Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra



Yüklə 348,94 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix29.10.2022
ölçüsü348,94 Kb.
#66780
1   2   3   4   5   6   7   8   9   ...   13
277 azerbaycan tarixi m N2azerbaycan erazisinde qedim dovletler

Mədəniyyət. Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. 
Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. 
Həsənlidə tapılan qızıl camın üzərində mannalıların ibadət və qurbanvermə 
mərasimi təsvir olunmuşdur. Qatır və öküz qoşulmuş üç arabanı saçları 
kürəyinin ortasına çatan saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar 
sürürdülər. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki 
xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalıların ibadət 
etdikləri Tufan və ya Hərb, Günəş və Ay allahları təsvir edilmişdir.
Mannada dirilik 
ağacına (həyat) sitayiş geniş yayılmışdı. Ziviyədə 
tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı 
öküz təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e.ə. IX əsrə aid edilən 
böyük qızıl qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı 
mövzusu təbiətin gəlimli-gedimli olmasına, insanların yaranışa, doğuluşa və 
axirət dünyasına inamını əks etdirir. Birinci sıra doğuluş mövzusundadır: 
keçi öz balasını əmizdirir. İkinci sırada bala artıq buynuz çıxarmışdır və 
dirlik 
ağacının yarpaqlarını yeyir. Üçüncü sırada canavar sürüsü və uçan 
yırtıcı quş göstərilib, yəni yeni varlıq üçün ölüm təhlükəsi yaranmışdır. 
Dördüncü sırada isə keçinin cəmdəyini iki çalağan sökməkdədir. 
Mannada 
əhalinin həyatında xüsusi yer tutan at da ilahiləşdirilirdi. 
Atın ayrıca qəbirdə insansayağı dəfn edilməsi bunu sübut edir. 
 
 


10 
Sual 2
. Azərbaycan Midiya və Əhəməni imperiyalarının 
təkibində.Atropatena dövləti 
590-
cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi 
Midiyanın tərkibinə qatıldı. Azərbaycanın şimal torpaqları isə Midiyanın 
sərhədlərindən kənarda qalmışdı.
Midiya Mannadan 
cənub-şərqdə, İranın mərkəzində yerləşirdi. Midiya 
adı ilk dəfə e.ə. IX əsr qaynaqlarında yad edilmişdir. Mannanın Qizilbunda 
vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. Skitlərin ön Asiyaya gəlməsi 
ilə Midiya Assuriyaya qarşı mübarizədə fəallaşdı. Herodotun məlumatına 
görə bu mübarizəyə Fraorta (e.ə. 675-653) başçılıq edirdi. Mixi yazılarda o, 
Kaştariti adlanırdı. E.ə. 672-ci ildə Midiyanın Assuriyaya qarşı mübarizəsi 
uğurla başa çatdı. Midiya müstəqil dövlətə çevrildi. Assuriyalılarda 
mübarizədə Kaştariti məğlub olur və döyüşdə həlak olur. Bir müddət 
(e.
ə.653-625) Midiya skitlərin hakimiyyəti altına düşür. 
E.
ə. 612-ci ildə çar Kiaksarın vaxtında (625-585) Midiya dövləti 
türkmənşəli skitlərin köməyi ilə Babilistan ordusu ilə birlikdə Assuriyanın 
varlığına son qoyur, ərazisi Midiya və Babilistan arasında bölüşdürülür. 
Paytaxtı Ekbatana olan (indiki Həmədan ərazisində) bu dövlət yaxın Şərq 
ölkələrinin tarixində böyük rol oynamış, e.ə. 624-cü ildə farsların ölkəsini 
tutmuş, Assuriya və Urartu dövlətlərinin varlığına həmişəlik son qoyaraq 
imperiyaya 
çevrilmişdir. 
Urartu, sonra 
Kiçik Asiyaya gedən yol üzərində yerləşən Urartu 
Midiyanın tərkibinə daxil edilir. 5 illik müharibədən sonra Lidiya çarlığı ilə 
müqavilə bağlanır. Kiçik Asiyanın Qalis çayı Midiya və Lidiyanın sərhəddi 
kimi 
müəyyənləşdirilir. 
Kiaksardan sonra 
hakimiyyətə oğlu Astiaq (e.ə.585-550) gəlir. 
E.
ə.550-ci ildə qüdrətli Midiya dövləti süquta uğrayır və Midiya Əhəməni 
dövlətinə birləşdirilir. Midiya 20-30 il ərzində İranın ən qüdrətli dövləti 
olmuşdur. Keçmiş Urartu ərazisi, farsların əyaləti, Assuriyanın Şimal 
torpaqları Midiyaya daxil idi. 


11 
II Kir 
Midiyanı zəbt etdikdən sora Əhəməni fars dövlətinin əsasını 
qoyur. II Kir Midiyada 
öz hakimiyyətini qanuniləşdirmək üçün Astiaqın qızı 
Amitidanın ərini öldürüb onunla evlənir.
Şimali Azərbaycan əhalisinə nisbətən erkən dövrlərdə massaget 
(maskut), sak, 
başqa etnik adları şamil edirmişlər. II Kir Şimali 
Azərbaycanda yaşayan massagetlərə qarşı yürüş etmiş, onların hökmdarı 
Tomris 
tərəfindən məğlub edilərək həlak olmuşdur. (Herodotun 
məlumatlarına əsasən). 
II Kirin 
oğlu Kambiz (e.ə.530-522) Misir yürüşündən qayıdarkən 
Suriyada 
müəmmalı şəkildə ölür. Hakimiyyətə I Dara (e.ə. 522-486) süi-
qəsd nəticəsində hakimiyyətə gəlir, Kirin qızı Atossaya evlənir. E.ə.522-
521-ci 
illərdə Əhəməni dövlətini bürümüş üsyanlar yatırılır. 
I Dara 
işğal olunmuş ölkələri 20 satraplığa bölür. Bunlardan birinə 
Azərbaycanda yaşayan kaspulər, utilər, matienlər və b. daxil idi. 
Əhəmənilər I Daranın dövründə (522-486) Alban torpaqlarına tez-tez 
yürüşlər etmiş, buradakı sakların ciddi müqaviməti ilə rastlaşmışdılar. Buna 
baxmayaraq alban 
torpaqları ələ keçirilmiş və Əhəməni imperiyasının 
satraplıqlarına (canişinlik) daxil edilmişdir. Nəticədə Albaniyada yaşayan 
tayfalar 
Əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb 
olunurdular. E.
ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində alban hərbi 
dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara 
rast 
gəlirik. 
I Daranın oğlu Kserks (e.ə.486-465) ordusunda yunanlara qarşı 
müharibələrdə Azərbaycan tayfalarının da iştirakı qeyd olunur. (Uti, mut, 
matien, mar).
E.
ə. IV əsrdə Makedoniyalı İskəndərin şərqə yürüşləri başlanır. 
Yunanlara 
qarşı vuruşan Əhəməni ordusuna daxil olan midiyalılara Atropat 
başçılıq edirdi. E.ə. 331-ci il 1 oktyabrda Qavqamela düzənliyində qanlı 
döyüş başladı. Dara döyüşü qoyub Midiyaya qaçır. Əhəmənilər süqut edir. 
Bundan sonra 
İsgəndər Babil və Elamı müqavimətsiz tutur. Persepol şəhəri 


12 
yandırılarkən güman edilir ki, 12 min dananın gönü üzərində yazılmış 
Avesta 
yanıb məhv olur. E.ə.330-cu ildə İskəndər Midiyanın paytaxtı 
Ekbatana 
şəhərinə gəlir. III Dara qaçarkən orta Asiyaya gedən yolda 
öldürülür. Bununla Əhəməni sülaləsinin (e.ə.550-330) hakimiyyətinə son 
qoyuldu və İsgəndər özünü Əhəmənilərin varisi elan etdi. 

Yüklə 348,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin