31
mənalı yaşamağa çalışır. Hər bir fərdin həyatının məqsədi və amalı, onun mənimsəmiş
olduğu sosial ideyalarla, yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara
arxalanaraq insan öz həyatını
xeyir və ya şər, doğruçuluq və yalançılıq, ədalət və ya
ədalətsizlik kimi mənəvi-əxlaqi anlayışlar üzərində qurur.
Zəmanəmizin görkəmli psixoloqu V.Franki göstərir ki, insanın həyatını
heykəltəraşın fəaliyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin ki, ona əsərini
tamamlamaq üçün müəyyən vaxt verilir. Lakin həmin vaxtın sonu və nə vaxt qurtaracağı
haqqında onun məlumatı yoxdur. Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir.
O, sadəcə olaraq ona ayrılmış vaxtdan maksim istifadə edir ki, əsər yarımçıq qalmasın.
Lakin əgər verilmiş vaxt iş başa çat qədər qurtarsa belə, görülən işin qiymətini aşağı
salmır. Həyatın fraqmentar xarakteri onun mənasını azaltmır.
Ömrün uzun müddətli
olmasına əsasən biz heç onun nə dərəcədə mənalı olduğunu deyə bilmərik.
Deyilənlərdən aydın olur ki, insan həyatının mənası, ölməzliyi onun özü
tərəfindən qazanılır.
Din insanın həyatım müqəddəs ehkamlara əməl etməkdə, dini ayin və mərasimləri
yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyasına inam bəsləməkdə görür.
Fəlsəfə isə bu məsələni həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri göstəricilərin
vəhdəti baxımından yanaşır. Bu, real fəlsəfi humanizm idealını ifadə edir. Həmin ideal
insanda ölüm ilə ölməzliyi, əbədi ilə müvəqqətini dialektik əlaqədə götürür. İnsan həyatı
fiziki cəhətdən keçici olmasına
baxmayaraq, mənəvi baxımdan ölməzlik qazana bilir.
İnsanın ölməzliyi onun qoyub getdiyi mənəvi irsdə, yaradıcılıqda və xeyirxah
əməllərdədir. Təsadüfi deyildir ki, görkəmli elm və mədəniyyət xadimləri, gözəl
sənətkarlar, xalqın vətənpərvər oğulları
cismən ölüb getsələr də, mənən əbədiyyətə
qovuşur, əsrlər boyu yaşayırlar. Deməli, insanın ölməzliyi onun zəkasının qüdrətində və
humanizmində təcəssüm edir.
Bioloji varlıq olan insan öz həyatının mənası üzərində düşünərkən, həm də həyat
və ölüm məsələlərinə öz münasibətini formalaşdırır. Bəşəriyyətin inkişafının bütün
pillələrində bu məsələlər təkcə ictimai fikrin qabaqcıl nümayəndələrini deyil, həm də
bütün insanların fikrini məşğul etmişdir. Onlara cavab verərkən hər şeydən əvvəl həyatın
mənasız olduğu haqqında təsəvvürlərə yol verilməməlidir. Bütün digər canlılardan fərqli
olaraq insan yeganə mövcudatdır ki, həyatı boyu daim özündən narazı olur, müəyyən
narahatlıq keçirir. Öz məqsədinə çatmağa çalışır. Bu onun inkişafının
stimulu rolunu
oynayır. O, öz qabiliyyətlərini hərtərəfli inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə,
ümumi işin xeyrinə öz töhfəsini verməyə səy göstərir. İnsanın sosial mahiyyət daşıması,
cəmiyyətdə yaşaması onu buna sövq edir.
32
Müasir dövrdə təbabətin, biologiyanın, genetikanın və digər elmlərin heyrətamiz
kəşfləri insan ömrünün uzadılması üçün real imkanlar açır. İnsan orqanizminin müxtəlif
üzvlərinin köçürülməsi sahəsində qazanılmış uğurlar sübut edir ki, bəşəriyyət hazırda
uzunömürlülüyü həyata keçirməyin astanasındadır. Lakin insan həyatına bu yem baxış
hər şeydən əvvəl yüksək əxlaqi prinsiplərə, ideallara və dəyərlərə arxalanmalıdır. Digər
tərəfdən ölüm probleminin sosial-etik və əxlaqi humanist səpkisi getdikcə daha çox
diqqəti cəlb edir. İlk nəzərdə məsələnin bu cür qoyuluşu qəribə görünə bilər, belə ki,
əsrlər
boyu insan daha çox yaşamağa, həyatla bağlı problemləri həll etməyə çalışır.
Lakin etiraf edək ki, hazırda yaşamaq hüququ ilə yanaşı ölmək hüququ da böyük maraq
kəsb edir.
Bununla əlaqədar iki məsələ daha çox mübahisə doğurur: Birinci insanın öz
həyatına qəsd etməsi, intihar etməsidir.
Qeyd edək ki, hətta dində də bu hərəkət pislənilir
və göstərilir ki, öz həyatına qəsd edən adamı ümumi qəbiristanlıqda basdırmaq günahdır,
ikinci məsələ, uzun müddət yatan ölümə məhkum olan, xəstəlik dövründə əziyyət çəkən
adamın həyatına müdaxilə edərək, onun ölümünü sürətləndirməklə (evtanaziya) bağlıdır.
Təsadüfi deyildir ki, hazırda
evtanaziya (ağrısız, sakit əziyyətsiz ölmək mənasını
bildirir) problemi geniş müzakirə edilməkdədir. Burada belə suala cavab vermək əsas
yer tutur: evtanaziyaya mənəvi cəhətdən haqq qazandırmaq olarmı və əgər olarsa, onu
necə qanuniləşdirmək lazımdır? Bu suala cavab verərkən alimlər və praktiki tibb işçiləri
iki mövqeyə ayrılır: a) antipaternalizm (insan həyatını ictimai mənafelərə və dövlət
mənafeyinə tabe edən baxış) mövqeyində
duranlar belə edirlər ki, ağır xəstəliyə düçar
olan insan öz bədəninin tədricən əriyib getdiyini hiss edir, çox böyük fiziki sarsıntılar
keçirir. Bundan əlavə o, öz qohumla yaxınları üçün də ağır yük olduğunu başa
düşür.
Bu
şəraitdə insanı ölməyə qoymamaq doğru deyildir və belə halda evtanaziya tətbiqi
qadağan edilməməlidir. b) Digər bir nöqteyi-nəzərin-
paternalizmin münasibəti isə
belədir ki, insanı həyatdan məhrum etməyə haqq qazandırıla bilməz. Buna görə də
evtanaziyaya yol vermək olmaz. Onlar öz fikirlərini aşağıdakı səbəblərlə əsaslandırmağa
çalışırlar: əvvəla, insan
həyatı müqəddəs və toxunulmazdır. Digər tərəfdən, evtanaziya
buna
görə edilməməlidir ki, bu halda həkim tərəfindən xəstənin ailə üzvləri və
qohumları tərəfindən vərəsəlik mənafeyi üzündə istifadə hallarına yol verilə bilər.
Nəhayət evtanaziya "çıxmayan cana ümid çoxdur" prinsipi ilə bir araya sığmır. Yəni
uzun müddət xəstəlik keçirən bir adam
sağalıb normal həyata qayıda bilər.
Həyatın mənası onu ağılla yaşamaqdadır. İnsanda zəkanın, ağlın böyük rolunu
qeyd edən Helvetsi yazırdı: "Ey ağıl, səninlə insan zindanda da azaddır. Sən elə
xoşbəxtliyin özüsən".
Müasir dövrdə həyat və ölüm haqqında fəlsəfi düşüncələr təkcə praktiki məna
kəsb etmir. O, həm də insanı öyrənən konkret elmlər üçün zəruridir.
Fəlsəfə öyrədir ki,
33
insan bu məsələlərə mərdliklə yanaşmalıdır. Vaxtı çatmış ölümü öz həyatının tərkib
hissəsi
kimi qəbul etməli, ondan qorxmamalıdır. Vaxtilə Epikür göstərirdi ki, ölümdən
qorxmaq lazım deyildir. Çünki nə qədər biz yaşayırıq, ölüm yoxdur. Ölüm gələndə isə
biz olmayacağıq.
Fəlsəfə həyatın mənasını humanizm mövqeyindən müəyyən edir. Burada
fərdi və
ictimai ölçülər ayrılmaz vəhdətdədir. İnsanın həyat idealında təbii-bioloji ilə sosial, ölüm
və ölməzlik qarşılıqlı təsirdə çıxış edir.
Dostları ilə paylaş: