AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə6/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   2   3   4   5   6   7   8   9   ...   53

9.1.8. Sutəmizləyici qurğular kompleksinin kommunikasiya xətləri hesabi sərfdən 20-30% artıq su sərfini keçirməyə hesablanmalıdır.

9.2. Suyun şəffaflandırılması və rəngsizləşdirilməsi

9.2.1. Ümumi göstərişlər

9.2.1.1. Su təchizatı mənbələrinin suyu aşağıdakı kimi xarakterizə edilir:

a) hesabi maksimal bulanıqlığa (asılı maddələrin təqribi miqdarına)görə:

az bulanıqlı – 50 mq/l-ə qədər;

orta bulanıqlı – 50 mq/l-dən 250 mq/l-ə qədər;

bulanıq – 250 mq/l-dən 1500 mq/l-ə qədər;

yuksək bulanıqlı – 1500 mq/l-dən çox.

b) suya rənglilik verən humus maddələrinin hesabi maksimal miqdarından asılı olaraq:

az rəngli – 350-yə qədər;

orta rəngli – 350-dən 1200-yə qədər;

yüksək rəngli – 1200-dən çox.

Sutəmizləyici qurğular kompleksini layihələndirən zaman bulanıqlıq və rəngliliyin hesabi maksimal qiymətləri su təchizatı mənbəyi seçilənə qədər ondakı suyun ən azı son 3 il üçün analizlərinin nəticələri əsasında təyin edilməlidir.

9.2.1.2. Suyun şəffaflandırılması və rəngsizləşdirilməsi üçün qurğular seçilən zaman 9.1.2 və 9.1.3 maddələri, ilkin seçimdə cədvəl 15-in tövsiyələri rəhbər tutulmalıdır.

9.2.2. Torlu barabanlı süzgəclər

9.2.2.1. Torlu barabanlı süzgəclər sudan iri üzən və asılı maddələri (barabanlı torlar), eləcə də göstərilən qarışıqlar və planktonu (mikrosüzgəc) çıxarmaq üçün qəbul edilməlidir.

Torlu barabanlı süzgəclər kompleksin ərazisində yerləşdirilməlidir.Müvafiq əsaslandırma olduqda onların suqəbuledici qurğularda yerləşdirilməsinə də yol verilir.

Torlu barabanlı süzgəclər reagentlərin suya daxil edildiyi yerdən əvvəl qoyulmalıdır.

9.2.2.2. Torlu barabanlı süzgəclərin ehtiyat miqdarı aşağıdakı qaydada qəbul edilməlidir:

işçi aqreqatların sayı 1-5 olduqda – 1;

işçi aqreqatların sayı 6 - 10 olduqda – 2;

işçi aqreqatların sayı 11 və daha çox olduqda – 3.



9.2.2.3. Torlu barabanlı süzgəclər xüsusi kameralarda yerləşdirilir. Aqreqatların sayı 5-dən çox olduqda bir kamerada iki aqreqat yerləşdirməyə yol verilir.

Kameralar buraxıcı borularla təchiz olunmalıdırlar.

Kameralara su gətirən kanallarda daşma borusu qoyulmalıdır.

9.2.2.4. Torlu barabanlı süzgəclər onlardan keçmiş su ilə yuyulmalıdırlar.

Öz ehtiyaclarına su sərfi məhsuldarlığının: barabanlı torlar üçün – 0,5%-i, mikrosüzgəclər üçün isə 1,5% - i qədər qəbul edilməlidir.

Cədvəl 15. Əsas sutəmizləyici qurğuların texnoloji göstəriciləri


Sıra sayı

Əsas qurğular

Qəbul edilmə şərtləri

Komplek-sin məhsuldarlığı,m3/sut










Bulanıqlıq, mq/l

Rənglilik, dərəcə













təmizlənən su

təmizlənmiş su

təmizlənən su

təmizlənmiş su




Suyun koaqulyant və flokulyantlar tətbiq etməklə təmizlənməsi




1.

Sürətli süzgəclər (bir pilləli süzmə):

a) basqılı süzgəclər

b) açıq süzgəclər


 

 

30-a qədər



20-ə qədər

 

 

1,5-ə qədər



1,5-ə qədər

 

 

50-ə qədər



50-ə qədər

 

 

20-ə qədər



20-ə qədər

 

 

5000-ə qədər



50000 -ə qədər

2.

Şaquli durulducular-sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

5000-ə qədər

3.

Üfüqi durulducular-sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

30000-dən çox

4.

Təmas önsüzgəclər-sürətli süzgəclər (iki pilləli süzmə)

300-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

5.

Asılı çöküntü layı olan şəffaflandırıcılar-sürətli süzgəclər

50-dən çox– 1500 qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

5000-dən çox

6.

İki pillə durulducular-sürətli süzgəclər

1500-dən çox

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

7.

Təmas şəffaflandırıcılar

120-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

8.

Üfüqi durulducular və suyu qismən şəffaflandırmaq üçün asılı çöküntü layı olan şəffaflandırıcılar

 

1500-ə qədə



 

8 - 15


 

120-ə qədər



 

40-a qədər



 

istənilən



9.

Suyu qismən şəffaflandırmaq üçün iri dənəli süzgəclər

80-a qədər

10-a qədər

120-ə qədər

30-a qədər

istənilən

10.

Yüksək bulanıqlı suları yetərincə təmizləmək üçün radial durulducular

1500-dən çox

250-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

11.

Borulu durulducu və zavod istehsalı olan basqılı süzgəc (“Struya” tipli)

1000-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

800-ə qədər

Suyun koaqulyant və flokulyant tətbiq etmədən təmizlənməsi




12.

Suyu qismən şəffaflandırmaq üçün iri dənəli süzgəclər

150-ə qədər

ilkin miqdarın 30-50%

120-ə qədər

ilkin miqdar qədər

istənilən

13.

Suyu qismən durultmaq üçün radial durulducular

1500-dən çox

ilkin miqdarın 30-50%

120-ə qədər

ilkin miqdar qədər

istənilən

14.

Qum yükü mexaniki, yaxud hidravliki üsulla regenerasiya edilən az sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

50-ə qədər

20-ə qədər

istənilən

Q ey d:

1.Suyun cədvəldə göstərilən bulanıqlığına reağentlərin daxil edilməsindən yaranan məhsullar da daxil edilmişdir.

2. Suqəbuledici qurğularda, yaxud sutəmizləyici kompleksdə özəklərinin ölçüsü 0,5-2 mm olan torlar qoyulmalıdır.Suda planktonların orta aylıq miqdarı 1000 kl/ml-dən çox olduqda və suda “çiçəklənmə” dövrü 1 aydan artıq davam etdikdə suqəbuledici qurğularda, yaxud sutəmizləyici kompleksdə əlavə olaraq mikrosüzgəclər qoyulmalıdır.

3. Müvafiq əsaslandırma olduqda suyun təmizlənməsi üçün cədvəl 15-də göstərilənlərdən əlavə qurğulardan (üzən suqəbuledicilər-şəffaflandırıcılar, hidrosiklonlar, flotasiya qurğuları və s.) istifadəyə yol verilir.

4. Su mənbədən kompleksə müntəzəm verildikdə, yaxud 1 saat ərzində sərf dəyişikliyi ±15%-dən, suda temperatur dəyişikliyi ±10C-dən çox olmadıqda asılı çöküntü layı olan şəffaflandırıcılardan istifadə edilməlidir.




 

9.2.3. Reagent təsərrüfatı

9.2.3.1. Reagentlərin markası, növü və hesabi dozaları onların pasport göstəricilərinə uyğun olaraq təmizlənəcək suyun keyfiyyətindən asılı olaraq ilin müxtəlif fəsilləri üçün təyin edilməli və qurğuların sazlanması və istismarı zaman dəqiqləşdirilməlidir. Bu zaman təmizlənmiş suda onların qaliq miqdarlarının DÜİST 2874-də və texnoloji tələblərlə yol verilən miqdarı nəzərə alınmalıdır.

9.2.3.2. Al2(SO4)3,FeCl3,Fe2(SO4)koaqulyantlarının ilkin dozası, Dk,mq/l, (susuz maddəyə görə) bulanıq suları təmizlədikdə cədvəl 16-dan təyin edilməsinə, rəngli suları təmizlədikdə isə (6) düsturu ilə hesablanmasına yol verilir.

 

burada R - suyun rəngliliyidir, dərəcə.



Q e y d. Su eyni zamanda bulanıq və rəngli olduqda cədvəl 16-ya əsasən və (6) düsturu ilə təyin edilmiş dozalardan böyüyü qəbul edilir.

Flokulyantlar suya koaqulyantdan sonra daxil edilməlidir. Yüksək bulanıqlı suları təmizlədikdə flokulyantlar koaqulyantdan əvvəl suya daxil edilə bilər. Təmizlənən suyun keyfiyyətindən asılı olaraq flokulyant və koaqulyantların suya daxil edilmələri arasında 2-3 dəqiqə fasilənin olmasının mümkünlüyü təmin edilməlidir.

Cədvəl 16.

Suyun bulanıqlığı, mq/l

Bulanıq suları təmizləmək üçün susuz koaqulyantın dozası, mq/l

100-ə qədər

100-dən çox – 200-ə qədər

200-dən çox – 400-ə qədər

400-dən çox – 600-ə qədər

600-dən çox – 800-ə qədər

800-dən çox – 1000-ə qədər

1000-dən çox – 1500-ə qədər


25 – 35

30 – 40


35 – 45

45 – 50


50 – 60

60 – 70


70 – 80

Q e y d:

1. Dozaların kiçik qiymətləri qaba dispersli asılı maddələri olan sulara aiddir.

2. Təmas (kontakt) şəffaflandırıcılar, yaxud suzucu yükdə koaqulyasiya prinsipi ilə işləyənsuzgəclər qəbul edildikdə koaqulyantın dozası cədvəl 16-da gəstərilmiş və (6) düsturu ilə hesablanmış qiymətlərdən 10-15% az qəbul edilməlidir.

 





9.2.3.3. Koaqulyasiya və rəngsizləşmənin gedişini, həmçinin qurğuların sanitariya vəziyyətini yaxşılaşdırmaq üçün suya ilkin daxil edilən xlor tərkibli reagentlərin (aktiv xlora görə) dozası 3-10 mq/l qəbul edilməlidir. Reagentlər suya koaqulyantdan 1-3 dəqiqə əvvəl daxil edilməlidir.

9.2.3.4. Pambıqçaların yaranma prosesini yaxşılaşdırmaq üçün suya daxil edilən qələviləşdirici reagentlərin dozaları (7) düsturu ilə hesablanmalıdır.

burada Dk- qələviləşdirilmə dövründə susuz koaqulyantın maksimal dozası, mq/l;



e- susuz koaqulyantın ekvivalent kütləsi, mq/mq-ekvAl2(SO4)3 üçün-57, FeClüçün -54, Fe2(SO4)3 üçün-67 qəbul edilir;

Kq - əmsal, əhəng üçün (CaO-ya görə) -28, soda üçün (Na2CO3-ə görə) -53 qəbul edilir;

Q- suyun minimal təbii qələviliyidir, mq-ekv/l.

Reagentlər koaqulyantla bir vaxtda suya daxil edilməlidirlər.



9.2.3.5. Reagentlər məhlul,yaxud suspenziya halında hazırlanmalı və dozalanmalıdır.

Dozalayıcıların sayı reagentlərin daxil edilmə nöqtələrinin miqdarından və dozalayıcının məhsuldarlığından asılı olaraq qəbul edilir və ikidən az olmamalıdır (biri ehtiyat).



9.2.3.6. Məhlul çənlərində təmiz və susuz məhsula görə məhlulun qatılığı təmizlənməmiş koaqulyant üçün 17%-ə qədər, iri parçalar halında təmizlənmiş koaqulyant üçün 20%-ə qədər, dənəvər təmizlənmiş koaqulyant üçün 24%-ə qədər; sərf çənlərində 12%-ə qədər qəbul edilə bilər.

9.2.3.7. Koaqulyant məhlulunun tam hazırlanma müddəti (çənə yüklənmə, həll edilmə, çökdürülmə, nəql etdirilmə, ehtiyac olduqda çənin dibinin təmizlənməsi) suyun temperaturu 100C-yə qədər olduqda 10-12 st qəbul edilməlidir.

Koaqulyant məhlulunun hazırlanmasını sürətləndirməklə buna sərf edilən müddəti 6-8 st-a çatdırmaq üçün 400C temperatura malik sudan istifadə etmək məsləhət görülür.

Məhlul çənlərinin sayı bir dəfəyə gətirilən koaqulyantın həcmindən, koaqulyantın gətirilmə və boşaldılma üsulundan, növündən, həmçinin həll edilmə müddətindən asılı olaraq qəbul edilməli və üçdən az olmamalıdır.

Sərf çənlərinin sayı ikidən az olmamalıdır.



9.2.3.8. Koaqulyantı həll etmək və çənlərdə qarışdırmaq üçün sıxılmış havadan istifadə edilməlidir. Sıxılmış havanın intensivliyi:

həll etmək üçün – 8-10 l/(s.m2);

sərf çənlərində tələb olunan qatılığa qədər su ilə qarışdırmaq üçün – 3-5 l/(s.m2).

Hava çənlərdə deşikli borularla paylanmalıdır.

Koaqulyantın həll edilməsi və məhlulunun qarışdırılması üçün mexaniki qarışdırıcılardan, yaxud dövretdirici nasoslardan istifadə etmək olar.

9.2.3.9. Məhlul çənlərinin aşağı hissəsini, təmizlənməmiş koaqulyantdan istifadə etdikdə üfüqə 450, təmizlənmiş koaqulyantdan istifadə etdikdə isə 150 bucaq altında maili layihələndirmək lazımdır. Çənləri boşaltmaq və çöküntünü kənarlaşdırmaq üçün onlar diametri 150 mm-dən az olmayan boru kəməri ilə təchiz olunmalıdırlar.

İri parçalar halında koaqulyantdan istifadə edildikdə çənlərdə çıxarıla bilən və milləri arasında 10-15 mm məsafə olan barmaqlıqlar qoyulmalıdır.

Dənəvər və toz şəkilli koaqulyantdan istifadə edildikdə barmaqlıq üzərinə turşuya davamlı materialdan və özəklərinin ölçüsü 2 mm olan tor qoyulmalıdır.

Q e y d. Təmizlənməmiş koaqulyant çənlərində barmaqlığın altında eyni zamanda sıxılmış hava verilməklə hidravlik üsulla yuyulma sistemi nəzərdə tutulduqda çənin dibində divarların mailliyini 250-yə qədər azaltmağa yol verilir.

9.2.3.10. Sərf çənlərinin dibi diametri 100 mm-dən az olmayan kənaredici boru istiqamətində ən azı 0,01 mailliyə malik olmalıdır.

9.2.3.11. Məhlul, sərf və məhlul çənlərinin yuxarı hissəsindən götürülməlidir.

9.2.3.12. Çənlərin daxili səthləri turşuya davamlı materialla müdafiə olunmalıdır.

9.2.3.13. Koaqulyant kimi quru dəmir xloriddən istifadə edildikdə məhlul çənlərinin yuxarı hissəsində barmaqlıq qoyulmalıdır. Çənlər təcrid olunmuş otaqlarda (bokslarda) yerləşdirilməli, otaqlar sorucu ventilyasiya sistemi ilə təchiz edilməlidir.

9.2.3.14. Koaqulyant məhlulunu nəql etdirmək üçün turşuya davamlı material və avadanlıqdan istifadə edilməlidir.

Reagent kəmərlərinin konstruksiyası onların tez təmizlənməsi və yuyulmasının mümkünlüyünü təmin etməlidir.



9.2.3.15. Suyu qələviləşdirmək və karbonat müvazinətini sabitləşdirmək üçün əhəngdən istifadə edilməlidir. Müvafiq əsaslandırma olarsa sodadan da istifadə etmək olar.

9.2.3.16. Sutəmizləyici kompleksin əhəng təsərrüfatının texnoloji sxemi istehsal məhsulunun növü və keyfiyyəti, əhəngə olan tələbat, onun suya daxil edilmə yeri və sairədən asılı olaraq seçilməlidir. Kiç şəkilli əhəngdən istifadə etdikdə o, xamır halında yaş saxlanılmalıdır.

Əhəng sərfi bir gündə 50 kq-a qədər (CaO-ya görə) olan hallarda ikiqat doyduruculu satura-torlarda hazırlanmış əhəng məhlulundan istifadə sxemi tətbiq edilməlidir.



9.2.3.17. Əhəng südü, yaxud məhlulu üçün çənlərin sayı ikidən az olmamalıdır. Sərf çənlərində əhəng südünün qatılığı CaO-ya görə 5%-dən çox qəbul edilməməlidir.

9.2.3.18. Suyun karbonat müvazinətini sabitləşdirmək üçün istifadə edilən əhəngi həll olunmayan qarışıqlardan təmizləmək üçün şaquli durulducular, yaxud hidrosiklonlar tətbiq olunmalıdır.

Şaquli durulducularda axının aşağıdan yuxarı qalxma sürəti 2 mm/s qəbul edilməlidir.

Əhəng südü hirosiklonlardan iki dəfə keçirilməklə təmizlənməlidir.

9.2.3.19. Əhəng südünü fasiləsiz qarışdırmaq üçün hidravlik üsuldan (nasosların köməyi ilə), yaxud mexaniki qarışdırıcılardan istifadə edilməlidir.

Hidravliki qarışdırmada əhəng südünün çəndə aşağıdan yuxarı qalxma sürəti 5 mm/s-dən az olmamalıdır. Çənlər divarlarının mailliyi 450 olan konus şəkilli dibə və diametri ən azı 100 mm olan buraxıcı boruya malik olmalıdır.



Q e y d. Əhəng südünün 8-10 l/(s.m2) intensivliklə daxil edilən sıxılmış hava ilə qarışdırılmasına yol verilir.

9.2.3.20. Əhəng südünü basqı altında nəql edən boruların diametri təmizlənmiş məhsul üçün 25 mm-dən, təmizlənməmiş məhsul üçün və özüaxımlı basqısız borularda 50mm-dən, boru kəmərlərində əhəng südünün hərəkət sürəti 0,8 m/s-dən az olmamalıdır. Əhəng südü borularının dönmə radiusu borunun diametrinin 5 mislindən (5d) az olmamalıdır. Basqılı borular nasos istiqamətində ən azı 0,02-yə, özüaxımlı basqısız borular isə buraxılış istiqamətində ən azı 0,03 mailliklə layihələndirilməlidirlər. Belə hallarda boruların yuyulması və təmizlənməsinin mümkünlüyü təmin edilməlidir.

9.2.3.21. Soda məhlulunun qatılığı 5-8% qəbul edilməlidir. Soda məhlulunun 8.2.3.5 bəndinin göstərişlərinə əsasən dozalanması nəzərdə tutulmalıdır.

9.2.4. Qarışdırıcı qurğular

9.2.4.1. Qarışdırıcı qurğular reagentləri daxil edən, onları sutəmizləyici kompleksə nəql etdirən boru kəmərindəki, yaxud kanaldakı su həcmində sürətlə və müntəzəm paylanmasını və sonradan qarışdırıcılarda təmizlənən su ilə intensiv qarışmasını təmin edən qurğulara malik olmalıdır.

9.2.4.2. Qarışdırıcı qurğular reagentlərin 9.2.3.2 -9.2.3.4 maddələrinin göstərişlərinə əsasən daxil edilməsinin ardıcıllığı və daxil edilmə arasındakı fasilələri və əlavə 4-ün tövsiyələrinə uyğun olaraq boru kəmərində, yaxud kanalda reagentlərin daxil edilməsi üçün qurğular arasında qalma vaxtını təmin etməlidirlər.

9.2.4.3. Reagentlərin daxil edilmə qurğuları deşikli boru paylaşdırıcıları, yaxud borularda qoyulmuş yerli müqavimətlər yaradan taxma şəklində olurlar. Reagent paylaşdırıcılar suyun emalı prosesini dayandırmadan yuyulmaq və təmizlənmək üçün əlçatan olmalıdırlar. Borulu paylaşdırıcı qoyulduqda boru kəmərindəki basqı itkisi 0,1-0,2 m, taxma qoyulduqda isə 0,2-0,3 m qəbul edilməlidir.

9.2.4.4. Reagentlərin emal edilən su ilə hidravlik tipli qurğularda (burulğanlı,arakəsməli, şaquli) qarışdırılması nəzərdə tutulmalıdır. Müvafiq əsaslandırma olarsa mexaniki qarışdırıcılardan istifadə etməyə yol verilir.

9.2.4.5. Qarışdırıcıların (bölmələrin) sayı lopaların intensiv yaranma dövründə onları işdən ayırmağın mümkünlüyü təmin edilməklə ikidən az olmamalıdır.

Ehtiyat qarışdırıcılar qəbul edilməməli, lakin 9.2.4.3 bəndinin göstərişlərinə uyğun olaraq reagentləri daxil etmək üçün ehtiyat qurğularla təmin edilmiş və qarışdırıcılardan yan keçən boru kəmərinin olması nəzərdə tutulmalıdır.



9.2.4.6. Sutəmizləyici kompleksə tərkibində iri dispersli asılı maddələr olan su daxil olduqda və onun təmizlənməsində suspenziya halında reagentlər, yaxud qismən şəffaflandırılmış məhlullardan istifadə etdikdə burulğanlı qarışdırıcılar tətbiq edilməlidirlər.

Burulğanlı qarışdırıcılar aşağı konus, yaxud piramida şəkilli hissəsinin maili divarları arasındakı bucaq 30-450 olan, şaquli divarlı yuxarı hissəsinin hündürlüyü 1-1,5 mtəşkil edən şaquli diffuzordur. Suyun qarışdırıcıya daxil olma sürəti 1,2-1,5 m/s,qurğuda aşağıdan yuxarı qalxma sürəti suyığıcı qurğunun yanında 30 mm/s-dən 40 mm/s-yə qədər, suyığıcı novun sonunda axının sürəti 0,6 m/s qəbul edlməlidir.



9.2.4.7. Arakəsməli qarışdırıcılar suyun hərəkətini üfüqi, yaxud şaquli istiqamətdə 1800 bucaq altında dəyişməyi təmin edən arakəsmələrə malik kanal şəklində qəbul edilməlidirlər. Qarışdırıcıda döngələrin sayı 9-10 qəbul edilməlidir.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin