12
edilməli sualların öyrənilməsi üçün əsas və əlavə ədəbiyyatın
siyahısı göstərilir.
“Mülki müdafiə” fənninin tədris proqramına əsasən hər
bir mövzu üzrə seminar məşğələlərinin planları bu vəsaitdə
təklif olunur.
Seminar məşğələsinin planına əsasən kursant hazırlıq
saatlarında göstərilən ədəbiyyatlardan
istifadə edərək hər bir
sual üzrə hazırlaşır və seminar məşğələləri dəftərində qeydiyyat
aparır. Suallara hazırlaşan kursant həmin sualı daha dərindən
mənimsəmək
üçün müəllim
tərəfindən təklif edilmiş
dərsliklərdən
başqa
Azərbaycan
Respublikasının
Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki müdafiə
haqqında” Qanunua; - “Mülki müdafiənin təmin edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25
sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarınına;
müvafiq
maddələrinə istinad edir və təklif edilən monoqrafiyaları
öyrənir.
Seminar
məşğələsinin
başlanğıcında kursant və
dinləyicilərin dərsdə iştirakını yoxladıqdan sonra müəllim 5
(beş) dəqiqə ərzində giriş sözü ilə çıxış edir.
Giriş sözündə
müəllim mövzunun anlayışını və əhəmiyyətini, məşğılınin
məqsədini nəzərə çatdıraraq müzakirə
üçün təqdim olunmuş
suallar barədə qısaca izahat verir.
Sualların sayından, həcmindən və mahiyyətindən asılı
olaraq müəllim onların müzakirəsi üçün vaxtı müəyyən edir.
Bundan sonra təqdim olunmuş sualları kursantlar müzakirə
etməyə başlayırlar.
Müzakirədən sonra hər bir
suala müəllim tərəfindən
yekun vurulur. Məşğələnin suonuna 5-8 dəqiqə qalmış müəllim
yekun sözü ilə çıxış edərək mövzu üzrə kursantların hazrlığını,
aparılmış məşğələnin nə dərəcədə mənimsənilməsinə dair öz
fikrini bildirir və ayrı-ayrı kursantların hazırlıq
səviyyəsinə
qiymət verib dərs jurnalında müvafiq qeydiyyatlar aparır.
Mövzuların daha vacib və aktual suallarının mənimsənilməsi
13
məqsədilə
müəllim
kursantlar
tərəfindən
referatların
hazırlanması metodikasından istifadə edə bilər.
Fənn üzrə mövunun əhəmiyyətindən və həcmindən asılı
olaraq ayrı-ayrı mövzular üzrə tədris proqramında 2 (iki)
ssatdan çox seminar məşğələlərin aparılması
nəzərdə
tutulmuşdur. Buna müvafiq olaraq seminar planı ayrıca təklif
edilir.
Dostları ilə paylaş: