Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra


Sual 3.  Albaniya dövləti. (e.ə. IV – e. I əsri)



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   ...   5   6   7   8   9   10   11   12   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Sual 3. 
Albaniya dövləti. (e.ə. IV – e. I əsri). 
E.
ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən 
torpaqlarında yaşayan və qədim türk soylarından biri olan Albanlar öz 
dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından 
şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında 
məlumat vermişdir. Kaspilər fars-yunan müharibələrində piyada və atlı 
döyüşçülər kimi iştirak etmişlər. E.ə. 331-ci il Qavqamela döyüşündə 
Əhəməni ordusunun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə 
Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdur.
Makedoniyalı İsgəndərin sağlığı dövründə Alban hökmdarlığının 
mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini 
İsgəndərin e.ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona 


19 
iki 
dəfə qeyri-adi böyüklükdə köpək bağışlaması haqqında məlumat 
vermişdir. Bu da bir daha təsdiq edir ki, e. ə. IV əsrin II yarısında 
Azərbaycanın cənubunda Atropaten, şimalında isə Alban dövləti artıq 
mühüm siyasi amilə çevrilmişdi.
E.
ə. IV –III əsrlərdə Albaniyanı idarə etmiş hökmdarların adları tarixdə 
qalmamışdır. Buna baxmayaraq e.ə. III əsrdə Makedoniyalı İsgəndərin 
pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif 
süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin 
mövcudluğundan xəbər verirdi. Dövlət sənədlərini təsdiq etmək üçün 
hökmdarların daşıdıqları belə möhürlərdən bizim eranın III əsrinədək 
istifadə olunmuşdur. 
Ərazisi, əhalisi və təsərrüfat həyatı. Antik yunan müəllifi Strabona 
görə albanlar iberlərlə Kaspi dənizi (Xəzər) arasında yaşayırdılar. Dövlətin 
şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil 
etmişdir. İndiki Gürcüstanın şərqindəki Alazan vadisi Alban torpaqları idi. 
Alban dövlətinin şimal hüdudları Dərbənddən yuxarıdakı Samur dağ 
silsiləsindən başlayıb Böyük Qafqaz dağlarının ətəkləri boyu İori çayının 
yuxarı axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi 
hesab olunur. Mənbələrdə Alban və Kür çayının Alban torpaqlarından axıb 
dənizə tökülməsi haqda geniş məlumatlar vardır. Strabona görə Araz çayı 
da Alban ölkəsinin hüdudlarınadək axıb Kaspi dənizinə tökülürdü.
Alban əhalisi vahid dildə danışmırdı. Strabona görə bu ölkədə 26 dil 
var idi. Albaniyada 
yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, 
qardımanlıları, leqləri, gelləri və başqalarını göstərmək olar. Kaspilər, utilər 
və başqaları e.ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə albanlar 
adlandırılmışdır. E.ə. IV əsrdə baş vermiş Qavqamela döyüşündə 
Azərbaycanın şimalındakı tayfa birliyi artıq «alban» adını daşıyırdı. Antik 
çağda Kaspi dənizini həm də Alban dənizi adlandırmışdılar. Strabona görə 
əvvəllər burada hər qəbilənin bir padşahı var idisə, e.ə. I əsrin 60-cı 
illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Albaniyada 


20 
yaşayan tayfaların dili Türk, Qafqaz və s. dillər ailəsinə aid edilir. Təsadüfi 
deyil ki, ana 
qaynağımız olan «Kitabi Dədə Qorqud» da Alban soyunun 
başçısı Qazan xan verilmişdir.
Strabona 
görə Albaniyanın çox bərəkətli və məhsuldar torpağı ildə iki 
və ya üç dəfə məhsul verir; burada tarlalar dincə qoyulmur və ağac xışla 
şumlanır. Səpilən toxumdan əlli dəfə çox məhsul alınır. Üstəlik burada iqlim 
Babilistan 
və Misirdəkindən daha əlverişli olub, torpaq daha yaxşı 
suvarılırdı. 
Antik 
dövrdə Alban əhalisi taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük 
və maldarlıqla məşğul olurdu. Taxıl bitkilərindən buğda, arpa və darı 
yetişdirilirdi. Albanlar taxılı dəmir oraqlarla biçir, xırmanlarda xırda daş 
dişləri olan ağac vəllə döyür və dən daşları ilə üyüdürdülər. Taxılın 
üyüdülməsində əl dəyirmanlarından, eramızın ilk əsrlərindən başlayaraq 
hətta su dəyirmanlarından istifadə edirdilər. Taxılı iri saxsı küplərdə və 
xüsusi quyularda saxlayırdılar.
Strabon Albaniyada 
müxtəlif meyvə ağaclarının, hətta zeytun 
yetişdirildiyini qeyd etmişdir. Albaniyanın təsərrüfatında üzümçülük və 
şərabçılığın mühüm yer tutması haqqında Strabon çox qiymətli məlumatlar 
vermişdir. Şamaxıda və Qəbələdə arxeoloci qazıntılar zamanı şərab 
istehsal 
edilən emalatxanaların qalıqları və şərabsaxlanılan çoxlu böyük 
küplər tapılmışdır.
Albaniyanın mülayim iqlimi, bol otlu dağları və düzləri köçmə (yaylaq) 
maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. II-III əsrlərdə yaşamış 
yunan 
müəllifi Klavdi Elian burada çoxlu mal naxırları və at ilxılarının olması 
haqqında məlumat verərək yazırdı ki, burada saxlanan dəvələrin yunu öz 
zərifliyi və yumşaqlığı ilə Milet yunundan geri qalmır. Kahinlər, ən varlı və 
nüfuzlu kaspilər həmin yundan toxunmuş paltarlar geyirdilər.
Albaniyada 
çoxlu minik və yük atları yetişdirilirdi. Minik atlarından 
süvari qoşun dəstələrində istifadə olunurdu. Strabona görə Pompeyin 


21 
yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı 
qoşun çıxarmışdılar.
Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük yer tuturdu. 
Albanlar 
balıqları duzlamağı və balıq piyindən sürtgü yağı düzəlməyi 
bacarırdılar. Balıqların içalatını bişirməklə hazırlanan yapışqan o qədər 
möhkəm yapışdırırdı ki, hətta on gün suda saxlayanda da yapışdırılan 
əşyalar bir-birindən qopmurdu. 

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin