1. Giriş
Bütün dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar adətən məktəb daxilində diqqətdən
kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə getmirdilər. 1990-cı ildə keçirilən “Hamı üçün
təhsil: təlimə dair əsas tələbatların ödənilməsi” adlı dünya konfransının nəticəsində bir çox
ölkələrdə uşaqların təhsil almaq imkanından məhrum olması məsələsi gündəliyə daxil edildi. Bu
təşəbbüs təhsil almaqda aşkar surətdə çətinlik çəkdiklərinə görə təhsil almaq imkanından tamamilə
məhrum olan və ya təhsil sistemləri daxilində diqqətdən kənarda qalan uşaqlara diqqət yetirilməsinə
kömək etdi. Artıq məktəbə qəbul edilən, lakin müxtəlif səbəblərdən tam yaxşı nailiyyət əldə edə
bilməyən, məktəbə qəbul edilməyən, habelə hər hansı şəkildə əlavə yardıma ehtiyacı olan, nisbətən
azsaylı uşaqları diqqətdən kənarda qalan uşaqların sırasına aid etmək olar.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının dövlət
təhsil sistemlərində təhsil islahatı aparılmışdır. Son tədqiqatlar onu göstərir ki, təhsil amaq üçün
bərabər imkanlar, habelə təhsilin maliyyələşdirilməsi və idarəolunması sahələrində müəyyən
irəliləyiş əldə edilmişdir. Hələ də həmin ölkələrin bir çoxu Minilliyin inkişaf məqsədlərinə (MİM)
və Hamı üçün təhsilə (HÜT) dair öhdəlikləri tam yerinə yetirməmişdir. BMT-nin Uşaq Fondunun
(UNICEF) 2007-ci ildə keçirdiyi regional tədqiqat nəticəsində məlum olmuşdur ki, “sağlamlıq
imkanları məhdud olan” uşaqların evdə və ya xüsusi təhsil müəssisələrində təhsil alması hələ də
üstünlük təşkil edir. İslahatların miqyasının genişləndirilməsi bu cür uşaqların təhsil almaq
imkanından məhrum olmalarına səbəb ola bilər.”
1
MDB, Şərqi və Mərkəzi Avropanın müxtəlif
ölkələrində islahatlar zamanı sağlamlıq imkanları məhdud uşaqlar diqqətdən kənarda qalırlar.
Təhsil almaq üçün bərabər imkanlara gəldikdə isə eyni hesabatda deyilir ki, “...müəssisələrdən
kənarda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil almaq imkanları məhduddur və
əlilliyi olan bir çox uşaq (ƏU) məktəblərə qəbul edilmir.” Bu hesabatdan belə nəticə çıxarılır ki,
MDB ölkələrində təhsil almaq üçün bərabər imkanları artırmaq, təhsilin idarəolunmasını və
maliyyələşdirilməsini yaxşılaşdırmaq üçün, o cümlədən əlilliyi olan uşaqlara və imkansız ailələrin
uşaqlarına təhsil xidmətlərini göstərmək üçün tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının dövlət təhsil sistemi keçmiş Sovet təhsil sistemləri əsasında
qurulmuşdur. Bu təhsil sistemi Sovet dövründə əsasən defektologiya elmi əsasında fəaliyyət göstərir
və adətən digər uşaqlardan təcrid edilmiş şəkildə, xüsusi məktəblərdə və ev məktəblərində ƏU-a
təhsil verməkdən ibarət idi. Beləliklə, hazırda dövlətin göstərdiyi təhsil xidmətlərinin əksəriyyəti
ƏU-ın öz həmyaşıdlarından və bütövlükdə cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bundan
əlavə, Azərbaycanda xüsusi təhsil xidmətləri bəzi rayonlarda göstərilmir, buna görə də əlilliyi olan
uşaqlar xüsusi təhsilə cəlb edilmək üçün digər rayonlarda fəaliyyət göstərən xüsusi təhsil
müəssisələrinə müraciət edirlər. Buna baxmayaraq, Azərbaycan Hökuməti (AH) son zamanlar
əlilliyi olan uşaqların tipik həmyaşıdları ilə birlikdə təhsil almalarına şərait yaradılmasını nəzərdə
tutan “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı 2005-2009-cu illər” kimi təşəbbüsləri irəli
sürmüşdür.
Tədqiqatın aparılması UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi (MTTYM)
tərəfindən həyata keçirilmişdir. Bu tədqiqatı aparmaqda məqsəd: 1) UHK, qanunvericilik,
strategiyalar, vəsaitlər və üsullar baxımından Azərbaycanda ƏU-a göstərilən təhsil xidmətlərinin
vəziyyətini qiymətləndirmək, habelə çıxarılan nəticələrin strateji islahata göstərdiyi əsas təsirləri
vurğulamaq; 2) bütün uşaqların əsas təhsilə cəlb edilməsinə mane olan iqtisadiyyat və maliyyə
məsələlərini təhlil etmək; 3) inkluziv təhsil sahəsində rast gəlinən nümunəvi üsulları müəyyən
etmək və qeydə almaqdır, habelə özünü doğrultmuş səmərəli mexanizm və strategiyaları, narahatlıq
doğuran istiqamətləri və ƏU-ın adi məktəblərdə uğurla təhsil almalarına mane olan amilləri
1
UNICEF, 2007-ci il,
Digərləri ilə müqayisədə bəziləri üçün daha çox təhsil?, Cenevrə, UNICEF-in MŞA və MDB üzrə
regional şöbəsi
2
işıqlandırmaq; nəhayət 4) strateji islahatları həyata keçirmək, lazımi miqdarda vəsaitin ayrılmasını
təmin etmək, inkluziv təhsilə yardım proqramlarının həyata keçirilməsinə kömək etmək məqsədilə
Azərbaycanda hakimiyyət orqanlarının və digər tərəfdaşların imkanlarının artırılmasına dair
tövsiyələr verməkdir.
Bu tədqiqatın hədəf qrupu 6-10 yaşlarında olan ƏU idi, məlumatlar isə valideynlərdən,
müəllimlərdən, məktəb direktorlarından, strategiya müəyyən edən şəxslərdən, nazirliyin
əməkdaşlarından və qeyri-hökumət təşkilatlarından (QHT) toplanmışdır. Məlumatın toplanması
zamanı sorğular, müsahibələr, hədəf qruplarının müzakirələri (HQM), müşahidələr və sənədlərin
nəzərdən keçirilməsi kimi tədqiqat üsullarından istifadə edilmişdir.
Tədqiqat nəticəsində aşkar edilmişdir ki, sağlamlıq imkanları məhdud olan uşaqların tələbatını
ödəyən xüsusi xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən Sovet dövrünün köhnəlmiş, dar tibbi
yanaşmaları ilə əlaqədardır. Digər tərəfdən, keçmişdə ƏU-ın digər uşaqlardan təcrid edilməsi
strategiyalarının tətbiq edilməsi nəticəsində bir çox ümumi məktəbdə xüsusi xidmət mütəxəssisləri
yoxdur, çünki sistem bunu tələb etmirdi və indi də etmir. Bundan əlavə, Azərbaycanın ali təhsil
müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün müvafiq sistem
yoxdur. Kadr hazırlığı ilə bağlı ixtisaslar açılmamışdır.
Müvafiq normativ hüquqi aktların təhlili göstərir ki, əlil uşaqların təhsili ilə bağlı nəzarət və
monitorinq qaydaları mövcud deyildir.
Tədqiqatın yerdə qalan hissəsinin quruluşu aşağıda göstərilmişdir. Növbəti fəsildə məlumatı
toplamaq və təhlil etmək üçün istifadə olunan metodologiya və üsullar təsvir edilir. Həmin fəsildə
həm də nümunə seçmək üsulları və tədqiqat qrupunun nümunə seçərkən rast gəldiyi çətinliklər
müzakirə edilir. 3-cü fəsildə tədqiqatın nəticələri haqqında ümumiləşdirilmiş məlumat verilir.
Həmin fəslin bölmələri təhsil imkanlarına və maneələrinə, hazırda mövcud olan ailə, dövlət və
qohumlar tərəfindən göstərilən dəstəyə; ƏU-a göstərilən münasibətə, təhsil xidmətlərinə və əlavə
xidmətlərə həsr olunmuşdur. Bundan əlavə, həmin fəsildə yerli qanunvericilik və uşaq hüquqlarına
dair əsas beynəlxalq sənədlər müqayisə edilmiş, təhsil xidmətləri və əlavə xidmətlər dərindən təhlil
edilmişdir. Sonuncu fəsildə nəticələr verilmiş, habelə hökumətin və digər maraqlı tərəflərin gələcək
fəaliyyətinə dair tövsiyələr verilmişdir.
2. Metodologiya
Bu tədqiqat keyfiyyəti və miqdari müvafiq üsullarla həyata keçirilmişdir. Tədqiqat iştirakçılarının
tədqiqatın nəticələrinə təsir göstərmələrinin qarşısını almaq üçün məhz həmin üsullar istifadə
edilmişdir. Əsas məqsəd keyfiyyət və kəmiyyət baxımından toplanan məlumatların bir-birini
tamamladığını, təsdiq etdiyini və sübuta yetirdiyini göstərməkdən ibarət idi.
Müsahiblər üçün müsahibə üsulları üzrə, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlardan
və onların valideynlərindən müsahibə götürmək və HQM keçirmək qaydaları üzrə iki günlük təlim
kursu təşkil edilmişdir. Təlim əsnasında iştirakçılara layihələr, onların təyinatları, Azərbaycanda
xüsusi və inkluziv təhsilin vəziyyəti haqqında məlumat verilmişdir. Sahə işi 2008-ci ilin aprelində
başlamış və 2008-ci ilin iyununda bitmişdir. Sonra tədqiqatçılar qrupu toplanan məlumatı təhlil
edərək hesabat tərtib etmişdir. Hesabatda aşağıda göstərilən terminlər əks olunmuşdur:
-
Əlilliyi olan uşaqlar: sağlamlıq imkanları məhdud olan, fiziki, psixoloji və əqli çətinliklər
yaşayan, müvafiq xidmətlər göstərilmədiyi təqdirdə təhsil almaqda çətinlik çəkən uşaqlar
2
2
Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun
3
-
Evdə təhsil: Azərbaycanda ev təhsilinin iki növü vardır: 1) xüsusi ev təhsili, yəni yalnız
evlərdə təhsil xidməti göstərən məktəblər. Xüsusi ev təhsilinin şərtlərinə uyğun olaraq,
evlərdə şagirdlərə dərs keçdiklərinə görə müəllimlərə əlavə məvacib ödənilir; 2) əlavə
xidmət kimi evlərdə təhsil verən adi məktəblər. Məktəb direktorları əlavə məvacib
ödəmədən evlərdə dərs keçməyi müəllimlərin öhdəsinə qoyur.
-
Xüsusi məktəb: yalnız əlilliyi olan uşaqları qəbul edən, adətən internat və ya sığınacaq kimi
fəaliyyət göstərən məktəblər.
-
İnteqrativ təhsil: ümumtəhsil məktəblərində, ayrıca siniflərdə əlilliyi olan uşaqlara təhsil
verilməsi
3
.
-
İnkluziv təhsil: xüsusi tələbatlarından asılı olmayaraq, bütün uşaqlara təhsil verən adi
(ümumtəhsil) məktəblər. Əlilliyi olan uşaqlara köməklik göstərilir, hər uşağın tələbatını
fərdi qaydada ödəmək üçün müvafiq məktəb kurrikulumu təsdiq edilir. Məktəbdə psixoloq,
əmək gigiyenası üzrə terapevt, nitq terapevti və s. mütəxəssislər tərəfindən xüsusi xidmətlər
göstərirlər.
2.1. Məlumat toplamaq üsulları
Məlumat toplamaq üçün aşağıda göstərilən üsullardan istifadə edilmişdir:
1.
Əlilliyi olan uşaqların valideynləri arasında sorğular (821 valideyn)
Əvvəlcə əlil və tipik uşaqların valideynləri arasında sorğu keçirmək nəzərdə tutulmuşdur
(hər qrupda 400 valideyn). Lakin sonra tədqiqat qrupu belə razılığa gəldi ki, yalnız ƏU-ın
valideynləri arasında sorğu keçirmək daha məntiqi olardı; HQM isə tipik uşaqların
valideynləri üçün nəzərdə tutulmuşdur. Tipik uşaqların valideynlərinin inkluziv və inteqrativ
təhsil haqqında kifayət qədər məlumatı olmadığından, onlarla fərdi şəkildə keçiriləcək
müsahibələr səmərəsiz ola bilərdi. Bu məqsədlə HQM keçirildi.
2.
Müəllimlər arasında sorğu (300 müəllim)
Bu tədqiqat çərçivəsində ƏU-ın təhsili ilə məşğul olan 300 müəllim arasında 64 sualdan
ibarət olan sorğu vərəqəsi vasitəsilə sorğu keçirildi. Müəllimlərin əksəriyyəti şəhər
məktəblərindən olub (88,6%) əsasən evlərdə dərs keçir (33%) və inkluziv təhsillə məşğul
olurdular (30%). Sorğu iştirakçılarının 10%-i xüsusi internat məktəblərini, 10%-i xüsusi
məktəbləri, 12%-i ümumtəhsil orta məktəbləri, 2,4%-i isə inkluziv sinifləri təmsil edirdi.
Sorğuda iştirak edən müəllimlərin təxminən yarısı 20 ildən artıq tədris fəaliyyəti stajına
malik idi. Müəllimlərin 60%-dən çoxu 40 və daha yuxarı yaş həddində idi.
3.
Məktəb direktorları ilə ətraflı müsahibələr (51 direktor)
Sorğu ərazilərində (regionlarında) yerləşən 51 məktəbin direktorlarından məlumat toplamaq
üçün 61 sualdan ibarət olan sorğu vərəqəsindən istifadə edildi. Direktorların 30-u kişi, qalanı
isə qadınlar idi. Sorğuda iştirak edən direktorların 45%-dən çoxu 50 və daha yuxarı yaş
həddində idi və onların əksəriyyəti 20 ildən artıq tədris fəaliyyəti stajına malik idi. Onların
62%-dən çoxu isə məktəb idarəetməsi sahəsində təxminən 15 illik staja malik idi.
4.
Rayon təhsil şöbələrinin müdirləri ilə ətraflı müsahibələr (13 müsahibə)
5.
Hökumət nümayəndələri ilə ətraflı müsahibələr (11 müsahibə)
Müsahibə verən hökumət nümayəndələri Təhsil Nazirliyi (TN), Səhiyyə Nazirliyi (SN),
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN), Milli Məclis (MM) və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən idilər. İki nümayəndə, təhsil nazirinin
müavini və parlamentin insan haqları komissiyasının sədri vaxt məhdudiyyəti səbəbindən
3
Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun
4
müsahibə verə bilmədilər. Beləliklə, tədqiqat qrupu nəzərdə tutulan 13 müsahibədən yalnız
11-ni keçirə bildi.
6.
Tipik uşaqların valideynləri və müəllimləri ilə keçirilən HQM (30 nəfərdən ibarət qrup)
Tipik uşaqların cəmi 271 nəfər müəllim və valideyni hədəf qrupunun müzakirələrində iştirak
etdi. Onlardan yalnız 33 nəfəri kişi, 237-si isə qadın idi.
7.
QHT nümayəndələri ilə HQM (10 nəfərdən ibarət bir qrup)
QHT-lərin 10 nəfər nümayəndəsi HQM-də iştirak etdi. Onlardan 3 nəfəri Azərbaycanda
ƏU-ın təhsili və müalicəsi sahəsində fəaliyyət göstərən beynəlxalq QHT-ləri təmsil edirdi.
Onlardan beşi isə ƏU-ın təhsili/müalicəsi və valideynlərin cəlb edilməsi ilə birbaşa məşğul
olan təşkilatları təmsil edirdi. Qalan iki təşkilat təbliğat və digər kömək xidmətləri ilə
məşğul olurdu.
8.
Xüsusi təhsilin, ev təhsilinin, inteqrativ təhsilin (adi məktəblərdə xüsusi siniflər),
ümumtəhsil məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə edilməsi
MTTYM-nin mütəxəssisi tərəfindən İSSA standartları əsasında müşahidə vasitəsi
hazırlandı. İki müşahidəçidən ibarət olan tədqiqat qrupu hər rayonda iki gün qaldı və 35
sinif otağında oldu. Müşahidəçilər ümumtəhsil, xüsusi və internat məktəblərində oldular və
əlillik dərəcəsi müxtəlif olan uşaqlar üçün xüsusi məktəblər tərəfindən həyata keçirilən evdə
təhsil ilə bağlı dərsləri müşahidə etdilər. Müşahidə vasitəsi dərs prosesi zamanı mühitin və
müəllimlərin pedaqoji yanaşmalarına kömək etmək üçün nəzərdə tutulmuşdu. Həmin vasitə
dərs prosesində dörd mühüm istiqaməti əks etdirirdi:
a)
Fiziki mühit – şagirdlər üçün ayrılan iş sahəsinin, sinif otağının tərtibatının, təhsil
vasitələrindən və əyani vəsaitlərdən istifadə etmək imkanının tədqiq edilməsinə xüsusi
diqqət yetirilməsi;
b)
Təlim mühiti – bütün uşaqlar üçün öyrənmək, təlim fəaliyyətində iştirak etmək,
həmyaşıdlarla və heyətlə məqsədəuyğun qarşılıqlı ünsiyyətə girmək imkanı yaratmaq
üçün müəllimin yaratdığı mühitin tədqiq edilməsinə xüsusi diqqət yetirilməsi; bu zaman
həm də uşaqların tələbatlarının nəzərə alınması və onlara dözümlü münasibət
göstərilməsi məsələləri də tədqiq olunur;
c)
Tədris üsulları və təlim tədbirləri – dərs zamanı uşaqların təlim fəaliyyətini
genişləndirmək məqsədilə müəllimlərin həyata keçirdikləri tədris üsullarına və təlim
tədbirlərinə həsr olunan üçüncü qiymətləndirmə istiqaməti;
d)
İctimai mühit – sinif otağındakı ictimai mühitə, habelə uşaqların öyrənmək və birgə
yaşamaq bacarıqlarını inkişaf etdirən, müsbət ictimai dəyərləri təbliğ edən və
möhkəmləndirən, uşaqların davranışını qiymətləndirməyə imkan verən davranış
formalarını tərtib etmək qabiliyyətinin müəllimlərdə olub-olmadığına xüsusi diqqət
yetirilməsi.
Təklif olunurdu ki, hər dörd istiqamət üç göstərici əsasında qiymətləndirilsin: müşahidə
edilmir, nadir hallarda müşahidə edilir və ardıcıl surətdə müşahidə edilir. Hər göstəriciyə
müşahidəçinin fikrini təsdiq edən qeydlərin əlavə olunması tövsiyə olunurdu. Bundan əlavə,
məktəblərə edilən səfərlər və evdə aparılan dərslər nəticəsində ətraflı qeydlər aparılmışdır.
9.
Yerli və beynəlxalq qanunvericiliklərin təhlili
Əsasən dövlət orqanlarının internet saytlarından götürülən milli qanunlar, qərarlar və
əsasnamələr tədqiqatçılar tərəfindən təhlil edilmişdir
4
. Məlumatlar hesabat üçün lazım olan,
təhsilə aid olan və hazırda qüvvədə olan qanunvericilik sənədlərindən ibarətdir. UHK, Əlil
şəxslərin haqları konvensiyası (ƏŞHK), Salamanka bəyannaməsi və s. kimi beynəlxalq
sənədlər də təhlil edilmişdir.
4
www.edu.gov.az, www.justice.gov.az, www.preseident.az, www.meclis.gov.az, www.cabmin.gov.az, www.health.gov.az
5
2.2. Nümunə seçmək əməliyyatları
Məlumat toplamaq üçün çoxmərhələli nümunə seçmək üsulundan istifadə edilmişdir. Həmin üsul
püşk yolu ilə seçilən məktəblərdə aparılmışdır. Bu tədqiqat üçün ƏU Səhiyyə Nazirliyinin təqdim
etdiyi siyahılardan püşk yolu ilə seçilmişdir. Tədqiqat iştirakçılarının qalan hissəsi ƏU vasitəsilə
seçilmişdir, yəni ƏU-la sorğu keçirildikdən sonra onların valideynlərindən, həmin məktəblərdə
təhsil alan tipik uşaqlar və onların valideynlərindən, məktəb direktorlarından, habelə rayon təhsil
şöbələrinin əməkdaşları ilə sorğular keçirilmişdir.
SN-in təqdim etdiyi siyahıya uyğun olaraq, Azərbaycanda 2006-cı ildə qeydiyyata düşən, əlilliyi
olan uşaqların sayı 23 533 idi. SN-in təqdim etdiyi ƏU siyahısından məlum olur ki, onların 83,8%-i
5-17 yaş həddindədir. Nəticələri optimallaşdırmaq üçün tədqiqat qrupu qeydiyyata alınmış ən çox
ƏU-ın yaşadığı 13 rayonu seçməyi qərara aldı. Daha çox ƏU-ın Bakı (paytaxt) və Sumqayıt
şəhərlərində yaşadığını nəzərə alaraq, nümunə seçərkən həmin şəhərlərdən daha çox müsahib
seçilmişdir.
5
Yekun nümunələr 1-ci cədvəldə (6-cı səh.) göstərilmişdir.
Sorğuda iştirak edən valideynlərin təxminən 22%-i kəndlərdən, 78%-i isə şəhərlərdən (şəhərlər və
rayon mərkəzləri) idi. Valideynlərin böyük əksəriyyəti yalnız bir əlil uşağa malik olduğunu
bildirmişdi. Müşahidə əraziləri TN-in təqdim etdiyi məlumat əsasında seçilmişdi. İki meyar
əsasında müşahidə yerləri seçildi. Birinci meyar təhsil alan ƏU-ın sayı, ikinci meyar isə ƏU-a
göstərilən təhsil xidmətlərinin növü idi.
Bakı ən çox ƏU-a (33,5%) və təhsil müəssisələrinin bütün növlərinə, yəni ev təhsilinə, xüsusi
məktəblərə, internat məktəblərə, ümumtəhsil məktəblərdə birləşdirilmiş siniflərə, ümumtəhsil
məktəblərdə sınaq səciyyəli inkluziv təhsil siniflərinə malik olan şəhər kimi seçildi. Biləsuvar
(9,8%) ən çox ƏU-a malik olan kənd rayonudur və həmin uşaqlara yalnız evlərdə dərs keçilir.
Sumqayıt şəhəri ƏU-ın ümumi sayının 8%-inə malik olan və təhsil xidmətlərinin bütün növlərini
göstərən digər böyük şəhər kimi seçildi.
5
Etiraf etmək lazımdır ki, KSİ ölkələrində, o cümlədən Azərbaycanda adətən rəsmi rəqəmlər etibarlı olmur. Məsələn, tədqiqat qrupu
qeydiyyata düşən uşaqları öz ünvanlarında tapmamışdır. Dövlət orqanlarının nümayəndələri anonimlik şərtilə bildirdilər ki, bir çox
uşaq öz ünvanını dəyişir, lakin heç də bütün hallarda yeni ünvanı təqdim etmir. Bu vəziyyət təkcə ƏU-ın ümumi sayı baxımından
deyil, həm də kənd/şəhər nisbəti kimi məsələlər baxımından bütün ölkəyə xas olan nümunəvi qayda tərtib etməkdə tədqiqat qrupu
üçün müəyyən çətinliklər yaratdı. Bu səbəbdən tədqiqat metodologiyasının bəzi zəif cəhətləri ola bilər.
1-ci cədvəl. Nümunələrin seçilməsi
Rayonun adı
ƏU-ın ümumi
sayı
(5-17 yaş)
Nümunələrin
seçilməsi
(nəzərdə
tutulan)
Nümunələrin
seçilməsi
(həqiqi icra)
Nümunələrin
seçilməsi
(həqiqi icra %)
1.
Bakı
3567
220
240
6.7%
2.
Biləsuvar
1043
60
59
5.6%
3.
Masallı
915
80
80
8.7%
4.
Sumqayıt
852
100
100
11.7%
5.
Gəncə
775
100
99
12.7%
6.
Ağcəbədi
665
40
40
6%
7.
Qax
562
20
20
3.5%
8.
Naxçıvan
484
40
40
8.2%
9.
Şəki
470
20
22
4.6%
10.
Goranboy
463
20
20
4.3%
11.
Tovuz
437
20
21
4.8%
12.
Bərdə
428
20
21
4.9%
13. Yevlax
60
6
59
Cəmi
10661
800
821
7
7.7%
6
Şəki və Yevlax təhsil xidmətlərinin bütün ənənəvi növlərini göstərən kənd rayonlarıdır və burada
ƏU-ın 4.4%-i yaşayır. Yevlax həm də sınaq səciyyəli inkluziv təhsil siniflərini açan kənd rayonu
kimi seçilmişdir
8
. Bundan əlavə, Şağan və Saray kəndlərində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin nəzdində fəaliyyət göstərən, ağır əlillik dərəcəsinə malik olan uşaqlar üçün nəzərdə
tutulan internat məktəbinə baş çəkilmiş, sinif otaqları və mühit müşahidə edilmişdir.
Dostları ilə paylaş: |