AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə9/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

9.2.12.5. Məhsuldarlığı 1600 m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı 4-dən az olmamalıdır. Məhsuldarlığı 8-10 min m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı (30) düsturu ilə hesablanmalı, nəticə yaxın bütöv (süzgəclərin planda yerləşdirilmə sxemindən asılı olaraq; cüt, yaxud tək) rəqəmlə qəbul edilməlidir.

Bu zaman aşağıdakı nisbət təmin olunmalıdır:



burada N1- təmirdə olan süzgəclərin sayı, (bax, maddə 9.2.12.1);



vs - sürətlənmiş rejimdə süzmə sürəti olub cədvəl 20-də göstəriləndən çox olmamalıdır.

Bir süzgəcin sahəsi 100-120 m2-dən çox qəbul edilməməlidir.



9.2.12.6. Süzgəcdə həddi basqı itkisi açıq süzgəclərdə süzgəcin növündən asılı olaraq 0,29-0,34 bar, basqılı süzgəclərdə isə 0,58-0,78 bar qəbul edilməlidir.

9.2.12.7. Açıq süzgəclərdə süzücü yükün üstündəki su layının hündürlüyü 2 m-dən az olmamalıdır; inşaat hündürlüyü suyun süzgəcdəki hesabi səviyyəsindən ən azı 0,5m yuxarı olmalıdır.

9.2.12.8. Süzgəclərin bir hissəsi yuyulmağa saxlanıldıqda fəaliyyətdə olanlarda süzmə sürəti sabit, yaxud artan qəbul edilməlidir; bu zaman süzmə sürətinin qiyməti cədvəl 20-də göstərilənlərdən (vs) artıq olmamalıdır. Süzgəclər sabit süzmə sürəti ilə işlədikdə onlardakı normal su səviyyəsinə (32) düsturu ilə hesablanmış hündürlük əlavə edilməlidir.

burada W0- eyni vaxtda yuyulan süzgəclərin işləmədiyi vaxt toplanan su həcmi, m3;



- su toplanan süzgəclərin sahələrinin cəmidir, m2.

Sürətlənmiş rejimdə boru kəmərlərində (süzgəcə suyu gətirən və süzülmüş suyu süzgəcdən aparan) suyun hərəkət sürəti 1-1,5 m/s-dən artıq olmamalıdır.

 

9.2.12.9. Böyük müqavimətli borulu paylaşdırıcı sistemlər (drenaj sistemləri) saxlayıcı laya (çınqıl, yaxud digər oxşar materiallar),yaxud bilavasitə süzücü laya çıxışla qəbul edilməlidir. İstismar zamanı paylayıcı sistemin təmizlənə bilməsinin, diametri 800 mm-dən böyük olan kollektorların təftiş edilə bilməsinin mümkünlüyü mütləq təmin edilməlidir.

9.2.12.10. Böyük müqavimətli paylaşdıran sistemləri olan süzgəclərdə saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü cədvəl 21-ə əsasən qəbul edilməlidir.

Cədvəl 21. Saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü

 

Dənələrin iriliyi, mm

Layın hündürlüyü, mm

40 – 20

Layın yuxarı sərhəddi paylıaşdırıcı borunun yuxarı səviyyəsində olmalıdır; deşiklərdən ən azı 100 mm yuxarı olmaqla

20 – 10

100 – 150

10 – 5

100 – 150

5 - 2

50 - 100

Q e y d:

1.Su-hava qarışığı ilə yumada hava boru sistemi ilə verilərsə dənələrinin iriliyi 10-5 və 5-2 mm olan layların hər birinin qalınlığı 150-200 mm qəbul edilməlidir.

2. Süzücü yükünün dənələrinin iriliyi 2 mm-dən az olan süzgəclər üçün dənələrinin iriliyi 2-1,2 mm,hündürlüyü 100 mm olan əlavə saxlayıcı lay nəzərdə tutulmalıdır.

 





9.2.12.11. Borulu drenajların qollarında nəzərdə tutulmalıdır: saxlayıcı laylar olduqda - diametri 10-12 mm olan deşiklər, saxlayıcı laylar olmadıqda - eni süzücü yük dənələrinin minimal ölçülərindən 0,1 mm az olan yarıqlar. Deşiklərin ümumi sahəsi süzgəcin işçi sahəsinin 0,25-0,5%-i, yarıqların sahəsi isə 1,5-2%-i qədər olmalıdır. Deşiklər borularda iki sırada şahmat qaydası ilə, şaquli istiqamətə görə aşağıya 450 bucaq altında düzülməlidir.

Yarıqlar borunun oxu üzrə eninə və borunun perimetri boyu ən azı iki sırada müntəzəm yerləşdirilməlidir.

Qollar arasındakı məsafə 250-350 mm, deşiklərin oxları arasındakı məsafə 150-200 mm, yarıqlar arasında 20 mm-dən az olmayaraq, qolların aşağasından süzgəcin dibinə qədər olan məsafə 80-120 mm qəbul edilməlidir. Süzgəc yuyulan zaman paylaşdırıcı boruda basqı itkisi 0,68 bar.-dan çox olmamalıdır. Paylaşdırıcı sistemdə basqı itkisi düstur (33) ilə təyin edilməlidir.

 

burada vk- kollektorun başlanğıcında sürət, m/s.;



vg.q - qol boruya girişdə orta sürətm/s.;

- hidravlik müqavimət əmsalı olub, qiyməti maddə 9.2.9.10-nun göstərişlərinə əsasən təyin edilir.

9.2.12.12. Borulu paylaşdırıcı sistem kollektorunun en kəsik sahəsi bütün uzunluğu boyu sabit olmalıdır.Yuma zamanı suyun hərəkət sürəti kollektorun başlanğıcında 0,8-1,2 m/s, qolların başlanğıcında isə 1,6-2,0 m/s qəbul edilməlidir. Kollektorun konstruksiyası qolların üfüqi və bir-birindən eyni məsafədə yerləşdirilməsini təmin etməlidir.

9.2.12.13. Tullayıcı kanala perpendikulyar yerləşdirilmiş və üstü qalınlığı 40 mm-dən az olmayan polimerbeton lövhələrlə örtülmüş kanal şəkilli saxlayıcı laysız paylaşdırma sisteminin qəbuluna yol verilir.

9.2.12.14. Süzgəc su və hava ilə yuyulduqda başlıqlarla təchiz edilmiş paylaşdırma sistemindən istifadə etmək lazımdır; süzgəcin 1 m2 işçi sahəsindəki başlıqların sayı 35-50 ədəd həddində olmalıdır.

Yarıqlı başlıqlarda basqı itkisi (8) düsturu ilə hesablanmalıdır; suyun, yaxud su-hava qarışığının başlıqların yarıqlarında hərəkət sürəti 1,5 m/san-dən az olmamalı və müqavimət əmsalı  qəbul edilməlidir.



9.2.12.15. Süzgəci yumağa su verən boruda toplanan havanı çıxarmaq üçün üstündə bağlayıcı armatur, yaxud havanı avtomatik buraxmaq üçün qurğular quraşdırılmış, diametri 75-150 mm olan dik hava boruları nəzərdə tutulmalıdır; süzülmüş su (filtrat) kollektorunda da üstündə hava burax-maq üçün ventil, yaxud digər qurğu quraşdırılmış, diametri 50-75 mm olan dik hava boruları nəzərdə tutulmalı və onların sayı süzgəcin sahəsi ≤ 50 m2 olduqda bir, bundan çox olduqda iki ədəd (kollektorun başlanğıcında və sonunda) qəbul edilməlidir.

Yumaya su verən borular süzgəc novlarının yuxarı tilindən aşağı yerləşdirilməlidir.

Süzgəc paylaşdırıcı sistem vasitəsilə boşaldılmalı və bunun üçün üstündə siyirtmə quraşdırılmış, diametri 100-200 mm olan (süzgəcin sahəsindən asılı olaraq) xüsusi su buraxıcı boru nəzərdə tutulmalıdır.

9.2.12.16. Süzücü yükü yumaq üçün süzülmüş sudan istifadə edilməlidir. Yumanın süzgəc yükü səthinin üstündə yerləşdirilmiş paylaşdırma sistemi ilə aparılmasına yol verilir.

Kvars qumundan olan yükün su ilə yuyulma parametrləri cədvəl 22-ə əsasən qəbul edilməlidir.

Süzgəc keramzitlə yükləndikdə onun markasından asılı olaraq yuma intensivliyi 12-15 l/(s.m2) (böyük qiymətlər böyük sıxlığa malik keramzit üçündür) qəbul edilməlidir.

Cədvəl 22. Kvars qumundan ibarət yükün su ilə yuyulma parametrləri



Süzgəclər və onların süzücü yükü

Yuma intensivliyi,l/(s.m2)

Yumanın davam etmə müddətidəq.

Yükün nisbi genişlənmə qiyməti, %

Bir laylı sürətli süzgəclər. Yük dənələrinin diametri, D,mm:

 

 

 

0,7-0,8

12-14

6-5

45

0,8-1

14-16

6-5

30

1-1,2

16-18

6-5

25

İki laylı sürətli süzgəclər

14-16

7-6

50

Q e y d:

1.Yuma intensivliyinin böyük qiymətləri az davametmə müddətinə uyğundur.

2. Yuxarı yuma hərəkət etməyən qurğudan ibarət olduqda yuma intensivliyi 3-4 l/(s.m2), basqı isə 2,9-3,9 bar qəbul edilməlidir. Yuma müddəti 5-8 dəq-ə, onun 2-3 dəqiqəsi aşağı yuma başlayana qədər. Paylaşdırıcı borular yük səthindən 60-80 mm məsafədə hər 700-1000 mm-dən bir yerləşdirilməlidir.Paylaşdırıcı borulardakı deşiklər, yaxud taxmalar arasındakı məsafə 80-100 mm qəbul edilməlidir. Fırlanan qurğulu yuma sistemi olduqda yuma intensivliyi 0,5-0,75 l/(s.m2), basqı isə 3,8-4,4 bar qəbul edilməlidir.

 





9.2.12.17. Yuma suyunu toplayıb kənar etmək üçün yarımdairəvi, yaxud beşbucaq en kəsik sahəsinə malik novlar nəzərdə tutulmalıdır. Qonşu novların oxları arasındakı məsafə 2,2 m-dən çox olmamalıdır. Novun eni (34) düsturu ilə hesablanmalıdır.

burada qn- novun su sərfim3/s.;



an-novun düzbucaq sahəsinin hündürlüyünün eninin yarısına olan nisbəti,(1-1,5 qəbul edilməlidir);

Kn- əmsal: yarımdairə dibli novlar üçün 2,beşbucaq novlar üçün 2,1 qəbul edilməlidir.

Bütün novların yuxarı tilləri bir səviyyədə və tam üfüqi vəziyyətdə olmalıdır.

Novların dibi yığıcı kanala tərəf 0,01 mailliyə malik olmalıdır.

9.2.12.18. Yığıcı kanalı olan süzgəclərdə novun dibindən kanalın dibinə qədər olan məsafə (35) düsturu ilə hesablanmalıdır.

burada qkan- kanalın su sərfi, m3/s.;



Bkan- kanalın enidir, m (0,7 m-dənaz qəbul edilmir).

Q e y d. Yuma suyunu kənar edən borunun yaratdığı müqavimət nəzərə alınmaqla kanalda suyun səviyyəsi novun dibindən 0,2 m aşağı olmalıdır.

9.2.12.19. Süzücü yük səthindən novlarınyuxarı tilinə qədər olan məsafə (36) düsturuilə hesablanmalıdır.

burada Hy- süzücü layın hündürlüyü, m;



ay- süzücü yükün faizlə nisbi genişlənmə əmsalı olub cədvəl 22-ə əsasən qəbul edilməlidir.

9.2.12.20. Su-hava qarışığı ilə yuma kvars qumu ilə yüklənmiş süzgəclərdə aşağıdakı rejimdə tətbiq edilməlidir: 1-2 dəq-ə müddətində hava ilə üfürmə - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), sonra 4-5 dəq-ə müddətində hava və su ilə birlikdə yuma - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), suyun verilmə intensivliyi 3-4 l/(s.m2) və nəhayət 4-5 dəq-ə müddətində 6-8l/(s.m2) intensivliklə suyun (atılmadan) verilməsi.

Q e y d.

1. Daha iri dənəli yuklər üçün su və havanın verilmə intensivliyinin maksimum qiymətləri uyğundur.

2. Müvafiq əsaslandırmadan sonra göstəriləndən fərqlənən rejimlərin qəbuluna yol verilir.

9.2.12.21. Su-hava qarışığı ilə yuma zamanı su və hava xüsusi taxmalarla təchiz edilmiş, yaxud su və hava ayrılıqda müstəqil borulu paylaşdırıcı sistemlərlə verilməlidir.

9.2.12.22. Su-hava qarışığı ilə yuma zamanı yuma suyunu kənar etmək üçün iki maili divarın (suaşıran və əks etdirən) yaratdığı qumtutan novla təchiz edilmiş üfüqi sistem tətbiq edilməlidir.

9.2.12.23. Yuma suyu nasoslarla, yaxud çəndən verilməlidir. Kompleksdəki süzgəclərin sayından asılı olaraq yuma sistemləri bir, yaxud bir neçə süzgəcin eyni vaxtda yuyulmasına hesablanmalıdır. Yuma çəninin həcmi yumaların hesabi sayından əlavə daha bir süzgəcin yuyula bilməsini təmin etməlidir.

Süzgəci yumaq üçün tələb olunan basqı paylaçdırıcı sistemdə,yuma suyunu nəql etdirən kommunikasiyalarda və süzücü yükdəki basqı itkiləri nəzərə alınmaqla təyin edilməlidir.

Yuma çəninə su vuran nasos onun intensivləşdirilmiş rejimdə iki yuma arasındakı vaxtdan çox olmayan müddətdə dolmasını təmin etməlidir. Nasos yuma suyunu təmiz süzülmüş su rezervuarından götür-məlidir. Yuma suyunun miqdarı süzülmüş su sərfinin 50%-dən çox olmayan hallarda suyun süzülmüş su borusundan götürülməsinə yol verilir.

Süzülmüş su rezervuarında hesabi yuma sayından bir artıq yumaya tələb olunan ehtiyat su miqdarının olması nəzərdə tutulmalıdır.

Yuma suyunu gətirən və aparan boru kəmərlərində sürət 1,5-2,0 m/s qəbul edilməlidir. Yuma suyunu süzgəclərə verən və süzgəclərdən aparan borulara hava daxil olmasının mümkünlüyü tam aradan qaldırılmalıdır.

 

9.2.13. İri dənəli süzgəclər



9.2.13.1. İri dənəli süzgəclər istehsalat ehtiyaclarını ödəməyə verilən suyun koaqulyasiya ilə, yaxud onsuz qismən şəffaflandırılması üçün tətbiq edilməlidir.

9.2.13.2. Süzgəcləri yükləmək üçün kvars qumundan və texnoloji prosesi təmin edən, tələb olunan mexaniki möhkəmliyə və kimyəvi dayanıqlığa malik olan digər materiallardan istifadə edilməlidir. Süzgəclərin yüklərinin xarakteristikası cədvəl 23-də verilir.

Cədvəl 23. İri dənəli süzgəclərin yükləri



Yükün materilı

Dənələrin iriliyi, mm

Bircinsli olmamaq əmsalı (ən çoxu)

Yükün hündürlüyü, m

Süzmə sürəti,m/st

Kvars qumu

Həmçinin


1 – 2

1,6 – 2,5



1,8

2


1,5 – 2

2,5 - 3


10 – 12

13 - 15


Q e y d. Suyun qismən şəffaflandırılması üçün penopolistiroldan üzən yükü olan xüsusi konstruksiyalı süzgəclərdən istifadə olunmasına yol verilir.




9.2.13.3. Basqılı iri dənəli süzgəcləri süzücü yük və drenajda 1,46 bar-a qədər, açıq süzgəcləri isə 0,3-0,34 bar həddi basqı itkisinə hesablamaq lazımdır.Açıq süzgəclərdə yükün üstündə 1,5 m su layının olması nəzərdə tutulmalıdır.

9.2.13.4. İri dənəli süzgəclərin hava və su ilə yuyulması nəzərdə tutulmalıdır. Su və hava paylaşdırıcı sistemləri, yaxud birləşdirilmiş su-hava sistemi 9.2.12.14, 9.2.12.15, 9.2.12.21- 9.2.12.23 maddələrinin göstərişlərinə əsasən su və havanın maddə 9.2.13.6-da tövsiyə edilən intensivliklə verilməsinə hesablanmalıdır.

9.2.13.5. Yuma suyunu açıq süzgəclərdən kənarlaşdıran qurğuların layihələndirilməsi maddə 9.2.12.22-nın göstərişlərinə əsasən həyata keçirilməlidir.

9.2.13.6. İri dənəli süzgəclər hesablanan zaman aşağıdakı yuma rejimi qəbul edilməlidir: süzücü yükün hava ilə 15-25 l/(s.m2) intensivliklə 1 dəq-ə yumşaldılması; 3,5-5l/(s.m2)intensivlikə verilən su və 15-25 l/(s.m2)intensivlikə verilən havanın yaratdığı su-hava qarışığı ilə 5 dəq-ə yuma; 7-9 l/(s.m2)intensivlikə verilən su ilə 3 dəq-ə yuma. İntensivliyin yuxarı qiymətləri daha böyük iriliyə malik yüklərə şamil edilir.

9.2.13.7. İri dənəli süzgəclərin sahəsi maddə 9.2.12.4-ün göstərişlərinə əsasən təyin edilməlidir.

9.2.13.8.Süzgəclərin sayı 10-a qədərolduqda təmirə bir, bundan çox olduqda isə iki süzgəcin dayandırılmasının mümkünlüyü nəzərdə tutulmalıdır. İşləyən süzgəclərdə süzmə sürəti cədvəl 23-də göstərilən qiymətlərin maksimal həddindən çox olmamalıdır.

9.2.14. Təmas şəffaflandırıcılar

9.2.14.1.Təmas şəffaflandırıcılar işləyən sutəmizləyici komplekslərdə tələb olunan basqını, suyun reagentlərlə qarışmasını və təmasda olmasını, həmçinin sudan havanın kənar edilməsini təmin edən torlu barabanlı süzgəclər və giriş kamerası nəzərdə tutulmalıdır.

9.2.14.2. Giriş kamerasının həcmi suyun onda ən azı 5 dəq-ə qalmasina hesablanmalıdır. Kamera daşma və buraxıcı borulara malik ən azı iki şöbədən ibarət olmalıdır.

Q e y d:

1. Torlu barabanlı süzgəclər giriş kamerasının üstündə yerləşdirilməlidir; əsaslandırma olduqda torlu süzgəcləri ayrıca binada yerləşdirməyə yol verilir.Onların layihələndirilməsi 9.2.2.1-9.2.2.4 maddələrinin göstərişlərinə əsasən yerinə yetirilməlidir.

2. Qarışdırıcı qurğular, reagentlərin daxil edilmə ardıcıllığı və daxil edilmələri arasındakı vaxt 9.2.4.1; 9.2.4.2; 9.2.3.3-9.2.3.4 maddələrinin göstərişlərinə uyğun qəbul edilməlidir.

Kameradan sonra reagentin əlavə daxil edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.

9.2.14.3. Giriş kameralarında suyun səviyyəsi təmas şəffaflandırıcılarda suyun səviyyəsindən

(37) düsturu ilə hesablanmış Hg.kqədər yuxarı olmalıdır.



burada hy -süzücü qum layında bu layın hündürlüyünə bərabər qəbul edilən həddi basqı itkisi, m;



hc- giriş kamerasının əvvəlindən şəffaflandırıcıların yükünə qədərolan məsafədə suyun hərəkət yolunda baş verən basqı itkilərinin cəmidir, m.

Su kameralardan təmas şəffaflandırıcılara onlardakı suyun səviyyəsindən ən azı 2 m aşağıda yerləşən nöqtədən aparılmalıdır. Kameralarda və boru kəmərlərində suyun hava ilə zənginləşmə ehtimalı tamamilə aradan qaldırılmalıdır.



9.2.14.4. Təmas şəffaflandırıcılar su ilə yuyulduqda saxlayıcı laysız, su-hava qarışığı ilə yuyulduqda saxlayıcı laylı layihələndirilməlidir.

Təmas şəffaflandırıcıların yükü cədvəl 24-ə əsasən qəbul edilməlidir.



9.2.14.5. Saxlayıcı layları olmayan təmas şəffaflandırıcılarda süzmə sürəti normal rejimdə 4-5 m/st, intensiv rejimdə 5-5,5 m/st; saxlayıcı layları olanlarda normal rejimdə 5-5,5 m/st, intensiv rejimdə 5,5-6 m/st qəbul edilməlidir.

Su təsərrüfat-içməli məqsədlər üçün təmizləndikdə sürətlərin aşağı qiymətləri qəbul edilməlidir.

Təmas şəffaflandırıcıların azalan istiqamətə doğru dəyişən süzmə sürəti ilə işləməsinə yol verilir, bu şərtlə ki, orta süzmə sürəti hesabi sürətə bərabər olsun.

9.2.14.6.Təmas şəffaflandırıcıların ümumi sahəsi ilk filtratın istehsalat kanalizasiyasına atılması şərtilə (38) düsturu ilə hesablanmalıdır.

Cədvəl 24. Təmas şəffaflandırıcılarda müxtəlif iriliyə malik yük laylarının qalınlığı



Göstəricilər

Şəffaflandırıcılarda qum və çınqıl laylarının hündürlüyü, m







saxlayıcı laysız

saxlayıcı laylı

Qum və çınqıl dənələrinin iriliyi, mm:

40 – 20


20 – 10

10 – 5


5 – 2

2 – 1,2


1,2 – 0,7

Qum dənələrinin ekvivalent diametri, mm



 

-

-



-

0,5 – 0,6

1,0 – 1,2

0,8 – 1,0

1,0 – 1,3


 

0,20 – 0,25

0,10 – 0,15

0,15 – 0,20

0,30 – 0,40

1,20 – 1,30

0,80 – 1,00

1,00 – 1,30



Q e y d:

1.Saxlayıcı layları olan təmas şəffaflandırıcılarda iriliyi 40-20 mm olan çınqılın yuxarı sərhəddi

paylaşdırıcı sistemin borularının yuxarı səviyyəsində olmalıdır. Yükün ümumi hündürlüyü 3 m-dən çox

olmamalıdır.

2.Təmas şəffaflandırıcıları yükləmək üçün çınqıl və kvars qumundan, həmçinin maddə 9.2.12.2-nın tələblərinə

cavab verən və sıxlığı 2,5-3,5 qr/sm3 olan digər materiallar istifadə edilməlidir.

 





 

burada - ilk filtratın atılmasının davametmə müddəti (dəq-ə) olub maddə 9.2.14.8-in göstərişlərinə əsasən qəbul edilir. Düsturdakı qalan parametrlər (29) düsturunda olduğu kimidir.

Kompleksdəki şəffaflandırıcıların sayı maddə 9.2.12.5-in tövsiyələrinə əsasən qəbul edilməlidir.

9.2.14.7. Yuma üçün təmizlənmiş sudan istifadə edilməlidir. Aşağıdakı hallarda yuma üçün təmizlənməmiş sudan istifadəyə yol verilir: suyun bulanıqlığı 10 mq/l-dən və koli-indeksi 1000 vahid/l-dən çox olmamalı, barabanlı torlarda (yaxud mikrosüzgəclərdə) yetərincə təmizlənməli və zərərsizləşdirilməlidir.Təmizlənmiş sudan istifadə etdikdə onun yuma suyu toplanan çənə verilməsi sərbəst axınla təmin edilməlidir. Süzülmüş suyun yuma üçün birbaşa rezervuarlardan, yaxud boru kəmərlərindən götürülməsinə yol verilmir.


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin