29
qəbul olunur. Məsələn, E.From yazır: Öz-özünü başa düşmə, zəka və təxəyyül qüvvəsi
heyvanların mövcudluğunu səciyyələndirən ahəngdarlığı məhv etdi. Onların yaranması
ilə insan anomala, universumun əcaibinə çevrilir.
Yuxarıda deyilənlər göstərir ki, insanın elə bir keyfiyyətini (bədənin təşkili,
zəkalılığı, ünsiyyəti və ya digər keyfiyyətlərini) ayırmaq çətindir ki, onun
özünəməxsusluğunun bütün miqyasını əhatə etsin. Buradan belə bir güman gəlir: ola
bilər ki, insanın unikallığı onun insan təbiəti ilə bağlı deyildir, onun varlığının qeyri-
standart formalarında üzə çıxır.
Beləliklə, insan təbiəti rəngarəngliyi və qeyri-sabitliyi ilə seçilir. Belə ki, onun
açıqlığı, yaranmışların novü kimi hələ mükəmməl olmaması, insanın həqiqətən də unikal
xassələrindən biridir. Başqa mövcudatlardan fərqli olaraq o, özünün malik olduğu növün
məhdudluqlarını aradan qaldıra bilir. O, həm də canlı aləmin ayrılmaz hissəsi kimi bu
aləm üzərində yüksəlməyi bacarır. İnsanın heyrətedici dərəcədə unikallığı və çox
mühüm özünəməxsusluğu bu xüsusiyyətdə təzahür edir.
İnsan təbiətinin başa-çatmamış (bitməmiş) imkan olduğu haqqında ideyanın
doğruluğunu aşağıdakılar da sübut edir. Bu imkan sonsuz sayda variasiyalarda, spesifik
varlıqda və həyatda olan macəralarda təzahür edir. Bu prosesdə bəzən qeyri-
mükəmməllik əlverişli xassə kimi çıxış edir, lazımsız olan ləyaqətə çevrilir, xeyirxah
olan isə şər forması alır.
Dostları ilə paylaş: