında
87 nömrəli qərar
44
məktəblərdə inkluziv təlimli təhsil şəraitinin yaradılması istiqamətində atılan
addımlardan biridir. Lakin qeyd olunan Qərarda ümumtəhsil məktəblərdə sağlamlıq imkanları
məhdud olan 8-10 nəfər uşağın komplektləşdirildiyi xüsusi təhsilli siniflərin yaradılması təsdiq
olunur. Qərarda ümumi məktəbə qəbul edilə biləcək uşaqların əlilliklərinin dərəcələrinə bəzi
məhdudiyyətlər qoyulur, habelə sinif otağında sağlamlıq imkanları məhdud olan və tipik uşaqların
nisbəti 20/80 həddində təyin edilir.
UHK-da “təhsil almaq hüququnun mütərəqqi üsullarla və bərabər imkanlar əsasında həyata
keçirilməsinin” zəruriliyi qeyd edilir. Milli qanunda, uşağın təhsil hüququnun təsvir edildiyi hissədə
bərabərlik qaydası əks olunmamışdır
45
. Həmin müddəada aydın şəkildə qeyd edilmişdir ki,
“Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq, hər bir uşaq təhsil almaq
hüququna malikdir. Dövlət təhsil sistemi uşağın şəxsiyyətinin formalaşması, zəruri bilik və
bacarıqların tam mənimsənilməsi üçün şərait yaradır. Uşaqların icbari ümumi təhsildən yayınmaları
qadağan edilir.” Milli qanunda qeyd edilir ki, uşaqlara mütləq onların qabiliyyətlərinə uyğun olaraq
təhsil verilməlidir. Şübhəsiz ki, uşaqların qabiliyyətləri və imkanları fərqlidir, lakin onların
hüquqları bərabərdir
46
. UHK-da da imkanların məhdudlaşdırılması inkar olunur, çünki həmin
sənəddə tələb olunur ki, “uşağın şəxsiyyəti, istedadı, zehni və fiziki qabiliyyətləri mümkün olan ən
yüksək həddə qədər inkişaf etdirilməlidir”
47
.
UHK-da tələb olunur ki, “ali təhsil almaq imkanı bütün müvafiq vasitələrdən istifadə etməklə və
bacarıqları nəzərə almaqla, hamı üçün təmin edilməlidir” və bu müddəa da Milli qanunda əks
olunmamışdır. Dövlət strategiyasına uyğun olaraq, Azərbaycanda ali məktəblərə qəbul olunarkən
sağlamlıq haqqında arayış təqdim etmək tələb olunur. Bu, ƏU üçün birbaşa maneə yaradır.
UHK-da “məktəblərdə müntəzəm davamiyyəti və məktəbi tərk etmə hallarıın azaldılmasını təmin
etmək üçün tədbir görmək” dövlətlərin öhdəsinə qoyulur
48
. Milli qanunda təhsil fəaliyyətinin dövlət
tərəfindən nəzarət və monitorinq edilməsi tələb olunmur. Azərbaycanda ƏU-ın təhsilə davamiyyəti
məsələsi xüsusilə vacibdir, çünki ƏU çoxlu fiziki və maddi maneələrlə rastlaşır və nəticə etibarilə
məktəbi tərk edirlər. Məsələn, Azərbaycan qanunlarında ƏU-ın məktəblərə rahat gəlib-getmələrini
və sinif otaqlarında rahat yerləşmələrini, onlara uyğun şəraitin yaradılmasını təmin edilməsi barədə
qeydlə yoxdur.
44
Azərbaycan Respublikasının Nazirlər Kabineti (2002), İnteqrativ məktəb şəraitində tədris fəaliyyətinin təşkil edilməsi haqqında 87
nömrəli qərar
45
22-ci maddə, Milli qanun (18 may 1998-ci il)
46
35-ci maddə, Milli qanun (18 may 1998-ci il)
47
29 1(b) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)
48
28 (e) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)
33
Milli qanunun daha bir daxili ziddiyyəti ondan ibarətdir ki, onun dövlət proqramları haqqında
müddəasında ƏU qeyd edilməmişdir. 3-cü maddədə bəyan edilir ki, “dövlət strategiyası uşaqların
lazımi maddi və məişət şəraiti daxilində tərbiyə edilmələrinə, mütərəqqi standartlar əsasında təhsil
almalarına və layiqli vətəndaşa çevrilmələrinin dəstəklənməsinə yönəldilməlidir”. 30-cu maddədə
bu bəyanata riayət etməyə cəhd göstərilir və bəyan edilir ki, “xüsusi (dövlət) proqramları hərbi
münaqişələrin, epidemiyaların, təbii və ekoloji fəlakətlərin baş verdiyi ərazilərdə yaşayan və həmin
hadisələrin təsirinə məruz qalan uşaqları müdafiə edirlər. Həmin proqramlar həm də yetimləri və
valideynlərindən birini itirmiş uşaqları, yoxsul ailələrin və şəhid ailələrinin uşaqlarını əhatə edirlər”.
Hərçənd 35-ci maddədə ƏU ayrıca qeyd edilmişdir, yenə də onlar xüsusi dövlət proqramlarının
əhatə dairəsinə düşən imkansız uşaqların təbəqələrindən biri kimi qeyd edilməmişlər. Lakin
qanunvericilik sənədlərinin daha dərindən araşdırılması nəticəsində məlum olur ki, ƏU-ın
ehtiyaclarına və haqlarına aid olan xüsusi proqramlar mövcuddur.
Ümumi təhsil müəssisələrində xüsusi təhsilin təşkil edilməsi qaydası Xüsusi təhsil haqqında
qanunda (2001) təsbit olunmuşdur. Həmin qaydada bəyan edilir ki, “Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq, əlil şəxslər tibbi-pedaqoji-psixoloji komissiyanın və ya tibbi-sosial
ekspert komissiyasının qərarı əsasında ümumi təhsil müəssisələrində yaradılan xüsusi şəraitdə təhsil
almaq hüququna malikdirlər”. Lakin Xüsusi təhsil haqqında qanunda ümumi məktəblərdən həmin
şəraiti yaratmaq tələb olunmur. Azərbaycan qanunvericiliyinin daha dərin təhlili nəticəsində məlum
olur ki, bir çox halda “inkluziv təhsil” və “inteqrativ təhsil” terminlərinin mənaları eyni cür izah
olunur. Məsələn, Xüsusi təhsil haqqında qanunda həmin sahədə istifadə olunan bəzi terminlərin
tərifi verilir:
1)
Sağlamlıq imkanları məhdud olan şəxs fiziki çatışmazlığa, əqli və psixoloji inkişaf
ləngimələrinə malik olan, xüsusi təhsilə ehtiyacı olan şəxsdir;
2)
İnteqrativ təhsil sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi şərait yaradılmaq şərtilə
sağlam uşaqlarla birlikdə eyni sinif otaqlarında təhsil almasıdır;
3)
İnteqrativ sinif otağı sağlamlıq imkanları məhdud olan uşaqların sağlam uşaqlarla birlikdə
təhsil aldıqları, ümumtəhsil məktəbində yerləşən və xüsusi şəraitə malik olan sinif
otağıdır
49
.
Lakin Xüsusi təhsil haqqında qanunun özündə istifadə olunan terminlər inkluziv təhsil məfhumuna
ziddir, çünki təhsilin bu növü tibbi diaqnoz əsasında seçilmişdir. İnteqrasiya termininin tərifində
inteqrasiya tədbirinin mənası izah edilməmişdir, çünki həmin sənəddə ümumiyyətlə seçilmiş üsullar
təsvir edilməmişdir. İnkluziv təhsil üsulu həmin sənəddə heç qeyd edilməmişdir. “İnkluzivlik”
xüsusi termin kimi NK-nin sonrakı tənzimləyici sənədlərində və qərarlarında qeyd edilmişdir.
Nəticə etibarilə, Xüsusi təhsil haqqında qanundan sonra qəbul edilmiş sənədlərin hamısında
inteqrasiya və inkluzivlik terminlərinin tərifləri və mənaları bir-birilə dəyişik düşmüşdür.
Xüsusi təhsil haqqında qanunda nəzərdə tutulduğu kimi, xüsusi məktəbəqədər və ümumi təhsil
müəssisələrini bitirdikdən sonra əlil şəxslər öz qabiliyyətlə, imkan və maraqlarına uyğun olaraq
peşə təlimi keçmək, öz təhsillərini və peşə təlimlərini başa vurduqdan sonra isə işə düzəlmək
hüququna malikdirlər. Maraqlıdır ki, Xüsusi təhsil haqqında qanunda məktəbəqədər və ümumi
təhsil müəssisələri barədə “xüsusi təhsil proqramları” termini istifadə olunur, lakin aydın görünür
ki, peşə təlimi əsnasında hər hansı xüsusi təhsil proqramının həyata keçirilməsi həmin sənəddə öz
əksini tapmamışdır. Şübhəsiz ki, beynəlxalq normalarda inkluziv təhsilə rəğbətli münasibət əks
olunur, lakin bu normalarda aydın şəkildə bəyan edilir ki, həmin uşaqlar inkluziv təhsil şəraiti
daxilində əlavə yardım almaq hüququna malikdirlər. Xüsusi təhsil haqqında qanunun peşə təhsilinə
49
Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun
34
həsr olunan müddəasında həmin əlavə yardım nəzərdə tutulmamışdır. Əlillərin müalicəsi və sosial
təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) təhsil və digər dövlət müəssisələrində əlillərə
peşə təlimi və ixtisas hazırlığı xidmətlərinin göstərilməsi haqqında müddəa vardır.
Qanunların daha dərindən təhlil edilməsi nəticəsində təhsilin sonrakı pillələri barədə müəyyən
toqquşmalar və ziddiyyətlər məlum olur. Xüsusi təhsil haqqında qanuna (2001) və Ümumi təhsil
haqqında qanuna (2001) uyğun olaraq, ƏU təhsilin daha yüksək pillələrində təhsil almaq hüququna
malik deyildirlər. Xüsusi təhsil haqqında qanunda həmin uşaqların texniki kollec və tam orta
təhsilinə dair heç bir müddəa yoxdur. Ümumi təhsil haqqında qanunda fiziki cəhətdən əlil olan
uşaqlar üçün xüsusi peşə təlimi kurslarının, məktəblərinin və liseylərinin təşkil edilməsi nəzərdə
tutulmuşdur. Texniki məktəblərə və kolleclərə, habelə ali məktəblərə (ali kolleclər,
konservatoriyalar, akademiyalar, universitetlər və s.) həsr olunan 18-ci və 19-cu maddələrdə əlilliyi
olan uşaqlar və ya gənclər qeyd olunmur. Nəticə etibarilə, ƏU yalnız məktəbəqədər və ümumi təhsil
almaq, habelə ibtidai peşə təlimi keçmək hüququna malikdirlər. Lakin Əlillərin müalicəsi və sosial
təminatı haqqında qanunda (25 avqust 1992-ci il) əlillərin ölkə daxilində, təhsilin bütün pillələrində
təhsil almaq hüquqları aydın şəkildə təsvir olunur:
“əlillərin ümumi təhsili, ümumi peşə və ali təhsili ümumtəhsil müəssisələrində, tələb
olunduqda isə, xüsusi təhsil müəssisələrində həyata keçirilir. Əlillərin təhsili üçün xüsusi
şərait yaratmaq məqsədilə texniki-peşə məktəblərində, kolleclərdə və ali məktəblərdə
ixtisaslaşmış şöbələr və ya bölmələr təşkil olunur…. Əlillərin qəbul imtahanları üçün xüsusi
şərait yaradılır …”
Xüsusi təhsil haqqında qanunun icra qaydalarının tətbiqini tələb edən ayrıca müddəaları əsasən
həmin qanunun III bölməsində əks olunmuşdur. Həmin bölmədə xüsusi təhsilin təşkilati məsələləri
təsvir olunur. Ev təhsilinin təşkil edilməsi haqqında bölmədə bəyan edilir ki, “səhhət imkanlarına
görə təhsil müəssisələrinə gələ bilməyən şəxslər üçün təhsil fəaliyyəti müvafiq təhsil müəssisələri
tərəfindən evdə təşkil edilməlidir”
50
. Həmin maddənin ikinci abzasında ev təhsilini tələb edən əlillik
növlərinin müəyyən edilməsi və bu cür təhsilin təşkil edilməsi üçün məsuliyyət müvafiq icra
orqanlarının üzərinə qoyulur. Nəticə etibarilə, NK Evdə təhsil almaq hüququnu təmin edən
xəstəliklərin siyahısı və ev məktəbinin (və ya təhsilinin) təşkil edilməsi qaydası haqqında 077
nömrəli qərar qəbul etdi
51
. Halbuki, həmin siyahıda xəstəliklərin tibbi cəhətləri dəqiqliklə təsvir
edilmişdir, lakin həmin siyahı da natamamdır. Həmin sənədin əsas hüquqi nəticələrindən biri odur
ki, ev təhsilinin təşkil edilməsi TPPK tərəfindən tənzimlənir. Lakin həmin qaydada ev təhsilinin
həyata keçirilməsi, izlənməsi və monitorinqi üçün cavabdeh olan orqanın və ya müəssisənin adı
qeyd edilmir. Əlillərin müalicəsi və sosial təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) ev
təhsili haqqında müddəa vardır və həmin müddəaya uyğun olaraq uşağın valideyninə və ya qanuni
nümayəndəsinə maddi yardım və imtiyazlar verilir.
Xüsusi təhsil haqqında qanunun Stasionar müəssisələrdə (xəstəxana şəraitində) təhsilin təşkil
edilməsinə həsr olunan 10-cu maddəsində əlil şəxslərin uzun (21 gündən artıq) müddət ərzində
xəstəxanada qalmalı olduqları təqdirdə, evdə təhsili təşkil etmək tələb olunur. Əlillərin müalicəsi və
sosial təminatı haqqında qanunda (25 avqust 1992-ci il) klinika şəraitində yaşayan uşaqlar üçün də
eyni hüquq təsbit edilmişdir
52
. Bəzi digər qaydalardan fərqli olaraq, Stasionar şəraitdə
(xəstəxanada) təhsilin təşkil edilməsi haqqında 88 nömrəli qərarda aydın şəkildə qeyd edilmişdir ki,
Təhsil Nazirliyi təhsil fəaliyyətini təşkil etməlidir, habelə həmin qərarda icra tədbirləri üçün
cavabdeh olan orqanın adı da göstərilir
53
. Bundan əlavə, icra tədbirləri üçün birbaşa cavabdeh olan
50
9-cu maddə, Xüsusi təhsil haqqında qanun (2001)
51
Azərbaycan Respublikasının Nazirlər Kabineti (10 may 2002-ci il), Evdə təhsil almaq hüququnu təmin edən xəstəliklərin siyahısı
və ev məktəbinin (və ya təhsilinin) təşkil edilməsi qaydası haqqında 077 nömrəli qərar
52
20-ci maddə, Əlillərin müalicəsi və sosial təminatı haqqında qanun (25 avqust 1992-ci il)
53
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), Stasionar şəraitdə (xəstəxanada) təhsilin təşkil edilməsi
haqqında 88 nömrəli qərar
35
müəssisənin də adı çəkilir: “stasionar tibbi müəssisədə təhsilin təşkil edilməsi və idarəolunması ən
yaxında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir”. Bundan əlavə, yerli təhsil
orqanları həmin təhsil fəaliyyətini yoxlamaq üçün cavabdehdirlər. Bundan əlavə, baş həkim təhsilin
vaxtını və qaydasını təyin etməlidir, bu isə, tibb və təhsil müəssisələrinin fəaliyyətinin
uzlaşdırılması deməkdir. Vəzifələr dəqiqliklə bölüşdürülməmişdirsə də, həmin sənəddə icra
tədbirləri nisbətən dəqiq şəkildə təsvir edilmişdir.
NK-nin inteqrativ şəraitə malik olan təhsil müəssisələrində təhsil fəaliyyətinin əsasnaməsini təsdiq
edən 29 may 2002-ci il tarixli, 87 nömrəli qərarında Xüsusi təhsil haqqında qanunun inteqrativ
təhsilin təşkil edilməsinə həsr olunan 12-ci maddəsinə istinad edilir. Əsasnamədə bəyan edilir ki,
inteqrativ təhsilin inkişafı dövlət tərəfindən təmin edilir. Lakin əsasnamənin nə əvvəlki, nə də
sonrakı abzaslarında bilavasitə inteqrativ təhsilin həyata keçirilməsinə, müşahidə edilməsinə və
monitorinqinə kömək etmək üsulları və qaydaları təsvir edilmir. Həmin əsasnamədə inteqrativ və
inkluziv təhsil bir-birindən fərqləndirilmir, çünki orada qeyd edilir ki, “inteqrativ şəraitə malik olan
təhsil müəssisəsi əlilliyi olan və tipik uşaqların bir yerdə təhsil almaları üçün yaradılan xüsusi
şəraitə malik olan ümumi məktəbdir”. Həmin əsasnamənin 7-ci abzasında bəyan edilir ki, kar, kor
və görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili tipik uşaqlarla bir yerdə təşkil edilə
bilməz
54
. Sənəddə bunun səbəbləri izah olunmur. Əsasnamədə tibbi-pedaqoji-psixoloji
komissiyanın uşaqları inteqrativ məktəbə qəbul etmək və ümumiyyətlə təhsilin növünü dəyişmək
barədə qərar qəbul etmək səlahiyyəti təsbit olunmuşdur. Təəssüf ki, bunun sayəsində əsasnamə daha
dəqiq və aydın olmamışdır.
Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsində (2004)
55
məktəbəqədər təhsil müəssisələrində
sosial-pedaqoji xidmətin fəaliyyət göstərməsi tələb olunur. Həmin xidmətlərə məktəbəqədər təhsil
müəssisələri, ailələr və cəmiyyət arasında əlaqələrin yaradılması, valideynlərin təlimləndirilməsi
daxildir. Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsinin 33-cü abzasında həmin müəssisələri
idarə etmək vəzifəsi Təhsil Nazirliyinə həvalə edilir, lakin nizamnamənin həyata keçirilməsi, habelə
icra tədbirlərinin idarəolunması və yoxlanması üsulları nizamnamənin özündə aydın şəkildə təsvir
edilmir. Xüsusi təhsil müəssisələrinin nizamnaməsi haqqında 078 nömrəli qərarda da (2002) həmin
nizamnamənin həyata keçirilməsi, habelə icra tədbirlərinin idarəolunması və yoxlanması üçün
cavabdeh olan müəssisənin adı çəkilmir.
Dostları ilə paylaş: |