Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 3. Fərd, fərdiyyət və şəxsiyyət. Həyatın mənası. Ölüm və ölməzlik



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix08.06.2023
ölçüsü0,59 Mb.
#127081
1   2   3   4   5   6   7   8   9   10   11
292 felsefe m N11felsefede insan problemi eyani

 
Sual 3. Fərd, fərdiyyət və şəxsiyyət. Həyatın mənası. Ölüm və ölməzlik. 
İnsan bəşər nəslinin yeganə nümayəndəsi kimi fərd olaraq nəzərdən keçirilir. Bu 
anlayışın tərifi hansısa spesifik xarakteristikaya ehtiyac hiss etmir. Fərd– həmişə 
çoxlardan biridir. Bu mənada “fərd” və “şəxsiyyət” anlayışları həm həcminə, həm də 
məzmununa görə bir– birinə ziddir. Fərd anlayışında insanın xüsusi, yaxud yeganə olan 
xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır, lakin həcminə görə 
o qədər də zəngindir, çünki hər bir insan– fərddir. Fərd anlayışında insanın nə bioloji, nə 
də sosial keyfiyyətləri görünmür. Halbuki o nəzərdə tutulur. Əgər biz “insan fərdi” 
deyiriksə, o zaman bütün adamların nəsli birliyini təsəvvür edirik. Başqa keyfiyyətləri 
göstərdikdə isə onda sosial qrupa mənsubluq özünü göstərir. 
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır ki, 
onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiyyətin daşıyıcısı 
canlı insan orqanizmidir. 
“İnsan” anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ anlayışıdır. 
İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tuturlar. Onun 


30 
ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə xüsusi bir fərddir və 
məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd varlığına çevirir. 
Fərd öz ifadəsini insanın təbii əlamətlərində və psixik xassələrində– hafizə, 
təxəyyül, temperament, xarakter xüsusiyyətəlirində və insan simasında, onun həyat 
fəaliyyətinin bütün rəngarəngliyində tapır. Şüurun bütün məzmunu da: baxışlar, 
mühakimələr, rəylər də fərdi rəng alır, bunlar hətta müxtəlif adamlarda ümumi olduqda 
da həmişə özündə nə isə bir “özünə məxsusluq” daşıyır. Hər bir ayrıca adamın tələbatı 
və ehtiyacları fərdiləşmişdir və o, özünün gördüyü hər bir işə öz fərdi izini həkk etdirir. 
Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında deyil, həmçinin öz sosial, 
mənəvi, fiziki keyfiyyətləri cəhətdən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər 
həm müsbət, həm də mənfi ola bilər, çox zaman isə, müxtəlif nisbətlərdə olsa da onlarda 
həm ləyaqət, həm də nöqsanlar birləşmiş olur. 
İnsanın ən ümumi əlaməti onu qalan aləmdən ayıran sosial fəaliyyətdir. İnsan, hər 
şeydən əvvəl, öz fəaliyyəti şəraitini dəyişdirən və bütün bu keyfiyyətlər bir– biri ilə 
qırılmaz əlaqədardır. Şəxsiyyət– məzmununa görə olduqca zəngin anlayış olub, özündə 
insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil, həm də nadir, unikal xassələrini də 
əks etdirir. İnsanı, şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, daha dəqiq desək, insan üçün 
xarakter olan sosial keyfiyyətlər, onun sosial spesifikasıdır. Şəxsiyyət anlayışına adətən 
fərdin təbii– fərdi xarakteristikasını daxil etmirlər. İnsanın sosial fərdiyyəti boş yerdə və 
təkcə bioloji şərtlər əsasında yaranmır. İnsan konkret tarixi zamanda və sosial məkanda, 
praktiki fəaliyyət və tərbiyə prosesində formalaşır. Ona görə də sosial fərdiyyət kimi 
şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsiri və sintezinin konkret 
yekunudur. Və şəxsiyyət özü insanın sosial– mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi 
ilə bir o qədər əhəmiyyət daşımır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini 
verir. 
Şəxsiyyət mürəkkəb struktura və şərhə malikdir. Ümumiyyətlə, fəlsəfədə şəxsiyyət 
problemi insanın şəxsiyyət kimi mahiyyəti, onun dünyada və tarixdə yeri və rolu 
deməkdir. Burada şəxsiyyət ictimai idealların, sərvətlərin, ictimai münasibətlərin
adamların fəaliyyət və ünsiyyətinin subyekti və fərdi ifadəsidir. Şəxsiyyət, hər şeydən 
əvvəl, fəaliyyətin yetirməsidir. Yalnız fəaliyyəti sayəsində insan bir şəxsiyyət kimi 
özünüdərk, təsdiq və təzahür etdirir. 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin