Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi


Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix09.06.2022
ölçüsü0,6 Mb.
#61118
1   2   3   4   5   6   7   8   9   ...   29
258 mmmetodiki tovsiyye

 
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas 
vəzifələri aşağıdakılardır: 
- fövqəladə halların nəticələrindən əhalinin və xalq 
təsərrüfatının mühafizə edilməsi; 
- sülh və müharibə dövrlərində adamların həyatı, 
sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə 
davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar 
edilməsi; 
- fövqəladə halların nəticələri aradan qaldırılması 
məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və 
yerinə yetirilməsi; 
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə 
orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və 
fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət 
üsullarının əhaliyə öyrədilməsinin təşkili; 
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq 
təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit 
fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, 
xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlə-
rinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll 
edilməlidir. 
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. 
Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra 
hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat 
fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə 
planlaşdırılır və yerinə yetirilir. 



Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan 
Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi 
Azərbaycan 
Respublikasının Prezidenti həyata keçirir. 
Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın 
Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin 
qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır 
olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata 
keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə 
Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə 
Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı 
( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki müdafiəyə 
gündəlik rəhbərlik edir. 
Yerlərdə 
mülki müdafiəyə bilavasitə aşağıdakılar 
rəhbərlik edirlər: 

Naxçıvan 
Muxtar Respublikasında - Muxtar 
Respublikanın Baş Naziri;
- təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri 
və sahibkarları. 
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq 
icra hakimiyyəti başçıları və onların nümayəndələri; 
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam 
məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. 
Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları 
vasitəsilə yerinə yetirirlər. 
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan 
irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və 
onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə 
qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 
obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat 
obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola 
malikdir və əsas mərhələdir. 



Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz 
burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil 
müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 
Obyektdə 
(məktəblərdə, 
universitetlərdə) 
mülki 
müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin 
rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə 
tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr 
və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra 
etməlidirlər. 
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, 
kursant 
və 
dinləyiciləri 
qabaqcadan 
müasir 
qırğın 
vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal-
larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza 
xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, 
təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək 
üçün yaradılır. 
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək 
məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki 
hissəsi, maddi-texniki təchizat, qərargah üzrə) olur. 
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki 
müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin 
idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə 
bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə 
üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli 
şəxslərdən təşkil edilir. 
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu 
məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digər 
təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin 
fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə 
xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. 
Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında 
yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, 
istehsalat rəhbərlərindən təyin edilir. 


10 
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən 
məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün 
lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə 
almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt 
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas 
xidmətləri bunlardır: rabitə və xəbərdarlıq; tibbi; yanğından 
mühafizə; 
ictimai 
asayişi 
mühafizə; 
sığınacaq 
və 
daldalanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi-
texniki təchizat; ticarət və energetika; kimya və radiasiyadan 
mühafizə və s. 
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər 
də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində 
bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini 
mühafizə xidməti də yaradılır. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin