Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. Fəlsəfə insanın mahiyyəti haqqında



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix08.06.2023
ölçüsü0,59 Mb.
#127081
1   2   3   4   5   6   7   8   9   10   11
292 felsefe m N11felsefede insan problemi eyani

Sual 1. Fəlsəfə insanın mahiyyəti haqqında 
İnsan yer üzərindəki canlıların ən alisi olmaqla bərabər, həm də ictimai və elmi-
texniki tərəqqinin subyektidir. Odur ki, o, fəlsəfənin əbədi problemlərindən biridir. 
Lakin hər bir dövr "insan" anlayışına öz təsirini göstərmişdir. İnsan cəmiyyətin 
inkişafının və bəşəriyyətin fikir tarixinin uzunsürən təkamülü nəticəsində 
formalaşmışdır. 
Fəlsəfi antropologiya insan haqqında təlim deməkdir. Qeyd etmək lazımdır ki, 
insan mövzusu həmişə fəlsəfənin diqqət mərkəzində olmuşdur. Müasir dövrdə isə 
insanın fəlsəfi mənalandırılmasına maraq xüsusilə böyükdür. Hazırda gözümüz 
qarşısında bütün biliklərin antropolojiləşməsi meylləri baş verməkdədir. Bu meyl onda 
ifadə olunur ki, fəlsəfi problemlərin ümumi mücərrəd izahının yerini, onların insan 
fenomeni baxımından konkret mənalandırılması tutur. Hətta ənənəvi fəlsəfi məsələlərin 
özü də getdikcə daha çox antropoloji əsaslar üzərində qurulmaqdadır. Antropologiyanın 
banisi M.Şeler göstərmişdir ki, fəlsəfənin bütün mərkəzi problemlərini mahiyyət 
etibarilə insan probleminə müncər etmək olar. 
Hazırda insan probleminə çoxalmaqda olan diqqət aşağıdakı səbəblərlə izah edilir. 
Hər şeydən əvvəl müasir ictimai inkişafda insanın rolu durmadan artır. O, sosial 
proseslərə və bütövlükdə dünyanın gedişatına güclü təsir göstərir. Digər tərəfdən, müasir 
elmi-texniki tərəqqinin törətdiyi nəticələr baxımından insan ilə texnika arasındakı 
münasibətlərə yeni tərzdə yanaşmaq tələb olunur. Nəhayət, indi bəşəriyyətin rastlaşdığı 
qlobal problemlər insanın varlığını təhlükə altına alır. Deməli onların həlli də insan ilə 
sıx bağlıdır. 
Tarixin dönüş məqamlarında insan probleminə maraq daha da artır. Bu hal onunla 
izah edilir ki, həmin dövrlərdə təkcə bu və ya digər insanın deyil, bütövlükdə cəmiyyətin 
mövcudluğu, onun məramı və məqsədi ilə bağlı məsələlər ön plana çəkilir. Müasir 
cəmiyyət məhz belə dövrü yaşayır. Keçmiş SSRİ-yə daxil olan digər respublikalar kimi 
Azərbaycan da öz müstəqilliyini əldə etmişdir. Burada totalitar rejimdən açıq demokratik 
cəmiyyətə, bazar münasibətlərinə keçid baş verir. Təbiidir ki, belə şəraitdə sosial, 
iqtisadi və mədəni dünyagörüşü baxımından insanın rolu qeyri-adi dərəcədə artır. 
Fəlsəfə insanı öyrənən konkret elmlərdən (iqtisadiyyat, sosiologiya, psixologiya, 
təbabət, biologiya və sair) fərqli olaraq ona bütöv bir tam kimi yanaşır. Müasir dövrdə 
insanı öyrənən bu xüsusi elmlər böyük nailiyyətlər əldə etsələr də, onlar öz 
predmetlərinə uyğun olaraq insanın bu və ya digər cəhətini qabardır. Odur ki, insanı 
kompleks və hərtərəfli öyrənməyə tələbat və ehtiyac yaranır. Bu vəzifə isə fəlsəfənin 
öhdəsinə düşür. Ö, ümumnəzəri və dünyagörüşü elmi olmaq etibarilə insan haqqındakı 
konkret elmləri bir növ inteqrasiya edir. Fəlsəfə insanı kompleks və hərtərəfli təhlil edir. 



Beləliklə də insanı öyrənən konkret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan 
qaldırmağa imkan verir. 
Müasir dövrdə insana kompleks yanaşılması tələbatı bir sıra əməllərlə sərtlənir. 
Hər şeydən əvvəl göstərilməlidir ki, insan çox mürəkkəb və müxtəlif tərəfləri əhatə edən 
varlıqdır. Buna görə də onu bütün əhatəliliyi və hərtərəfliyini də öyrənmək zərurəti 
yaranır. İnsan haqqında elmlərin vahid sistem şəklində inteqrasiyası isə yalnız fəlsəfi 
zəmin üzərində həyata keçirilə bilər. Qeyd edək ki, uzun illər fəlsəfi fikirdə hökmranlıq 
edən ehkamçılıq və əzbərçilik fəlsəfənin bu funksiyanı yerinə yetirməsinə mane 
olmuşdur. Yalnız son dövrlərdə insanın fəlsəfi planda çoxölçülü universal səciyyəsini 
vermək üçün şərait yaranmışdır. Bu isə insan varlığının unikal xarakterini, mahiyyəti və 
təbiətini açmağı, onun təbii-bioloji cəhətlərini və sosial keyfiyyətlərini araşdırmağı 
nəzərdə tutur. 
İnsan nədir? ilk nəzərdə belə görünə bilər ki. bu o qədər də ciddi sual deyildir. 
Çünki kimliyindən asılı olmayaraq hamıya elə gəlir ki, o, bu suala cavab verə bilər. 
Əslində isə bu suala elmi cavab vermək çox çətindir. İnsan ən mürəkkəb və sirli 
varlıqdır. Onun mahiyyətinin izahında hələ də bir çox məsələlər aşkar olunmamış qalır. 
İnsanın mahiyyəti kainat qədər sirlidir. Bu mənada onun öyrənilməsini bitmiş hesab 
etmək olmaz. Elm onun dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox olduğu daha 
aydın görünür. Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət deyildir. İnsan üçün 
onun özünü öyrənməkdən maraqlı heç nə yoxdur. Müdriklərdən biri demişdir: “Əgər 
bütün həyatını insanı öyrənməyə sərf etmisənsə, onda ömrünün hədər getmədiyini 
söyləyə bilərsən. Buna görə bəşəriyyət ta qədimdən insana bütöv bir tam kimi fəlsəfi 
baxımdan yanaşmağa cəhd göstərmişdir. İnsana fəlsəfi yanaşma onun mahiyyətini aşkar 
etməyi, fəallığının konkret tarixi determinasiyasını müəyyən etməyi, onun varlığının 
müxtəlif tarixi mövcudluq formalarını açmağı nəzərdə tutur. 
Fəlsəfi antropologiya rəsmi elm kimi keçən əsrin əvvəllərində M.Şeler və 
Q.Plesner tərəfindən Almaniyada yaradılmışdır. Lakin hu heç də o demək deyildir ki, 
ona qədər insan haqqında təlimlər mövcud olmamışdır. 
İnsan haqqında ilk təsəvvürlər hələ qədim Hind və Cin fəlsəfi təlimlərində ifadə 
olunmuşdu. Məsələn, Vedalarda və Upanişadlarda insanın mənəviyyatı, onu 
ehtiraslardan azad etməyin yolları göstərilirdi. Burada fərdi ruhun (atmanın) dünya 
ruhuna, universal prinsipə (brahmana) qovuşması əsas yer tuturdu. Qədim Çində geniş 
yayılmış konfusilik və daosizm təlimlərində də insanın əxlaqi davranışı təbiət və kainat 
ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu. 
Ümumiyyətlə Qədim Şərq fikrində insanın təbii və sosial aləminə humanist 
münasibət, onun daxili dünyasının təkmilləşdirilməsi başlıca yer tuturdu. 



Qədim Yunan fəlsəfəsinin erkən dövründə də insanla bağlı müəyyən maraqlı 
tikirlər irəli sürülmüşdü. Lakin insana doğru həqiqi dönüşü sofistlər və Sokrat 
etmişdilər. Sofistlərin görkəmli nümayəndəsi Protaqor yazırdı: “İnsan bütün 
mövcudluqların ölçüsüdür, həm mövcud olan şeylərin ölçüsüdür ki, onlar mövcuddur
həm də mövcud olmayan şeylərin, çünki onlar mövcud deyil. 
Sokrat insanın daxili dünyasına xüsusi diqqət yetirirdi. O, özünün etik rasionalizm 
prinsipində göstərirdi ki. xeyirxahlıq bilik ilə ayrılmaz sürətdə bağlıdır. Onun fikrincə 
əxlaqi təkmilləşmə həqiqətin dərki deməkdir. Platon insanda ruhu ön plana çəkirdi. O 
göstərirdi ki, məhz ruh sayəsində insan mövcuddur. Bədən ruha düşmən olan 
materiyadır. Aristotelin konsepsiyasında insan ictimai mahiyyət kəsb edən varlıq hesab 
olunurdu. Onun fikrincə, insanın digər bir mühüm keyfiyyəti ağla, zəkaya malik 
olmasıdır. 
Bir sözlə antik fəlsəfədə insan ali başlanğıca - taleyə tabe olan mikrokosmos kimi 
götürülürdü, 
Orta əsrlər fəlsəfəsində insan allahın yaratmış olduğu mövcudat kimi təsvir 
olunurdu. Xristian dini açıqca göstərirdi ki, 0 "Allahın obrazı və bənzəridir". Bu təlimə 
görə insan ilahinin müəyyən etdiyi dünya qaydasının passiv iştirakçısıdır. İnsanın əsas 
vəzifəsi allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir.
Orta əsrlərdən fərqli olaraq intibah dövrünün fəlsəfəsinə görə, insan bir növ 
göydən yerə endirilir. İnsanın humanizmi və şəxsiyyəti ön plana çəkilir. Onda 
xeyirxahlıq, xoşbəxtlik və harmoniya kimi keyfiyyətlərin olması zəruri hesab edilir. 
İnsanın müstəqilliyi, onun qüvvə və qabiliyyətini tükənməzliyinə inam elan olunurdu. 
Yeni dövr fəlsəfəsində bir tərəfdən insanın fərdi mənafeləri, sosioloji və etik 
individualizmi ön plana çəkilir. Hobbsa görə, insan insanın düşmənidir. Hamının hamıya 
qarşı mübarizəsi cəmiyyətin vəzifəsi hesab olunurdu. Həmin dövrdə antropoloji 
rasionalizm (insanın əsl mahiyyətini fikirləşməkdə, zəkada görmək deməkdir) meydana 
gəlir. Məsələn, R Dekart belə hesab edirdi ki, fikirləşmək insanın mövcudluğunun 
yeganə dəqiq göstəricisidir. “Fikirləşirimsə, deməli, mövcudam” sözləri ona məxsusdur. 
XVIII əsr fransız materialistləri üçün insana mexaniki baxış, onu maşın kimi və təbiətin 
məhsulu İtimi göstərmək səciyyəvidir. İnsana maşın kimi yanaşılması Lametrinin 
təlimində əsas yer tutmuşdur. Helvetsiy və Didro isə insanı təbiətin məhsulu hesab 
edirdilər. Onların mövqeyinə görə insanın fəaliyyəti qəti surətdə təbiət qanunları ilə 
şərtlənir. O, hətta fikrən də təbiətdən kənara çıxa bilməz. 
Klassik alman fəlsəfəsində insan mövzusu çox geniş müzakirə olunmuşdur. Bu 
fəlsəfənin banisi E. Kant göstərirdi ki: "İnsan nədir?" sualı fəlsəfənin əsas məsələsi, 
insanın özü isə "Bütün dünyada başlıca predmetdir”. Kant insanın bir tərəfdən təbii, 



digər tərəfdən isə əxlaqi mövcudat olduğunu qeyd edirdi. O, həm də göstərirdi ki, ikinci 
tərəf üstündür. Kant insanı öz fəaliyyətində müstəqil və azad görmək istəyirdi. Bu 
fəaliyyət qəti imperativə (insanın daxilindən gələn və onun şəxsiyyət kimi 
mükəmməlliyini ifadə edən tələb) əsaslanmalıdır. O, heç vaxt hər hansı bir məqsədi 
həyata keçirməyin vasitəsi olmamalıdır. 
Hegelin insan təlimi rasionalizmə əsaslanırdı. O, Dekart tərəfindən əsası 
qoyulmuş antropoloji rasionalizmi daha da inkişaf etdirmişdir. Hegel göstərirdi ki, 
insanın heyvandan fərqi hər şeydən əvvəl təfəkkürə malik olmasındadır. Məhz bu 
keyfiyyət onun insanlığını bəşəriyyətə bildirir. Hegelin fikrincə insan mənəvi fəaliyyətdə 
olan subyektdir. O, ümum əhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın daşıyıcısıdır. 
Hegelə görə insan yalnız özünün ümumi və azad olduğunu dərk etdikdə şəxsiyyətə 
çevrilir. Onun fikrincə, cəmiyyət daxilində üstünlük fərdə deyil, sosial birliyə və 
kollektivə məxsusdur. 
Feyerbaxın təlimində insanın mənəvi fəaliyyətindən hissi cismani tərəfə dönüş 
edilir. O belə hesab edirdi ki, Hegelin mütləq ruh ideyası insanın həqiqi mahiyyətinin 
mistikləşdirilmiş ifadəsidir. Feyerbaxın antropoloji materializmi bundadır ki, o insanın 
mahiyyətini ön plana çəkir. O göstərirdi ki, insanı öyrənmək fəlsəfənin yeganə, universal 
və ali predmetidir. Lakin Feyerbax insanın mahiyyətini mücərrəd fərd kimi anlayırdı. 
Ona xalis bioloji mövcudluq kimi yanaşırdı. Feyerbaxın fəlsəfəsində bir səciyyəvi cəhət 
də onun dinə münasibətidir. O, dinə insanın xassələrinin özgələşməsi kimi baxırdı: guya 
insan ikiləşir və Allahın simasında öz mahiyyətini müşahidə edir. Bu cür ikiləşmənin 
səbəbini o, insanın təbiətin və cəmiyyətin kortəbii qüvvələrindən asılı olmasında 
görürdü. Onun təlimində din "qeyri-şüuri formada təzahür edən mənlik şüuru" kimi çıxış 
edir. 
XIX əsrdəki qeyri-klassik fəlsəfi təlimlər insanın əsas keyfiyyətini iradə və 
hisslərdə görürdülər. Bu mənada alman filosofu A.Şopenhauerin (1788-1860) insan 
haqqında düşüncələri diqqəti cəlb edir, insan müxtəlif qərarlar qəbul etmək imkanına 
malikdir. Bu imkan insanı motivlər arasında mübarizə meydanına çevirir. Hər bir insan 
öz xarakterinə uyğun olaraq bu motivlərə reaksiya verir. O, insana pessimist baxışı 
təbliğ edirdi. Şopenhauerin fikrincə xoşbəxtlik həmişə inkari nəticə verir. Çünki o, 
insanı yalnız müvəqqəti olaraq əzabdan xilas edir. Bundan sonra onu yeni əzablar 
gözləyir. Beləliklə, əzab insan həyatından ayrılmazdır, ona daimi xasdır. Buna görə də 
optimizm cəfəng baxışdır. O, bəşəriyyətin ifadə oluna bilməyən əzablarına istehza 
etməkdən başqa bir şey deyildir. F.Nitsşe də insanı həyat qüvvələri və həvəsləri 
oyununun iştirakçısı hesab edirdi. Onun fikrincə insanın davranışı hakimiyyətə can 
atmaq iradəsini ifadə edir. 



Antropologiya məsələsi Azərbaycan ictimai və bədii fikri tarixində də geniş yer 
tutmuşdur. Uzaq keçmişdən - Dədə Qorquddan və Ə.Bəhmənyardan bu yana bir çox 
görkəmli mütəfəkkirlər insan və onun mahiyyəti haqqında qiymətli fikirlər irəli 
sürmüşlər. Məsələn, N.Gəncəvi göstərirdi ki, insan xilqətdən şərəfli yarandığı üçün 
zəngin mənəviyyatlı böyük amallar yolçusu olmalıdır. İnsan öz bacarığı və qabiliyyətinə 
görə yer üzünün ağasıdır. Dünyada hər şey ona xidmət edir. İnsan həyatda ağıllı, bilikli, 
hünərli, zəhmətkeş, doğruçu və sair təqdirəlayiq keyfiyyətlərə görə seçilir. Ümumiyyətlə 
orta əsrlərdə müsəlman şərqində insan düşüncəli, nəfsə malik (şüurlu), bütün 
yaranmışlardan üstün varlıq, yer üzünü əşrəfi hesab olunurdu. 
İslam dini də insanın izahına geniş yer verir. Burada insan maddi cisim (bədən) və 
mənəvi (ruh) kimi təsəvvür olunurdu. Hesab edilir ki, maddi (cismani) müvəqqəti 
xarakter daşıyır, ruh isə əbədidir. İnsan öldükdən sonra onun ruhu ilahiyə qovuşur. 
Bununla yanaşı islam dini insanın özünü anlaşmasına və cəmiyyəti dərk etməsinə böyük 
əhəmiyyət verir. 
XIII əsrin böyük mütəfəkkiri Nəsrəddin Tusi qeyd edirdi ki, insan yaşamaq üçün 
yeməyə möhtacdır, lakin insanın yeməyi heyvanlardakı kimi ələf və sudan ibarət deyil, 
təbiət tərəfindən hazır şəkildə verilmir. Tusi ictimai varlıq olan insanın ictimai həyatdan 
- cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymışdır. O yazırdı: "Dünyanın 
intizamı, məişətin nizamı əməklə hasilə gəldiyindən: insan növü isə köməksiz yaşaya 
bilmədiyindən əmək köməksiz, köməkdə ictimai biliksiz ola bilməz. Deməli, insan növü 
öz təbiəti etibarilə ictimai birliyə möhtacdır". 
Görkəmli Azərbaycan şairi İ.Nəsimi insan anlayışına təkcə ontoloji deyil həm də 
humanist və etik məna vermişdir. O, insanı "kiçik aləm" adlandırır, göstərirdi ki, o, öz 
kamilliyinə görə maddi şeylərdən daha yüksəkdə durur. Nəsiminin fəlsəfəsində "Mən" 
anlayışı ən geniş həcmli anlayış olan "Haqq"(Allah) ilə eyniləşdirilir və bütün 
mövcudatın cəmi kimi götürülürdü. 
İnsan, onun mahiyyəti və idrakı ilə bağlı məsələlər Füzulinin yaradıcılığında da 
geniş yer tutmuşdur. O, insanın mahiyyətini onun idraki qabiliyyəti kamilliyi ilə 
əlaqələndirirdi. Füzuliyə görə aqil insan öz xilqəti barədə düşünməli, öz varlığının 
mahiyyətini araşdırmalı, özünün əvvəlini və sonunu dərk etməlidir. 
Şərq fəlsəfi fikrinin materialist ənənələrini davam etdirən M.F.Axundov da insana 
böyük diqqət yetirirdi. O, ömrünün son dövründə yazdığı əsərlərdə insan, onun həyatı, 
azadlığa nail olmağın yolları barədə maraqlı fikirlər irəli sürmüşdür. Beləliklə insan, 
onun mahiyyəti, mövcudluğu və gələcəyi ilə bağlı problemlər bütün dövrlərdə fəlsəfədə 
başlıca yeri tutmuşdur. Bu problemlərin maddi və mənəvi səpkiləri daim fəlsəfi fikrin 
diqqət mərkəzində olmuşdur. 



Bütövlükdə insanın anlaşılmasına dair müxtəlif baxışları aşağıdakı kimi üç 
formada qrupılaşdırmaq olarBirinci mövqe göstərir ki, insan unikal mövcudatdır. Özü 
özünün yaradıcısı, dünyadakı bütün şeylərin ölçüsüdür, İkinci baxışa görə insan Allahın 
yaratdığı möcüzədir. Üçüncü nöqteyi-nəzər isə hesab edir ki, insanın yaranması təbiətin 
səhvidir O, sonsuz sayda nöqsanlara malik olan bədbəxt törəmədir. Buna görə də insanın 
gələcəyi yoxdur. 
İnsanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter daşıyır. Onda 
aşağıdakı dörd səpkini ayırmaq olar: bioloji, psixiki, sosial və kosmik. Birinci insanın 
anatomik və fizioloji, xassələrində-genetik əlamətlərində, onun orqanizmlidə baş verən 
beyin-əsəb proseslərində, fızki və elektrokimyəvi dəyişiklərdə ifadə olunur. Başqa sözlə, 
bu mövqe insanı bioloji orqanizm kimi öyrənir. Psixiki səpki insanın ruhi-mənəvi 
dünyasını nəzərdə tutur. Burada şöhrət insandakı şüurlu və qeyri-şüuri proseslərdən, 
onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti və sair psixiki səciyyələrindən 
gedir. Sosial səpki xüsusilə mühüm olub, insanların ictimai mahiyyətini araşdırır. Onun 
diqqət mərkəzində aşağıdakı məsələlər durur: insanın sosial münasibətlər sistemində 
yeri, fəaliyyətinin xarakteri, həyatının təşkili formaları, mənəvi dünyası, mədəniyyəti və 
s. Nəhayət son dövrdə intensiv müzakirə olunan dördüncü səpki insan ilə kosmos, kainat 
arasında qarşılıqlı münasibətlərin bütöv bir sistemini əhatə edir. 
Qeyd olunmalıdır ki, bu səpkilərin hər biri özü-özlüyündə çox vacibdir. Lakin 
onların heç biri ayrı-ayrılıqda götürüldükdə mürəkkəb insan fenomenini aça bilmir. 
Buna görə də insan haqqında hərtərəfli biliyə malik olmaq üçün onların hamısını 
qarşılıqlı təsirdə və vəhdətdə götürmək zəruridir. 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin