Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   ...   5   6   7   8   9   10   11   12   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Sənətkarlıq, ticarət və şəhərlər. Albaniyada sənətkarlığın müxtəlif 
sahələri inkişaf etmişdi. Sənətkarlıq əsasən şəhərlərdə, qismən də 
kəndlərdə cəmləşmişdi. Sənətkarlıq məhsulları ölkənin daxili təlabatını 
ödəyirdi, bir hissəsi qonşu ölkələrə ixrac olunurdu. Silahqayırma, qiymətli 
metallardan qab 
istehsalı və qiymətli parça növlərinin toxunması bir qayda 
olaraq 
şəhər sənətkarlıq emalatxanalarında cəmləşmişdi. 
Albaniyada 
geniş yayılmış sənətkarlıq sahələrindən biri də 
metalişləmə idi. Ümumiyyətlə, Azərbaycan ən qədim metallurgiya 
mərkəzlərindən biridir. Dövlətin, şəhərlərin yaranması və ticarət əlaqələrinin 
genişlənməsi metalişləmə sənətinin inkişafına şərait yaratmışdı. 
Metalişləmə sahəsində dərin ixtisaslaşma getmişdi: 1) silah istehsalı; 2) 
əmək alətləri və məişət əşyalarının düzəldilməsi; 3) bəzək əşyalarının 
düzəldilməsi. Ustalar metalı əritməyi, qəlibə tökməyi, qaynaq etməyi, 
kəsmə və döymə üsulu ilə metaldan hər cür məmulat düzəltməyi 
bacarırdılar. Qazıntılar zamanı bütün bu texniki üsulları tətbiq etməklə 
hazırlanmış silahlar (zireh, xəncər, qılınc, ox və s.), əmək alətləri (balta, 
oraq, 
bıçaq və s.) və bəzək əşyaları (üzük, sırğa, bilərzik və s.) tapılmışdır.
Albaniyada 
dulusçuluq sənəti də geniş yayılmışdı. Dulusçular gildən 
inşaat materialları (kirəmit və kərpic) və gil qablar hazırlayaraq dulus 
kürələrində bişirirdilər. Antik dövrə aid coxlu dulus kürəsi qazıntılar zamanı 
Mingəçevirdə tapılmışdı.


22 
Bizim 
eranın ilk əsrlərindən Albaniyada şüşə istehsal edilməsinə
başlanmışdı. Dövlətin meydana gəlməsi ilə möhürlər hazırlanmasına 
təlabat yaranmışdı. Möhürlər cox zaman üzük formasında düzəldilirdi.
Albaniyada toxuculuq 
sənəti öz yüksək səviyyəsi ilə seçilirdi. 
Toxuculuqda qoyun, 
dəvə yunundan, bitki liflərindən istifadə edilirdi. Burada 
boyaqçılıq, gönişləmə, dülgərlik, dərzilik, çəkməçilik və başqa sənət 
sahələri də inkişaf etmişdi.
Antik 
dövrdə Albaniyada daxili ticarət sürətlə inkişaf edir və ölkənin 
xarici 
ticarət əlaqələri genişlənirdi. Sürətlə inkişaf edən iqtisadiyyat və 
ölkədən keçən beynəlxalq ticarət yolları Albaniyanın dünya ticarətinə fəal 
şəkildə qoşulmasına imkan verirdi. Albaniya ərazisində olan beynəlxalq 
ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək şimalla cənubu 
birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə
Hindistandan 
gətirilən malları Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) 
və Kür çayı ilə su yolu vasitəsi ilə, bir az da quru yolla getməklə, Qara 
dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqda 
Strabon 
məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal 
qablar, 
bəzək əşyaları gətirilirdi.
Şamaxıda və Qəbələdə tapılan böyük gümüş pul dəfinələri 
Albaniyada 
ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini 
sübut edir. Albaniyada yerli pullarla yanaşı, Makedoniyalı İsgəndərin 
adından kəsilmiş gümüş pullar, habelə Selefki, Parfiya, Yunan, Roma və 
başqa ölkələrin pulları da işlənirdi. Bu fakt Albaniyanın geniş ticarət 
əlaqələrindən xəbər verir. 
E.
ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin 
inkişafı üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə 
başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə 
belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Strabon Alban 
şəhərlərindən yalnız Uti vilayyətində yerləşən Ayniana və Anariakanın adını 
çəkmiş, Plini isə Alban dövlətinin əsas şəhəri olan Kabalakanı (Qəbələ) 


23 
qeyd 
etmişdir. II əsrdə yaşamış antik müəllif Klavdi Ptolomey Albaniyanın 
29 
şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki, bunlardan Teleba, 
Gelda, Albana 
və Qaytara Xəzər dənizi sahilində yerləşirdi. Antik 
qaynaqlarda 
adı çəkilən şəhərlərdən yalnız Kabalakanın (Qəbələ) və 
Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur.

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin