14
Atropatenada
«Nisa» çinsli dünya şöhrəti qazanmış atlar bəslənirdi. Hərbi
işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca
əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı
yonca toxumu
Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır.
Ölkənin çayları və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi.
Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə
yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı, xüsusilə çox möhkəm
yapışqan hazırlayırdılar.
Atropatena
kənd təsərrüfatı məhsullarının bolluğuna görə qonşu
ölkələrdən fərqlənirdi. Atropatena qədimdən yüksək inkişaf etmiş
sənətkarlıq
ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı
üçün çox zəngin faydalı qazıntılara malik idi. Burada dəmir, mis,
qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. Arxeoloji qazıntılar zamanı tapılmış
bəzək əşyaları ölkə zərgərlərinin yüksək ustalığından xəbər verir. Ərdəbil
yaxınlığında tapılmış boyalı, naxışlı və şirli qablar bu ölkədə dulusçuluq
məktəbinin olduğunu göstərir. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti
çox vaxt «Midiya yağı» adlandırırdılar. Urmiya gölünün suyundan duz
istehsal edilirdi.
Atropatenada
şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi.
Atropatena
sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah
növləri, toxuculuq məmulatı,
bəzək şeyləri, təsərrüfat və məişət əşyaları
istehsal
edirdilər. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi
daxili
və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi.
Ellin
dövlətlərini birləşdirən mühüm ticarət yolları da Atropatena ərazisindən
keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə,
oradan
ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara)
dənizinə, Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə aparılırdı. Ekbatan-
Qazaka
beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban
ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki,
bu yolla
dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.
15
Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış
ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə
Parfiya
pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə
rast
gəlinməmişdir.
Qeyd
etmək lazımdır ki, ellinizm dövründə Atropaten hökmdarları
ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə
xüsusi diqqət yetirirdilər. Yazılı
mənbələrdə Qazaka, Fraaspa, Fanaspa,
Aqnazana kimi
şəhərlərin adları çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka
idi
və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb
müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub-
şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.
Atropatenanı Atropatlılar sülaləsindən olan hökmdarlar idarə edirdilər.
Hökmdar hakimiyyəti irsi idi. Cəmiyyət əyanlardan, kahinlərdən(maq),
kəndlilər, sənətkarlar, tacirlər və qullardan ibarət idi. Tarixi mənbələrə görə
Misir
və Assuriyada mövcud olmuş quldarlıq sisteminə Atropatenada rast
gəlinməsə də, burada da qul əməyindən istifadə edilirdi. «Matikan hazar –
Dadistan
» adlı mənbədə Atropatenadakı qullar «bəndək» və «ənşəhrik»
termini
ilə verilmişdir.
Atropatenada
torpaq
sahiblərinin təsərrüfatlarında qul əməyi ilə
yanaşı, kəndli əməyindən də geniş istifadə edilirdi. Burada dövlət
xəzinəsinin gəlir mənbəyini qul əməyinin istismarı ilə yanaşı, kəndli və
sənətkarlardan yığılan vergilər təşkil edirdi.
Dostları ilə paylaş: