9.2.17.30. Suyun ozonla zərərsizləşdirilməsinə yalnız müvafiq əsaslandırılma olduqda yol verilir. Ozonlayıcı qurğular layihələndirilərkən ozonun sintezi və ozon-hava qarışığının su ilə qarışdırılması üçün avadanlıq nəzərdə tutulmalıdır. Zərərsizləşdirmə üçün ozonun dozası yeraltı mənbələrin suyuna 0,75-1 mq/l, süzülmüş suya 1-3 mq/l qəbul edilməlidir. Bu zaman ozonla suyun ən azı 12 dəq təmasda olması təmin edilməlidir.
9.2.18. Sudan üzvi maddələr, dad və iylərin kənar edilməsi
9.2.18.1. Üzvi maddələri kənarlaşdırmaq, xoşagəlməz iy və dadın intensivliyini azaltmaq üçün suyun xüsusi emalı tələb olunduqda oksidləşdirmə, sonradan vaxtaşırı regenerasiya edilən, yaxud dəyişdirilən aktivləşdirilmış kömürlə yüklənmiş süzgəclərdən keçirməklə sorbsiya üsulundan istifadə edilməlidir.
Aktivləşdirilmiş kömürdən qısa müddətli istifadə zamanı və müvafiq əsaslandırma olduqda kömürü suya koaqulyasiyadan, yaxud süzgəclərdən əvvəl toz şəklində daxil etməyə yol verilir.
Q e y d:
1. Suda az miqdar asan oksidləşən üzvi maddələr olduqda sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşmadan sonra sorbsiyasız tək oksidləşmədən istifadəyə yol verilir, bu şərtlə ki, oksidləşmə nəticəsində orqanoleptik baxımdan xoşagəlməz və toksikoloji baxımdan zərərli məhsullar yaranmasın.
2. Reagentlərin daxil edilmə qaydaları və dozaları, həmçinin qurğuların hesabi parametrləri Əlavə 4-ə əsasən qəbul edilməlidir.
9.2.18.2. Sudan üzvi maddələri kənar etmək, iy və dadın intensivliyini azaltmaq üçün xlordan, kalium permanqanatdan, ozondan, yaxud onların kombinasiyasından istifadə etmək lazımdır. Oksidləşdiricinin növü və dozası texnoloji axtarışlar nəticəsində təyin edilməlidir. Oksidləşdiricilərin təqribi dozasının cədvəl 28-ə əsasən qəbul edilməsinə yol verilir.
Cədvəl 28. Suyun müxtəlif permanqanat oksidləşməsində müxtəlif oksidləşdiricilərin tövsiyə olunan dozaları
Suyun permanqanat oksidləşməsi, mqO2/l
|
Oksidləşdiricinin dozası, mq/l
|
|
|
xlor
|
kalium permanqanat
|
ozon
|
8 – 10
|
4 – 8
|
2 – 4
|
1 – 3
|
10 – 15
|
8 – 12
|
4 – 6
|
3 – 5
|
15 - 25
|
12 – 14
|
6 – 10
|
5 – 8
|
9.2.18.3. Oksidləşdiricilərin suya daxil edilməsi üçün əsas yerlər və onların daxil edilmə ardıcıllığı cədvəl 29-a əsasən qəbul edilməlidir.
Q e y d. Qurğuların istismarı dövründə reagentlərin daxiledilmə yerlərinin dəyişdirilməsinin mümkünlüyünü təmin etmək üçün tədbirlər nəzərdə tutulmalıdır.
Reagentlərin boru kəmərlərinə və ya əsas texnoloji qurğulara tələb olunan vaxt kəsikləri ilə daxil edilməsi mümkün olmadıqda xüsusi təmas kameraları nəzərdə tutulmalıdır.
9.2.18.4. Təsərrüfat-içməli su təchizatında ozon və kalium permanqanatdan istifadə edilməsi təmizlənmiş suyun xlorla emalının vacibliyini aradan qaldırmır.
9.2.18.5. Sorbsiyalı süzgəclərin süzücü yükü kimi müxtəlif markalardan olan fəallaşdırılmış kömürdən, yaxud digər adsorbentlərdən istifadə etmək olar. Materialın növü texnoloji tədqiqatların nəticələrinin təhlili əsasında seçilməlidir.
Cədvəl 29. Reagentlərin daxil edilmə yerləri
Oksidləşdiricilərin daxil edilmə yeri
|
Reagentlərin suya daxil edilmə ardıcıllığı
|
Sorbsiyalı təmizləmədən əvvəl xlorun daxil edilməsi
|
Dənəvər fəallaşdırılmış kömürlə yüklənmiş süzgəcdən keçirilməzdən ən azı 2 dəq əvvəl xlorlama, yaxud toz şəkilli fəallaşdırılmış kömürün daxil edilməsi
|
Bilavasitə sorbsiyalı təmizləmədən əvvəl ozonlama
|
Ozonlama, sonra dənəvər fəallaşdırılmış kömürlə yüklənmiş süzgəcdən keçirmək, yaxud toz şəkilli fəallaşdırılmış kömürün daxil edilməsi
|
Koaqulyasiyadan əvvəl xlorun daxil edilməsi
|
İlkin xlorlama, 2-3 dəq sonra koaqulyasiya
|
Koaqulyasiyadan əvvəl xlor və kalium permanqanatın daxil edilməsi
|
İlkin xlorlama, 10 dəq sonra kalium permanqanatın daxil edilməsi, 2-3 dəq sonra koaqulyasiya
|
Koaqulyasiyadan əvvəl ozonlama
|
Ozonlama, sonra koaqulyasiya
|
Koaqulyasiyadan əvvəl xlor və ozonun daxil edilməsi
|
Suyun xlorudma qabiliyyəti həddində dozalarla ilkin xlorlama, 0,5-1st-dan sonra ozonlama və koaqulyasiya
|
Ozonun şəffaflandırıcı süzgəclərdən əvvəl, yaxud təmizlənmiş suya daxil edilməsi
|
|
Q e y d. Oksidləşdiricilərin ümumi dozasının hissə-hissə müxtəlif qurğulardan əvvəl suya daxil edilməsinə yol verilir.
|
|
9.2.18.6. Kalium permanqanat məhlulunu hazırlamaq üçün qarışdırıcısı olan çənlərin həcmi onlarda məhlulun qatılığının 0,5-2% (satış məhsuluna görə) qiymətinə hesablanmalıdır.
Reagentin çəndə tam qarışması üçün müddət suyun temperaturu 200C olduqda 4-6 st, 400C olduqda 2-3 st qəbul edilməlidir.
9.2.18.7. Məhlul, yaxud məhlul-sərf çənlərinin sayı biri ehtiyat olmaqla ikidən az olmamalıdır.
Kalium permanqanat məhlulunu dozalamaq üçün çökdürülmüş məhlulları dozalayan qurğulardan istifadə edilməlidir.
9.2.19. Çuqun və polad boruların korroziyasının qarşısını almaq üçün suyun kimyəvi tarazlığının sabitləşdirilməsi və ingibitorlarla emalı
9.2.19.1. Bu yarımbölmənin göstərişləri təsərrüfat-içməli və istehsalat su kəmərlərinə verilən və texnoloji aparatların soyudulmasında istifadə edilməyən suyun emalına şamil edilir.
Q e y d:
1. Bu yarımbölmə isti su və istilik təchizatı sistemlərində suyun korroziya və çöküntü yaratmaq qabiliyyətini aradan qaldırmaq üçün emalı metodlarına şamil edilmir.
2. Soyuducu dövrü su təchizatı sistemlərində istifadə edilən suyun emalı 12 və 13 əlavələrinin, 14- cü bölmənin göstərişlərinə əsasən həyata keçirilməlidir.
9.2.19.2. Su kəməri boruları və avadanlıqlarını korroziyadan və onların səthində çöküntü yaranmaqdan müdafiə etmək üçün suyun kimyəvi tarazlığını təmin edən emalı nəzərdə tutulmalıdır. Bunun vacibliyi suyun kimyəvi tarazlığı qiymətləndirildikdən sonra təyin edilməlidir.
Suyun kimyəvi tarazlığı “karbonat sınağı” metodu ilə aparılan texnoloji sınaqlar əsasında qiymətləndirilməlidir. Texnoloji sınaqların nəticələri olmadıqda suyun kimyəvi tarazlığının əlavə 5-də tövsiyə olunan metodlarla qiymətləndirilməsinə yol verilir.
9.2.20. Sudan artıq dəmirin çıxarılması
9.2.20.1. Sudan artıq dəmirin çıxarılma üsulu, hesabi parametrlər və reagentlərin dozaları bilavasitə su təchizatı mənbəyində aparılmış texnoloji axtarışların nəticəsində qəbul edilməlidir.
9.2.20.2. Yeraltı sulardan artıq dəmirin çıxarılması aşağıda göstərilən üsulların biri ilə süzgəclərlə kombinasiyada nəzərdə tutulmalıdır: sadələşdirilmiş aerasiya, oksidləşdirici reagentlərin daxil edilməsi, xüsusi qurğularda aerasiya.
Q e y d: Əsaslandırma olduqda başqa üsullardan istifadəyə yol verilir.
9.2.20.3. Sadələşdirilmiş aerasiyaya suyun aşağıdakı göstəriciləri olduqda yol verilir:
ümumi dəmirin miqdarı - 10 mq/l-ə qədər;
o cümlədən iki valentli dəmir (Fe2+) 70%-dən az olmadıqda;
pH - 6,8-ə bərabər və çox olduqda;
qələvilik - (1+Fe2+/28) mq-ekv/l-dən artıq olduqda;
hidrogen sulfid - 2 mq/l-ə bərabər və çox olduqda.
9.2.20.4. Sadələşdirilmiş aerasiyanı suyun açıq süzgəclərin yan cibinə, yaxud mərkəzi kanalına axıdılması (axının kanaldakı su səthindən 0,5-0,6 m hündürdən olması şərtilə) yolu ilə aparılması nəzərdə tutulmalıdır. Basqılı süzgəclərdə süzgəcə su verən boruya hava daxil edilməsi (1 qr dəmirə 2 l hava sərfi) nəzərdə tutulmalıdır.
Emal edilən suda 40 mq/l-dən çox sərbəst .karbon qazı və 0,5 mq/l-dən çox hidrogen sulfid olduqda basqılı süzgəclərdən əvvəl boruya hava daxil etmədən suyu sərbəst axıtmaq üçün aralıq həcm nəzərdə tutulmalıdır.
9.2.20.5. Xüsusi qurğularda aerasiya (aeratorlarda), yaxud oksidləşdirici reagentlərin daxil edilməsi kənar ediləcək dəmirin miqdarını və suyun pH-nı artırmaq lazım gəldikdə tətbiq edilməlidir.
Aeratorların konstruksiyası və hesablanma parametrləri əlavə 7-nin tövsiyələrinə əsasən deqazatorlara oxşar qəbul edilməlidir.
9.2.20.6. Oksidləşdirici reagentlərin hesabi dozaları (39) və (40) düsturları ilə təyin edilməlidir:
xlor üçün:
mq/l (39)
kalium permanqanat üçün (KMnO4-ə görə):
mq/l (40)
Oksidləşdirici reagentlər süzgəcdən əvvəl su verən boruya daxil edilməlidir.
9.2.20.7. Yeraltı sudan artıq dəmirin çıxarılması üçün tətbiq edilən süzgəclərin konstruksiyaları suyu şəffaflandırmaq üçün tətbiq edilən süzgəclərin konstruksiyalarına oxşar qəbul edilməlidir; sadələşdirilmiş aerasiyada süzücü layın xarakteristikası və süzmə sürəti cədvəl 30-a əsasən, aeratorlar istifadə edildikdə, yaxud suya oksidləşdirici reagentlər daxil edildikdə istehsalçı-zavodun tövsiyələrinə əsasən qəbul edilməlidir.
Cədvəl 30. Sadələşdirilmiş aerasiyada süzücü layın xarakteristikası
Sadələşdirilmiş aerasiyada süzücü layın xarakteristikası
|
Hesabi süzmə sürəti, m/st
|
|
Dənələrin minimal diametri,mm
|
Dənələrin maksimal diametri, mm
|
Dənələrin ekvivalent diametri, mm
|
Eyni cinsli olmamaq əmsalı
|
Layın hündürlüyü,mm
|
|
0,8
1
|
1,8
2
|
0,9-1,0
1,2-1,3
|
1,5-2
1,5-2
|
1000
1200
|
5-7
7-10
|
Q e y d:
1. Suda hidrogen sulfid olduqda süzmə sürətininminimum qiymətləri qəbul edilməlidir.
2. Süzgəclərin sayı ikidən az olmamalıdır.
3. Məhsuldarlığı 100 m3/sut-ya qədər olan komplekslərdə basqılı süzgəclərdən istifadə edildikdə müvafiq əsaslandırma ilə bir
süzgəcin qəbul edilməsinə yol verilir.
|
|
9.2.20.8. Yerüstü mənbələrin suyundan artıq dəmirin çıxarılmasının onların şəffaflandırılması və rəngsizləşdirilməsi ilə bir vaxtda keçirilməsi (maddə 9.1.2-9.2.12.23) nəzərdə tutulmalıdır. Bu zaman əhəngin dozası (CaO hesabı ilə) düstur 41-lə təyin edilməlidir.
burada CO2 - emal edilən suda sərbəst karbonqazının miqdarı, mq/l;
Fe2+- emal edilən suda iki valentlidəmirin miqdarı,mq/l;
Dk - koaqulyantın susuz məhsulagörə dozası, mq/l;
ek - susuz koaqulyantın ekvivalent kütləsidir, mq/mq-ekv.
9.2.20.9. Yuma suyunun təkrar istifadə olunması sistemi və sudan artıq dəmirin çıxarılması zamanı yaranan çöküntünün emalı üçün qurğular 9.2.25.1-9.2.25.6 maddələrinin göstərişlərinə əsasən qəbul edilməlidir.
9.2.21. Suyun flüorlaşdırılması
9.2.21.1. Təsərrüfat-içmək ehtiyaclarını ödəmək üçün verilən suyun flüorlaşdırılmasına ehtiyacın olması hər bir konkret halda sanitariya-epidemioloji xidmət orqanları tərəfindən təyin edilir.
Suyu flüorlaşdırmaq üçün qurğuların layihəsi əlavə 6-nın tövsiyələri əsasında yerinə yetirilməlidir.
9.2.21.2. Suyu flüorlaşdırmaq üçün silisli flüorlu ammonium, silisiumlu flüorlu natrium və flüorlu natriumdan istifadə edilməlidir.
Q e y d. Əsaslandırma olduqda digər flüortərkibli reagentlərdən istifadə edilməsinə yol verilir.
9.2.21.3. Flüortərkibli reagentlər bir qayda olaraq, təmizlənmiş suya onun zərərsizləşdiril-məsindən əvvəl daxil edilməlidir. İki pilləli təmizləmə texnologiyasında flüortərkibli reagentlərin süzgəclərdən əvvəl suya daxil edilməsinə yol verilir.
9.2.21.4. Flüortərkibli reagentlər anbarda istehsalçı zavod qablaşdırılmasında saxlanılmalıdır.
9.2.21.5. Flüortərkibli reagent anbarı və flüorlaşdırıcı qurğu yerləşən otaqlar digər istehsalat otaqlarından təcrid edilməlidir.
Flüorlu tozun ayrıldığı yerlər sorucu ventilyatorlarla təchiz edilməli və reagentlərin boşaldılması qoruyucu dolab altında yerinə yetirilməlidir.
9.2.21.6. Flüortərkibli reagentlərdən istifadə edildikdə onların toksikliyini nəzərə alaraq xidmət heyətinin müdafiəsi üçün ümumi və fərdi tədbirlər nəzərdə tutulmalıdır.
9.2.22. Sudan manqan, flüor və hidrogen sulfidin kənar edilməsi
9.2.22.1. Suyun təmizlənmə metodları, qurğuların hesabi parametrləri, reagentlərin növü və dozaları bilavasitə su təchizatı mənbəyində aparılan texnoloji axtarışların nəticəsində (tərkibində artıq manqan və hidrogen sulfid olan suların) seçilməlidir.
9.2.22.2. Sy manqandan reagentsiz, yaxud reagent istifadə etməklə təmizlənməlidir.
Reagentsiz metod istənilən nəticənin alınmasını təmin etmədikdə suyun flokulyant daxil edib sonra süzgəclərdən keçirməklə oksidləşdirici reagentlərlə (kalium permanqanat, ozon və s.) emalı nəzərdə tutulmaldır.
Tərkibində manqan və dəmir olan yeraltı sulardan istifadə edildikdə, manqanın suyun dəmirsizləşdirilmə prosesində dəmirlə birlikdə reagent daxil etmədən sudan kənar edilməsinin mümkünlüyü yoxlanılmalıdır.
9.2.22.3. Sudan artıq flüorun çıxarılması təmas-sorbsiyalı koaqulyasiya, yaxud sorbentdən-aktiv alüminium oksiddən istifadə etməklə həyata keçirilməlidir.
Təmas-sorbsiyalı koaqulyasiya metodu suda flüorun miqdarı 5 mq/l-ə qədər olduqda, sorbentlə (aktiv alüminium oksidi) çıxarma metodu isə flüorun miqdarı 10mq/l-ə qədər olduqda tətbiq edilməlidir.
Əsaslandırma olduqda başqa metodlardan da istifadə olunmasına yol verilir.
9.2.22.4. Suyu hidrogen sulfiddən təmizləmək üçün aerasiya və kimyəvi metodlar qəbul edilməlidir. Suda hidrogen sulfidin miqdarı 3 mq/l-ə qədər olduqda aerasiya metodunun, 10 mq/l-ə qədər olduqda kimyəvi metodların qəbul edilməsinə yol verilir. Əsaslandırma olduqda başqa metodlardan da istifadə olunmasına yol verilir.
9.2.23. Suyun yumşaldılması
9.2.23.1. Suyu yumşaltmaq üçün aşağıdakı metodlardan istifadə edilməlidir:
karbonat codluğunu kənar etmək üçün - əhəng daxil etməklə karbonsuzlaşdırmaq, yaxud kationitin “qıt regenerasiya”sı ilə hidrogen-kationit yumşaltma;
karbonat və qeyri karbonat codluğunu kənar etmək üçün - əhəng-soda, natrium-kationit, yaxud hidrogen-natrium-kationit yumşaltma.
9.2.23.2. Yeraltı suları yumşaltdıqda kationit metodlarından istifadə edilməlidir; yerüstü suları yumşaltdıqda onların eyni zamanda şəffaflandırılması da tələb olunursa əhəng, yaxud əhəng-soda metodu, suyun dərin yumşaldılması tələb olunan hallarda göstərilənlərdən sonra kationlaşdırma.
Təsərrüfat-içməli ehtiyacları üçün suyu yumşaltdıqda reagent metodlarından (əhəng, yaxud əhəng-soda) və qismən Na-kationlamadan istifadə edilməlidir.
Yeraltı suların reagentli yumşaldılması yumşaldıcı qurğularda yaranan tullantı suları və çöküntülərin ləğvi nəzərə alınmaqla qəbul edilməlidir.
9.2.23.3. Yumşaltma metodları və qurğuların hesabi parametrləri əlavə 7-nin göstərişlərinə əsasən qəbul edilməlidir.
9.2.24. Suyun şirinləşdirilməsi və duzsuzlaşdırılması
9.2.24.1.Suyun şirinləşdirilməsi və duzsuzlaşdırılması üsulunun ilkin seçilməsində cədvəl 31-in göstəricilərini rəhbər tutmaq lazımdır.
9.2.24.2.Suyun ionəvəzetmə və elektrodializlə yumşaldılması üçün qurğuların layihələndirilməsində əsas göstəricilər və hesabi parametrlər əlavə 8-in göstərişlərinə əsasən qəbul edilməlidir.
Cədvəl 31.
Şirinləşdirmə və duzsuzlaşdırma üsulları
|
Suda duzun miqdarı, mq/l
|
|
|
xam suda
|
şirinləşdirilmiş və duzsuzlaşdırılmış suda
|
İonəvəzetmə
Distillə
Elektrodializ
Əks osmos (hiperfiltrasiya)
|
1500 – 2000
>10000
1500 – 15000
≤40000
|
0,1 – 20
0,5 – 50
≥500
10 – 1000
|
9.2.25. Sutəmizləyici qurğular kompleksində yaranan yuma suları və çöküntülərin emalı
9.2.25.1. Bu bölmənin tələbləri yalnız təbii suların şəffaflandırması, artıq dəmirin çıxarılması və reagentlə yumşaldılması komplekslərinə şamil edilir.
9.2.25.2. Suyu şəffaflandıran və artıq dəmirini kənar edən komplekslərdə süzgəclərin yuma suyunu durultmaq lazımdır. Durulmuş su müntəzəm olaraq qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud bilavasitə qarışdırıcıya nəql etdirilməlidir. Durulmuş sudan 9.2.14.7 maddəsinin tələbləri nəzərə alınmaqla təmas şəffaflandırıcıların yuyulması üçün istifadə edilməsinə yol verilir.
Durulducu və süzgəcləri olan, eləcə də suyun reagentlərlə yumşaldılması komplekslərində yuma suları suyun keyfiyyətindən asılı olaraq duruldulduqdan sonra, yaxud bunsuz müntəzəm olaraq qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud bilavasitə qarışdırıcıya nəql etdirilməlidir.
9.2.25.3. Süzgəclərin, yaxud təmas şəffaflandırıcıların yuyulması zamanı yuma suyu ilə qurğulardan çıxarılan qumu tutmaq üçün qumtutanlar nəzərdə tutulmalıdır.
9.2.25.4. Bütün durulducu qurğularda və reagent təsərrüfatında yaranan çöküntü ilkin qatılaşdırılmadan sonra, yaxud onsuz susuzlaşdırılmağa və toplanmağa yönəldilməlidir.
Çöküntünün qatılaşdırılması və susuzlaşdırılmasından yaranan şəffaflanmış su qarışdırıcılardan əvvəl boru kəmərinə, yaxud bilavasitə qarışdırıcıya nəql etdirilməlidir. Bu suyun 9.1.4 maddəsinin göstərişləri nəzərə alınmaqla sututara, yaxud kanalizasiya təmizləmə qurğularına axıdılmasına yol verilir.
Təmizlənən su ilkin xlorlanmadıqda təkrar istifadə edilən suyu 2-4 mq/l dozada xlorlamaq lazımdır.
9.2.25.5. Yuma suyu və çöküntülərin emalının texnoloji sxemlərində aşağıdakı qurğular nəzərdə tutulmalıdır: rezervuarlar, durulducular, qatılaşdırıcılar, toplayıcılar, yaxud çöküntünü dondurmaq və qurutmaq üçün meydançalar.
Əsaslandırma olduqda mexaniki susuzlaşdırma və çöküntüdən koaqulyantın regenerasiya edilməsi qəbul edilə bilər.
9.2.25.6. Yuma suyu və çöküntünün emalı üçün qurğuların tətbiq şərtləri və hesabi parametrləri əlavə 9-un göstərişlərinə əsasən qəbul edilməlidir.
9.2.26. Sutəmizləyici komplekslərin köməkçi otaqları
9.2.26.1. Sutəmizləyici komplekslərin binalarında laboratoriyalar, emalatxanalar, məişət və digər təyinatlı otaqlar olmalıdır.
Otaqların tərkibi və sahəsi kompleksin təyinatından və məhsuldarlığından, həmçinin su təchizatı mənbəyinin növündən asılı olaraq təyin edilməlidir.
9.2.26.2. Yerüst mənbələrdən təsərrüfat-içməli ehtiyaclarını ödəmək üçün su təmizləyici komplekslərdə otaqların tərkibi və sahəsi cədvəl 32-ə əsasən qəbul edilməlidir.
9.2.27. Reagentlər və süzücü materiallar üçün anbarlar
9.2.27.1. Reagent anbarları onların maksimum tələb olunan miqdarına uyğun, lakin bir dəfə gətirilmə həcmindən az olmayaraq 30 günlük ehtiyatın saxlanmasına hesablanmalıdırlar.
Q e y d:
1. Əsaslandırma olduqda anbarın həcmi 15 sutkadan az olmayaraq digər saxlanma müddətlərinə hesablana bilər.
Mərkəzi (baza) anbarları olduqda kompleksdəki anbarın həcmi 7 gündən az olmayan müddətə hesablana bilər.
2. Birdəfəlik gətirilən reagentlərin qəbul şərtləri xlor anbarlarına aid edilmir.
3. Bu bölmənin tələbləri baza anbarlarının layihələndirilməsinə şamil edilmir.
Cədvəl 32. Müxtəlif məhsuldarlıqlı komplekslərdə köməkçi otaqların qəbul edilən sahəsi
Otaqlar
|
Kompleksin aşağıdakı məhsuldarlığında (m3/sut) laboratoriya və köməkçi otaqların sahələri, m2
|
|
|
3000-dən az
|
3000-
10000
|
10000-50000
|
50000-100000
|
100000-300000
|
Kimya laboratoriyası
|
30
|
30
|
40
|
40
|
2 otaq, 40 və 20
|
Çəki otağı
|
-
|
-
|
6
|
6
|
8
|
Avtoklavlı bakterioloji laboratoriya
|
20
|
20
|
20
|
30
|
2 otaq
20 və 20
|
Mühit bişirilən və yuma otağı
|
10
10
|
10
10
|
10
10
|
15
15
|
15
15
|
Hidrobioloji tədqiqatlar otağı (mikroflora ilə zəngin olan su mənbələrində)
|
-
|
-
|
8
|
12
|
15
|
Qablar və reaktivlərin saxlanılma otağı
|
10
|
10
|
10
|
15
|
20
|
Laboratoriya müdirinin kabineti
|
-
|
-
|
8
|
10
|
12
|
Yerli idarəetmə məntəqəsi
|
Dispetçerləşdirmə və avtomatlaşdırma layihəsi ilə təyin edilir
|
|
Növbətçi heyət üçün otaq
|
8
|
10
|
15
|
20
|
25
|
Nəzarət laboratoriyası
|
-
|
10
|
10
|
15
|
15
|
Kompleks rəisinin kabineti
|
6
|
6
|
15
|
15
|
25
|
Kiçik avadanlıq və cihazların cari təmiri üçün emalatxana
|
10
|
10
|
15
|
20
|
25
|
Paltar saxlanılan yer, duş və sanitar-texniki qovşaq
|
TNvəQ 2.09.04 –nin tələblərinə uyğun
|
|
Q e y d:
1. Laboratoriya və köməkçi otaqların cədvəldə göstərilən sahəsinin binaların inşaat layihələrindən asılı olaraq 15%-ə qədər dəyişdirilməsinə yol verilir.
2. Suyun keyfiyyətinə mərkəzləşdirilmiş nəzarət olduqda sanitar-epidemioloji xidmət orqanlarının razılığı ilə laboratoriya və köməkçi otaqların tərkibi azaldıla bilər.
3. İstehlakçılara yeraltı mənbədən emal edilmədən xlorla zərərsizləşdirilən su verildikdə yalnız qalıq xlorun miqdarını təyin etmək üçün sahəsi 6 m2 olan otaq nəzərdə tutulmalıdır.
4. Məhsuldarlığı 300000 m3/sut-dan artıq olan komplekslər üçün otaqların tərkibi hər bir konkret halda yerli şəraitdən asılı olaraq təyin edilməlidir.
|
|
Dostları ilə paylaş: |