AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi


Tullantı sularını fiziki-kimyəvi təmizləmək üçün qurğular



Yüklə 4,24 Mb.
səhifə47/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

13. Tullantı sularını fiziki-kimyəvi təmizləmək üçün qurğular

13.1. Tullantı sularının neytrallaşdırılması

13.1.1. pH göstəricisi 6,5-dən aşağı və ya 8,5-dən yuxarı olan tullantı suları yaşayış məntəqəsinin kanalizasiya sisteminə, yaxud su obyektinə axıdılmazdan əvvəl neytrallaşdırılmalıdır.

Neytrallaşdırma turş və qələvi xassəli tullantı sularının qarışdırılması, reagentlərin daxil edilməsi, yaxud neytrallaşdırıcı materiallardan süzülməsi ilə yerinə yetirilməlidir.



13.1.2. Reagentlərin dozası tullantı sularındakı turşuların, yaxud qələvilərin tam neytrallaşdırılmasına və ağır metalların çöküntü şəklində sudan ayrılmasına müvafiq reaksiyaların tənliyinə görə təyin edilməlidir. Reagentin artıq hissəsi hesabi miqdarın 10%-ni təşkil etməlidir.

Reagentin dozası təyin edilərkən turşu və qələvilərin qarşılıqlı neytrallaşması, həmçinin məişət tullantı suları və ya sututarın (suaxarın) qələvi ehtiyatı hesaba alınmalıdır.



13.1.3. Turş tullantı sularını neytrallaşdırmaq üçün sönmüş əhəngdən hazırlanmış kalsium oksidinə görə 5%-li əhəng südündən, yaxud qələvi tullantılarından (natrium və ya kalium hidroksid)istifadə edilməlidir.

Əhəng südü hazırlamaq üçün qurğular TNvəQ 2.04.02-nin göstərişlərinə əsasən layihələn-dirilməlidir.



13.1.4. Qələvi xassəli tullantı sularını neytrallaşdırmaq, yaxud turşu ilə emal etmək üçün texniki sulfat turşusundan istifadə edilməlidir.

13.1.5. Çöküntüləri sudan ayırmaq üçün suyun onlarda qalma müddəti 2 st olan durulducular nəzərdə tutulmalıdır.

13.1.6. Tərkibində sərbəst sulfat turşusu və ağır metal duzları olantullantı suyunun 1 m3-nin neytrallaşdırılmasından yaranan çöküntüdə quru maddənin miqdarı (94) düsturu ilə hesablan-malıdır.

burada A- istifadə olunan əhəngdə fəal CaO-nun miqdarı, %;



A1- metalları çökdürmək üçün fəal CaO-nun tələb olunan miqdarı, kq/m3;

A2-sərbəst sulfat turşusunu neytrallaşdırmaq üçün fəal CaO-nun tələb olunan miqdarı, kq/m3;

A3- yaranmış metal hidroksidlərinin miqdarı, kq/m3;

E1- metalların çökməsindən yaranan kalsium sulfatın miqdarı, kq/m3;

E2-sərbəst sulfat turşusunun neytrallaşdırılmasından yaranan kalsium sulfatın miqdarıdır, kq/m3.

Q e y d: Düsturun üçüncü üzvü mənfi olduqda nəzərə alınmır.

13.1.7.m3 tullantı suyunun neytrallaşdırılmasından yaranan çöküntünün həcmi (95) düsturu ilə hesablanmalıdır.

burada Por- çöküntünün nəmliyidir, %.

Çöküntünün nəmliyi 100 çıxılsın quru maddənin faizlə ifadə olunmuş miqdarından az, yaxud ona bərabər olmalıdır.

13.1.8. Durulducularda ayrılmış çöküntü şlam meydançalarında, vakuum-süzgəclərdə, yaxud süzgəc-preslərdə susuzlaşdırılmalıdır. Durulducular və susuzlaşdırıcı qurğular layihələndiriləndə bu normaların müvafiq bölmələrinin tələbləri rəhbər tutulmalıdır.

13.1.9. Aqressiv mühitlə təmasda olan bütün rezervuarlar, boru kəmərləri, avadanlıqlar müvafiq təcridedici material və vasitələrlə aşınmadan qorunmalıdırlar.

13.2. Reagent qurğuları

13.2.1. Tullantı sularından iri dispersli, kolloid və həll olmuş qarışıqların fiziki-kimyəvi təmizləmə prosesində çıxarılmasını sürətləndirmək, həmçinin xrom və sian tərkibli tullantı sularını zərərsizləşdirmək üçün suyun kimyəvi emalı tətbiq olunmalıdır.

Bioloji təmizlənməyə məruz qalan tullantı sularında maddə 8.1.6-da göstərilən normalardan az biogen elementlər olduqda biogen qidalandırma nəzərdə tutulmalıdır.



13.2.2. Reagent kimi koaqulyantlardan (alüminium, yaxud dəmirin duzları), əhəngdən, flokulyantlardan (ionogen olmayan, anion və kation tipli suda həll olan üzvi polimerlər) istifadə edilməlidir.

13.2.3. Reagentin növü və dozası tullantı sularının çirklənmə xarakterindən, təmizlənmə dərəcəsindən, yerli şəraitdən və s. asılı olaraq elmi-tədqiqat təşkilatlarının tövsiyələrinə əsasən təyin edilməlidir. Bir sıra sənaye sahələri və şəhər tullantı suları üçün reagentlərin dozasının cədvəl 60-a əsasən qəbul edilməsinə yol verilir.

 

Cədvəl 60.



Tullantı suları

Çirklən-dirici maddə-lər

Çirklən-dirici maddələ-rin miqdarı,mq/l

Reagentlər

Reagentin dozası, mq/l
















əhəngin

alüminium duzlarının

dəmir duzlarının

fəal polimerə görə anion flo-kulyantın

fəal polimerə görə kation flokulyantın

Neft emalı zavod-larının, neft bo-şaltma bazaları-nın

Neft məhsulları

100-ə qədər

100 – 200

200 - 300


alüminium duzları anion flokulyantla, yaxud onsuz; kation flokulyantlar

-

-

-



50 – 75

75 – 100


100 - 150

-

-

-



0,5

1

1,5



2,5 – 5

5 – 10


10 - 15

Maşınqayırma, kokskimya zavodlarının

Yağlar

600-ə qədər

alüminium və ya dəmir duzları anion flokulyantla, yaxud onsuz; kation flokul-yantlar

-

50 – 300

 


50 – 300

 


0,5 – 2

 


5 – 20

 


Yeyinti sənayesi, yun yuma fabrik-ləri, metal emalı, sintetik liflər zavodlarının

Yağ və piylərin emulsiyası

100

300


500

1000


alüminium və ya dəmir duzları anion flokulyantla, yaxud onsuz

-

-

-



-

150

300


500

700


150

300


500

700


-

0,5 – 3


0,5 – 3

0,5 – 3


 

-

-

-



-

Sellüloz kağız sənayesinin

Rənglilik (sulfatlı

liqnin), dərPKŞ



950

1450


2250

alüminium və ya dəmir duzları anion flokulyantla, yaxud onsuz

-

-

-



250

275


400 – 500

 


250

275


400 – 500

 


-

-

-



-

-

-






Rənglilik (sulfatlı

liqnin), dərPKŞ



1000

2000


Əhəng

CaO

1000

2500


-

-


-

-


-

-


-

-


Kömür saflaşdırma fabrikləri-nin şlam suları, şaxta suları

Kömür hissəcik lərinin suspen-ziyası

100-ə qədər

100 – 500

500 – 1000

1000 – 2000



anion flokulyant

-

-

-



-

-

-

-



-

-

-

-



-

2 - 5

5 – 10


10 – 15

15 – 25


-

-

-



-

Kağız və karton fabriklərinin

Sellüloza suspenzi-yası

1000-ə qədər

alüminium duzları anion flokulyantla, kation flokulyantlar

-

 

-



50 – 300

 

-



-

 

-



0,5 – 2

 

-



-

 

2,5 – 20



Şəhər və məişət

OBTtam

300-ə qədər

alüminium duzları anion flokulyantla, yaxud onsuz

-

-


30 – 40*

40 – 50*


-

-


0,5 – 1

-


-

-





Asılı maddələr

350-ə qədər

dəmir duzları anion flokulyantla, yaxud onsuz;

 

 



kation flokulyantlar

-

-

 



-

 

-



-

-

 



-

 

-



40 – 50**

100 – 150***

50 – 70***

-


0,5 – 1

0,5 – 1


 

-

 



-

-

-

 



-

 

10 – 20



Q e y d: Reagentlərin dozaları satış məhsuluna, flokulyantların fəal polimerə görə verilmişdir; *- Al2O3,**- FeSO4, ***-FeCl3 istisna olmaqla.




 

13.2.4. Suyu koaqulyantlarla emal etdikdə turşu, yaxud qələvi daxil etməklə onun pH-nın optimal qiymətini saxlamaq lazımdır.

Şəhər tullantı suları üçün pH 7,5-ə qədər olduqda alüminium duzlarından, pH 7,5-dən çox olduqda isə dəmir duzlarından istifadə edilməlidir.



13.2.5. Reagentlərin hazırlanması, dozalanması və suya daxil edilməsi TNvəQ 2.04.02-84*-ün göstərişlərinə əsasən yerinə yetirilməlidir.

13.2.6. Reagentlərin tullantı suyu ilə qarışdırılması hidravlik qarışdırıcılarda, yaxud su gətirən boru kəmərlərində TN və Q 2.04.02-nin göstərişlərinə əsasən yerinə yetirilməlidir.

Qarışdırmanın mexaniki qarışdırıcılarda, yaxud tullantı suyunu təmizləyici qurğulara nəql etdirən nasoslarda yerinə yetirilməsinə yol verilir.

Reagent kimi dəmir kuporosundan istifadə etdikdə dəmir oksidini dəmir hidroksidinə çevirmək üçün aerasiya edilən qarışdırıcılardan, aerasiya edilən qumtutanlardan, yaxud preaeratorlardan istifadə edilməlidir. Belə hallarda suyun qarışdırıcılarda qalma müddəti 7 dəqiqədən az olmamalı, 1 m3 tullantı suyuna 1 dəqiqə ərzində verilən havanın intensivliyi 0,7-0,8 m3, qarışdırıcının dərinliyi 2-2,5 olmalıdır.

 

13.2.7. Lopaların yaranma kamerasında mexaniki, yaxud hidravlik qarışdırma nəzərdə tutul-malıdır.

Tədriclə azalan intensivlikli qarışdırmaları olan ayrı-ayrı bölmələrdən ibarət lopaların yaranma kameralarından istifadə edilməlidir.

13.2.8. Lopaların yaranma kamerasında suyun qalma müddəti (dəq-ə) qəbul edilməlidir: koaqulyasiyaya uğramış asılı maddələr çökdürülmə ilə sudan ayrıldıqda koaqulyantlar üçün - 10-15, flokulyantlar üçün - 20-30, tullantı suyu flotasiya ilə təmizləndikdə koaqulyantlar üçün - 3-5, flokulyantlar üçün - 10-20.

 

13.2.9. Tullantı sularının reagentlərlə qarışdırıcılarda, yaxud lopalarınyaranma kameralarında qarışma intensivliyi sürət qradiyentinin (s-1) orta qiyməti ilə aşağıda göstərilən kimi dəyərləndirilməlidir:

koaqulyant daxil edilən qarışdırıcılar üçün - 200, flokulyant daxil edilən qarışdırıcılar üçün - 300-500;

lopaların yaranma kameraları üçün: durulma prosesində koaqulyant və flokulyantlar üçün - 20-50; flotasiya zamanı - 50-75.



13.2.10. Koaqulyasiyaya uğramış qarışıqlar bu normalara əsasən layihələndirilən durulma, flotasiya, mərkəzdənqaçma aparatlarında, yaxud süzmə ilə sudan ayrılmalıdır.

13.3. Sian tərkibli tullantı sularının zərərsizləşdirilməsi

13.3.1. Güclü toksikliyə malik sianidləri (sadə sianidlər, sinil turşuları, sinkin, misin, nikelin, kadmiumun kompleks sianidləri) zərərsizləşdirmək üçün onların aktiv xlor tərkibli reagentlə

pH =11-11,5 olmaqla oksidləşdirilməsi tətbiq olunmalıdır.



13.3.2. Tərkibində aktiv xlor olan reagentlərə xlorlu əhəng, kalsium və natriumun hipoxloritləri, maye xlor aid edilir.

13.3.3. Fəal xlorun dozası 1 mq sink, nikel, kadmium, sinil turşuları sianidlərinə və sadə sianidlərə 2,73 mq, misin 5 mq/l-dən artıq kompleks sianidlərinə 3,18 mq qəbul edilməlidir.

13.3.4. Reagentlərin işçi məhlullarının qatılığı aktiv xlora görə 5-10% olmalıdır.

13.3.5. Sian tərkibli tullantı sularını emal etmək üçün, bir qayda olaraq, iki reaksiya kamerasından az olmamaq şərtilə fasilə ilə işləyən qurğular nəzərdə tutulmalıdır.

Tullantı sularının reagentlərlə təmas müddəti sadə sianidlər oksidləşdirildikdə 5 dəq-ə, kompleks sianidlər oksidləşdirildikdə isə 15 dəq-ə olmalıdır.



13.3.6. Tullantı suları aktiv xlorla emal edildikdən sonra pH 8-8,5-ə qədər neytrallaşdırılmalıdır.

13.3.7. İki saat müddətində çökdürmədən sonra yaranan çöküntünün miqdarı emal edilmiş sumiqdarının 5%-i qədər, nəmliyi 98% olur.

Durulduculardan qabaq suya poliakrilamid daxil edildikdə (0,1%-li məhlulun dozası 20 mq/l) çökmə müddətini 20 dəq-yə qədər azaltmağa yol verilir.



13.4. Xrom tərkibli tullantı sularının zərərsizləşdirilməsi

13.4.1. Xrom tərkibli tullantı sularını zərərsizləşdirmək üçün pH-ın 2,5-3 qiymətlərində bisulfit, yaxud natrium sulfatdan istifadə edilməlidir.

13.4.2. Altı valentli xromun suda miqdarı 100 mq/l-ə qədər olduqda onun 1 mq-na natrium bisulfitin dozası 7,5 mq, 100 mq/l-dən çox olduqda isə 5,5 mq qəbul edilməlidir.

13.4.3. Zərərsizləşdirilmiş tullantı suları durulduculara verilməzdən əvvəl əhəng südü ilə pH-ın 8,5-9 qiymətlərinə qədər neytrallaşdırılmalıdır.

13.5. Biogen qidalandırma

13.5.1. Biogen qidalandırmaq üçün biogen əlavələr kimi qəbul edilməlidir:

fosfor tərkibli reagentlər - superfosfat, ortofosfor turşusu;

azot tərkibli reagentlər - amonium sulfat, ammonyak şorası, ammonyaklı su, karbamid;

azot- və fosfor tərkibli reagentlər - texniki diammoniumfosfat, ammofos.



13.5.2. İşçi məhlulların qatılığı P2O5-ə görə 5%-ə qədər, N-ə görə 15%-ə qədər qəbul edilməlidir.

14. Tullantı sularının adsorbsiya qurğularında təmizlənməsi

14.1. Ümumi müddəalar

14.1.1. Tullantı sularını həll olmuş üzvi çirkləndirici maddələrdən adsorbiya üsulu ilə dərin təmizləmək üçün sorbent kimi aktivləşdirilmiş kömürdən istifadə edilməlidir.

14.1.2. Fəallaşdırılmış kömür hərəkət edən, yaxud hərəkətsiz süzücü yük kimi, digər materialın üstünə yaxılmış, yaxud tullantı suyunda suspenziya şəklində tətbiq edilə bilər.

14.2. Aktivləşdirilmiş kömürdən sıx laylı yükü olan adsorberlər

14.2.1. Adsorber kimi iriliyi 0,8-5 mm olan dənəvər kömürdən sıx yükü olan basqısız açıq və basqılı süzgəclərin konstruksiyalarından istifadə edilməlidir.

14.2.2. Adsorberlərə daxil olan tullantı sularında asılı maddələrin miqdarı 5 mq/l-dən çox olmamalıdır.

14.2.3. Adsorberdə yükün sahəsi (96) düsturu ilə hesablanmalıdır.

burada qw- tullantı sularının orta saatlıq sərfi, m3/st;



- süzmə sürətidir, (12 m/st-dan artıq qəbul edilmir).

Adsorberlərdən biri işdən çıxarıldıqda qalanlarında süzmə sürəti 20%-dən çox artmamalıdır.



14.2.4. Ardıcıl işləyən adsorberlərin sayı (97) düsturu ilə hesablanmalıdır.

burada Hads- bir süzgəcin yükünün hündürlüyü olub konstruktiv qəbul edilir, m;



Htot - uducu layın ümumi hündürlüyü (m) olub (98) düsturu ilə hesablanır.

burada H1- sorbsiya layının sorbentin adsorbsiya həcminin tads müddətində K dərəcəsinə qədər tükəndiyi hündürlüyü (m) olub (99)düsturu ilə hesablanır.



burada sb - aktivləşdirilmiş kömürün tökülmə çəkisi olub, qr/m3, məlumat kitablarından təyin edilməlidir;



- adsorberdən boşaldılan həcmi tükənmiş aktivləşdirilmiş kömürün minimal dozası, qr/l (düstur (100) ilə hesablanmalıdır).

burada Cen, Cex - udulan maddələrin suda təmizləmədən əvvəl və sonrakı miqdarları, mq/l;



Ksb - həcmin tükənmə əmsalı (0,6-0,8 qəbul edilməlidir);

 - aktivləşdirilmiş kömürün maksimum udma həcmimq/l (təcrübə aparmaqla təyin edlir);

H2 - yükün tads müddətində Cex qatılığa qədər işləməsini təmin edən hündürlüyü olub (m) istismar şəraitinə görə qəbul edilir və (101) düsturu ilə hesablanır.

burada - aktivləşdirilmiş kömürün maksimum dozası, qr/l, olub (102) düsturu ilə hesablanır.



burada - aktivləşdirilmiş kömürün minimum sorbsiya həcmi, mq/l (təcrübə yolu ilə təyin edilməlidir);



H3- sorbentin ehtiyat layı olub hündürlüyü H1 olan sorbent layının artıq yüklənməsi, yaxud regenerasiya edilməsi zamanı süzgəcin işini davam etdirməsini təmin etməyə hesablanır.

14.2.5. Yük hissəciklərinin iriliyi 0,8-5 mm olan dənəvər kömür layında basqı itkisi yükün 1 m hündürlüyünə 0,5 m-dən çox qəbul edilməməlidir.

14.2.6. Yükün aşağıdan yuxarı 40-45 m/st sürətlə qalxan axınla nisbi genişlənməsi 20-25% olduqda aktivləşdirilmiş kömürün adsorberdən nasosla, hidroelevatorla, erliftlə, yaxud şneklə boşaldılması nəzərdə tutulmalıdır.

Basqılı adsorberlərdə kömürün 3 bar təzyiq altında boşaldılmasının nəzərdə tutulmasına yol verilir.



14.2.7. Nəm kömürlə təmasda olan metal konstruksiyalar, boru kəmərləri, armaturalar və tutumlar korroziyadan müdafiə olunmalıdır.

14.3. Aktivləşdirilmiş kömürdən seyrəlmiş laylı yükü olan adsorberlər

14.3.1. Horraya bənzər aktivləşdirilmiş kömür laylı adsorberlərə daxil olan suda asılı maddələrin hidravlik iriliyi 0,3 mm/s-dən, miqdarı 1 qr/l-dən çox olmamalıdır. Adsorberlərdən çıxarılan asılı maddələr və xırda kömür hissəcikləri aparatlardan sonra sudan kənar edilməlidir.

14.3.2.Tökmə çəkisi 0,7 t/m3-dan çox olan adsorbentlərin yaş, yaxud quru halda; 0,7 t/m3-dan az olan adsorbentlərin isə yalnız yaş halda dozalanmasına yol verilir.

14.3.3. Adsorberlərin hündürlüyü boyu hər 0,5-1 m-dən bir, diametri 10-20 mm-ə bərabər deşikləri olan və deşiklərinin ümumi sahəsi aparatın canlı en kəsik sahəsinin 10-15%-ni təşkil edən bölmələrə ayıran barmaqlıqlar qoyulmalıdır. Bölmələrin optimal sayı 3-4 qəbul edilir.

14.3.4. Adsorberdə suyun aşağıdan yuxarı qalxma sürəti aktivləşdirilmiş kömür hissəciklərinin diametri 1-2,5 mm olduqda 30-40 m/st; 0,25-1 mm olduqda 10-20 m/st qəbul edilməlidir.

14.3.5. Suyu təmizləmək üçün aktivləşdirilmiş kömürün dozası təcrübə yolu ilə təyin edilməlidir.

15. Tullantı sularını təmizləmək üçün ionəvəzedici qurğular

15.1. İonəvəzedici qurğular, təmizlənmiş sudan istehsalatda təkrar istifadə etmək və qiymətli komponentləri istehsalata qaytarmaq məqsədilə, tullantı sularını ionlaşmış mineral və üzvi birləşmələrdən dərin təmizləmək və duzsuzlaşdırmaq üçün tətbiq edilməlidir.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin