Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Atropatena dövləti. Makedoniyalı İsgəndərin Şərqə yürüşü 
nəticəsində e.ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini 
həll edən Qavqamella döyüşündə kadusilərin, albanların və sakasinlərin 
antik müəlliflərin Kiçik Mada adlandırdığı satraplığın başçısı Atropatın 
rəhbərliyi altında İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrlə təsdiq 
olunur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz 
ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe 
olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət 
xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə 
danışıqlar yolu tutdu. E.ə. 328-ci ildə o, Makedoniyalı İsgəndər tərəfindən 
Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada 
adlandırılan gələcək Atropatena torpaqları Makedoniya işğalından xilas 
oldu.
E.ə. 324-cü ildə İsgəndərə qarşı Bariaksın başçılığı ilə baş vermiş 
üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi 
olan Perdikkaya ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi.
E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası 
sərkərdələri arasında bölüşdürüldü. Perdikka dövlət regenti təyin edilərək 
əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində 
İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı 
çəkilməmişdir. E.ə. 321-ci ildə Perdikkanın ölümündən sonra imperiya 
yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e.ə. 
321-
ci il Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona 
görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena 
adlandırılmışdır. Atropat «bu ölkənin böyük Midiya kimi makedoniyalılara 


13 
tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni 
müstəqil etdi».
Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması
şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur. 

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin