AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə48/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   45   46   47   48   49   50   51   52   53

15.2. Qurğuya verilən tullantı sularının tərkibində duzun ümumi miqdarı 3000 mq/l-dən, asılı maddələr 8 mq/l-dən, OKT 8 mq/l-dən artıq olmamalıdır.

Tullantı sularının tərkibində asılı maddələrin miqdarı 8 mq/l-dən və OKT 8 mq/l-dən çox olduqda ionəvəzedici qurğulara verilməzdən əvvəl onun ilkin təmizlənməsi nəzərdə tutulmalıdır.



15.3. Hidrogen-kationit süzgəclərində kationitin həcmi Wkatm3, (103) düsturu ilə hesablanmalıdır.

burada qw-emal edilən suyun sərfi, m3/st;



- emal edilən suda kationlarınümumi miqdarı, qr-ekv/m3;

- təmizlənmiş suda kationların yol verilən ümumi miqdarı, qr-ekv/m3;

nreg- hər bir süzgəcin sutka ərzində regenerasiyalarının sayı (konkret şəraitdən asılı olaraq qəbul edilir və ikidən çox olmamalıdır);

- ən az udulan kation hesabına kationitin işçi əvəzetmə həcmi, qr-ekv/m3 olub (104) düsturu ilə hesablanır.

burada ak - regenerasiyanın tam getməməsini nəzərə alan regenerasiya səmərəliliyi əmsalı, (0,8-0,9 qəbul edilməlidir);



- kationitin tam ionəvəzetmə həcmiqr-ekv/m3, (zavod-istehsalçının pasport göstəriciləri, ionitlərin kataloqu, yaxud təcrübələrin nəticələrinə əsasən qəbul edilməlidir);

qk-regenerasiyadan sonra kationitin yuyulmasına xüsusi su sərfi,m3/m3 (1 m3 kationitə 3-4 mqəbul edilməlidir);

Kion- ionitin növündən asılı olan əmsal; kationit üçün 0,5 qəbul edilir;

 - yuma suyunda kationların ümumi miqdarıdır (kationit ionlaşdırılmış su ilə yuyulduqda).

15.4. Kationit süzgəclərinin sahəsi Fk, m2, (105) və (106) düsturları ilə hesablanır:

burada H- süzgəcdə kationit layının hündürlüyü, (ionəvəzedici süzgəclərin kataloquna görə 2 m-dən 3 m-ə qədər qəbul edilməsinə yol verilir);



q- suyun sərfi, m3/st;

vf - süzmə sürətidirm/st (15.5 maddəsinə görə qəbul edilməlidir).

(105) və (106) düsturları ilə hesablanan sahələr bir-birlərindən çox fərqlənəndə regenerasiya saylarını nreg (103) düsturu ilə dəqiqləşdirmək lazımdır.



15.5.Birinci pillə basqılı süzgəclər üçün süzmə sürəti vfm/st, suyun ümumi minerallığından asılı olaraq aşağıda göstərilən qaydada qəbul edilməlidir:

ümumi minerallıq 5 mq.ekv/l-dən az - 20;

“ --------------------“ 5-15 mq.ekv/l həddində - 15;

“ --------------------“ 15-20 mq.ekv/l həddində - 10;

“ --------------------“ 20 mq.ekv/l-dən çox - 8.

15.6. Birinci pillə kationit süzgəclərin sayı qəbul edilməlidir: işləyən-ikidən az olmayaraq, ehtiyat - bir.

15.7. Basqılı kationit süzgəclərində basqı itkisi cədvəl 61-ə əsasən qəbul edilməlidir.

15.8. Kationiti yumşaltmaq üçün suyun verilmə intensivliyi 3-4 l/(s.m2), yumşaltmanın davam etmə müddəti 0,25 st qəbul edilməlidir. Regenerasiyadan əvvəl kationiti yumşaltmaq üçün kationitin yuyulmasının sonunda alınan sudan istifadə edilməlidir.

15.9. Birinci pillə kationit süzgəclərinin regenerasiyasını 7-10%-li turşu (xlorid, sulfat) məhlulu ilə yerinə yetirmək lazımdır. Regenerasiya məhlulu kationit yükündən 2m/st-dan artıq olmayan sürətlə keçirilməlidir. Kationitin sonrakı yuyulması süzgəcdən keçirilən ionlaşdırılmış su ilə yuxarıdan aşağı, 6-8 m/st sürətlə aparılmalıdır. Yuma suyunun xüsusi sərfi 1 m3 yük həcminə 2,5-3 mqəbul edilməlidir.

Cədvəl 61. Kationit süzgəclərində basqı itkisi, bar



Süzmə sürəti, vfm/st

İonit dənələrinin aşağıdakı ölçülərində (mm) süzgəcdə basqı itkisi, bar







0,3 – 0,8

0,5 – 1,2







Yükün hündürlüyü, m







2

2,5

4

2,5

5

10

15



20

25


0,5

0,53


0,58

0,63


0,87

0,55

0,6


0,65

0,7


1,0

0,4

0,5


0,55

0,6


0,7

0,45

0,55


0,6

0,65


0,75

Yuma suyunun həcminin birinci yarısı turşu məhlulu hazırlanan çənə yönəldilməli, ikinci yarısı isə kationiti yumşaltmaq üçün su saxlanan çənə axıdılmalıdır.

15.10. İkinci pillə hidrogen-kationit süzgəcləri 15.3-15.7 maddələrinin göstərişlərinə və qələvi metal kationlarının və ammoniumun qatılığından asılı olaraq hesablanmalıdırlar.

15.11. İkinci pillə kationit süzgəclərinin regenerasiyasını sulfat turşusunun 7-10%-li məhlulu ilə yerinə yetirmək lazımdır. Regenerasiyaya turşunun xüsusi sərfi kationitin 1 mq.ekv işçi əvəzetmə həcminə 2,5 mq.ekv qəbul edilməlidir.

15.12. Anionit süzgəclərində anionitin həcmi (107) düsturu ilə hesablanmalıdır.

burada qw-emal edilən suyun sərfi, m3/st;



- emal edilən suda anionların ümumi miqdarı, mq-ekv/l;

- təmizlənmiş suda anionların yol verilən ümumi miqdarı, mq-ekv/l;

nreg- hər bir süzgəcin sutka ərzində regenerasiyalarının sayı (ikidən çox olmamalıdır);

- anionitin işçi əvəzetmə həcmi olub (108) düsturu ilə hesablanır.

burada aan - regenerasiyanın tam getməməsini nəzərə alan əmsal (zəif əsaslı anionitlər üçün 0,9 qəbul edilməlidir);



-anionitin tam ionəvəzetmə həcmi, mq-ekv/l, (zavod-istehsalçının pasport göstəriciləri, ionitlərin kataloqu, yaxud təcrübələrin nəticələrinə əsasən qəbul edilməlidir);

qan - regenerasiyadan sonra anionitin yuyulmasına xüsusi su sərfi, m3/m3 (1 m3 kationitə

m3-la – 3-4 qəbul edilməlidir);

Kion - ionitin növündən asılı olan əmsal (anionitlər üçün 0,8 qəbul edilməlidir);

 - yuma suyunda anionların ümumi miqdarıdır, mq-ekv/m3.

15.13. Birinci pillə anionit süzgəclərinin sahəsi Fan, m2, (109) düsturu ilə hesablanmalıdır.

burada qw - emal edilən suyun sərfi, m3/st;



nreg - hər bir süzgəcin sutka ərzində regenerasiyalarının sayı (ikidən çox olmamalıdır);

tf - hər bir süzgəcin regenerasiyalar arası işləmə müddəti olub (110) düsturu ilə hesablanır.

burada t1 - anionitin yumşaldılmasının davametmə müddəti (0,25 st qəbul edilməlidir);



t- regenerasiya məhlulunun süzgəcdən keçirilməsinin davametmə müddəti olub onun

miqdarından və keçirilmə sürətindən (1,5-2 m/st) asılı olaraq təyin edilməlidir;



t3regenerasiyadan sonra anionitin yuyulma müddəti olub yuma suyunun miqdarından və keçirilmə sürətindən (5-6 m/st) asılı olaraq təyin edilir;

vf - emal edilən suyun süzülmə sürətidir və 8-20 m/st həddində qəbul edilməlidir.

15.14. Birinci pillə anionit süzgəclərinin regenerasiyası natrium hidroksid, susuzlaşdırılmış soda,yaxud ammonyakın 4-6%-li məhlulu ilə yerinə yetirilməlidir; regenerasiyaya sərf olunan reagentin miqdarı 1 mq.ekv sorbsiya edilmiş anionlara (anionitin 1 mq.ekv işçi əvəzetmə həcminə) 2,5-3 mq.ekv qəbul edilməlidir.

İki pilləli anionlaşdırma qurğularında birinci pillə anionit süzgəclərinin regenerasiyası üçün ikinci pillə anionit süzgəclərinin regenerasiyasından çıxmış natrium hidroksid məhlulundan istifadə olunmalıdır.



15.15. İkinci pillə anionit süzgəcləri güclü əsaslı anionitlə yüklənməli,yükün hündürlüyü 1,5-2 m həddində olmalıdır. İkinci pillə anionit süzgəcləri 15.12-15.13 maddələrinin göstərişləri əsasında hesablanmalıdır.

Emal edilən suyun süzülmə sürəti 12-20 m/st həddində qəbul edilməlidir.



15.16. İkinci pillə anionit süzgəclərinin regenerasiyası natrium hidroksidin 6-8%-li məhlulu ilə yerinə yetirilməlidir. Regenerasiya məhlulunun süzgəcdən keçirilmə sürəti 1-1,5 m/st, reagentin xüsusi sərfi 1 q.ekv sorbsiya edilmiş ionlara (anionitin 1 q.ekv işçi əvəzetmə həcminə) 7-8 q.ekv həddində olmalıdır.

15.17. Suyu dərin təmizləmək və pH-nı tənzimləmək üçün onu bir, yaxud iki pilləli ionlaşdırılmadan sonra qarışıq təsirli süzgəclərdən (QTS) keçirmək lazımdır.

15.18. QTS 15.3-15.7, 15.12 və 15.13 maddələrinin göstərişləri əsasında hesablanmalıdır. Süzmə sürətinin 50 m/st-a qədər qəbul edilməsinə yol verilir.

15.19. Kationitin regenerasiyası sulfat turşusunun 7-10%-li, anionitin regenerasiyası isə natrium hidroksidin 6-8%-li məhlulu ilə yerinə yetirilməlidir. Regenerasiya məhlullarının süzgəcdən keçirilmə sürəti 1-1,5 m/st olmalıdır. Süzgəclərdəki ionitlər duzsuzlaşdırılmış su ilə yuyulmalıdır. Yuma prosesində ionitlər sıxılmış hava ilə qarışdırılmalıdır.

15.20. Tullantı sularının ionəvəzedici təmizləmə və duzsuzlaşdırılma qovşaqlarının aparatları, boru kəmərləri və armaturları korroziyaya davamlı materialdan hazırlanmalıdır.

15.21. İonitlərin regenerasiyası elyuatların fraksiyalı seçimi ilə aparılmalıdır. Elyuatlar 2-3 fraksiyaya bölünməlidir.

Elyuatın çıxarılmış komponentlərə görə ən qatı fraksiyaları zərərsizləşdirilməyə, emala, istifadəyə, ən az qatılığa malik fraksiyaları isə növbəti regenerasiyalarda təkrar istifadəyə yönəldilməlidir.



16. Tullantı sularının elektrokimyəvi təmizlənməsi üçün qurğular

16.1. Sian tərkibli tullantı sularını emal etmək üçün elektroliz qurğuları

16.1.1. Tullantı sularını elektrokimyəvi təmizləmək üçün aparatlar elektrolitik həll olunmayan (elektroliz qurğuları) və elektrolitik həll olunan anodlu (elektrokoaqulyasiya qurğuları) olmaqla iki qrupa ayrılırlar.

16.1.2. Sian tərkibli tullantı sularını emal etmək üçün elektrolitik həll olunmayan anodlara (qrafit, metal oksid örtüyü olan titan və s.) və polad katodlara malik elektroliz qurğularından istifadə edilməlidir.

16.1.3. Elektroliz qurğuları sərfi 10 m3/st-a qədər və tərkibində sianidlərin miqdarı 100 mq/l-dən az olmayan tullantı sularının təmizlənməsi üçün tətbiq edilməlidir.

16.1.4. Elektroliz qurğusunun gövdəsi daxildən xlorun və onun oksigenli birləşmələrinin təsirinə davamlı materiallarla qorunmalı, qaz halında ayrılmış hidrogeni kənarlaşdırmaq üçün ventilyasiya sistemi ilə təchiz edilməlidir.

16.1.5. Elektroliz qurğuları fasiləli və fasiləsiz işlədikdə işçi cərəyanın qiyməti IcurA, (111) düsturları ilə hesablanmalıdır.

burada Ccn- emal edilən tullantı suyunda sianidlərin miqdarı, qr/m3;



Wel - elektroliz qurğusundakı tullantı sularının həcmi, m3;

- cərəyana görə çıxış (0,6-0,8 qəbul edilməlidir);

tel - tullantı suyunun elektroliz qurğusunda qalma müddəti, st;

2,06 - xüsusi elektrik sərfi əmsalı, A.st/qr;



qw - tullantı suyunun sərfidirm3/st.

16.1.6. Anodların ümumi səthi (112) düsturu ilə hesablanmalıdır.

burada ian- cərəyanın anodda sıxlığıdır (100-150 A/m2 qəbul edilməlidir).

Anodların ümumi sayı (113) düsturu ilə hesablanmalıdır.

burada - bir anodun səthidir, m2.



16.2. Alüminium elektrodlu elektrokoaqulyatorlar

16.2.1. Alüminiumdan lövhəli elektrodları olan elektrokoaqulyatorlar metalın kəsilmə və təzyiq altında emalı prosesində yaranan və tərkibində 10 qr/l-dən az yağ olan tullantı sularını (işlənmiş yağlama-soyutma mayelərini) təmizləmək üçün tətbiq edilməlidir.

Tərkibində daha çox yağ olan tullantı suları elektrokoaqulyatorlara verilməzdən əvvəl turşuluq xassəsinə malik tullantı suları ilə qarışdırılmalıdır. Təmizlənmiş tullantı sularında yağın qalıq miqdarı 25 mq/l-dən çox olmamalıdır.



16.2.2. Elektrokoaqulyatorlar layihələndirilən zaman təyin edilməlidir:

elektrodların sahəsi (114) düsturu ilə



burada qw- aparatın məhsuldarlığı, m3/st;



qcur- xüsusi elektrik sərfi, A.st/m3 (qiyməti cədvəl 62-ə əsasən qəbul edilməsinə yol verilir);

ian - elektrodda cərəyan sıxlığıdır, A/m2 (ian= 80-120 A/m2 qəbul edilməlidir);

cərəyan yükü (115) düsturu ilə



elektrod blokunun bir tərəfinin uzunluğu (116) düsturu ilə



burada - elektrod lövhələrinin qalınlığı, mm (= 4-8 mm qəbul edilməlidir);



b- elektrodlar arasındakı məsafədir, mm (b = 12-15 mm qəbul edilməlidir).

Tullantı suyunun təmizlənməsi üçün alüminiumun xüsusi sərfi qAlqr/m3, cədvəl 62-ə əsasən qəbul edilməlidir.

Cədvəl 62.

Texnoloji parametr

Yağın miqdarı, qr/m3







2000

2500

3000

3500

4000

4500

5000

5500

6000

8000

10000

qcur, A.st/m3

qAl, qr/m3

qH, l/m3

180

60

85



225

75

95



270

92

113



315

106


132

360

121


151

405

136


170

430

151


184

495

166


208

540

182


227

720

242


303

860

302


368

16.2.3. Tullantı suları elektrokimyəvi emaldan sonra ən azı 60 dəqiqə durulmaya saxlanılmalıdır.

16.2.4. Tullantı sularının pH-nı 4,5-5,5-ə çatdırana qədər ilkin turşuluğunu artırmaq üçün onlaraxlorid (məsləhət görülən), yaxud sulfat turşusu daxil edilməlidir.

16.2.5. Lövhəli elektrodlar blok şəklində yığılmalıdır. Elektrokoaqulyator supaylaşdırıcı, köpük şəkilli məhsulu kənarlaşdırmaq, təmizlənmiş suyu və şlamı axıtmaq üçün qurğularla və su səviyyəsinə nəzarət etmək üçün cihazla, cərəyan istiqamətini dəyişmək üçün qurğu ilə təchiz edilməlidirlər.

Q e y d. Elektrokoaqulyator cərəyanın istiqamətini dəyişən qurğu ilə o vaxt təchiz olunur ki, belə qurğu sabit cərəyan mənbəyində olmasın.

16.2.6. Elektrod materialı kimi alüminiumdan, yaxud onun mislə istisna olmaqla digər ərintilərindən istifadə edilməlidir.

16.2.7. Sorma ventilyasiya sisteminin məhsuldarlığının hesablanması ayrılmış hidrogenin miqdarına əsasən aparılmalıdır. Ventilyatorun məhsuldarlığı (117) düsturu ilə hesablanmalıdır.

burada q- ayrılmış hidrogenin xüsusi həcmidir, l/m(cədvəl 62-ə əsasən təyin edilməsinə yol verilir).



16.3. Polad elektrodlu elektrokoaqulyatorlar

16.3.1. Polad elektrodlu elektrokoaqulyatorlar sənaye müəssisələrinin tullantı sularını altı valentli xromdan və digər metallardan təmizləmək üçün tətbiq edilməlidirlər. Bunun üçün tullantı suyunun sərfi 50 m3/sut-ya, tərkibində altı valentli xrom 100 mq/l-ə, əlvan metalların (sink, mis, nikel, kadmium, üç valentli xrom) ionlarının ümumi miqdarı 100 mq/l-ə, hər bir metal ionlarının miqdarı 30 mq/l-ə qədər, tullantı suyunun duz tərkibi 300 mq/l, asılı maddələrin miqdarı 50 mq/l-ə qədər olmalıdır.

16.3.2.Tullantı sularının pH-ı aşağıdakı qədər olmalıdır, əgər onların tərkibində eyni zamanda:

altı valentli xrom, mis və sink ionları varsa:

xromun qatılığı 50-100 mq/l olduqda - 4-6;

“----------------“ 20-50 mq/l“---------“ - 5-6;

“----------------“<20 mq/l“---------“ - 6-7;

altı valentli xrom, nikel və kadmium varsa:

“xromun qatılığı“>50 mq/l“---------“ - 5-6;

“----------------“<50 mq/l“---------“6-7;

mis, sink və kladmium ionları (altı valentli xrom olmadıqda) varsa - 4,5;

nikel ionları (altı valentli xrom olmadıqda) varsa ->7 olmalıdır.



16.3.3. Elektrokoaqulyatorun gövdəsi daxildən turşuya davamlı materialla örtülməli və ventilyasiya sistemi ilə təchiz edilməlidir.

16.3.4. Elektrokoaqulyatorlar layihələndirildikdə qəbul edilməlidir:

anodda cərəyan sıxlığı - 150-250 A/m2;

tullantı suyunun elektrokoaqulyatorda qalma müddəti - 3 dəq-ə qədər;

qonşu elektrodlar arasındakı məsafə - 5-10 mm;

elektrodlar arasında suyun hərəkət sürəti - ≥ 0,03 m/s;

tullantı sularından 1 qrCr6+, Zn2+, Ni2+, Cd2+, Cu2+ ionu çıxarmaq üçün onlardan yalnız biri olduqda xüsusi enerji sərfi - müvafiq olaraq 3,1; 2-2,5; 4,5-5; 6-6,5 və 3-3,5 A.st;

tullantı sularından 1 qr altı valentli xromu çıxarmaq üçün lövhə şəkilli dəmirin xüsusi sərfi - 2-2,5 qr;

qrsink, mis, nikel, kadmiumu çıxarmaq üçün lövhə şəkilli dəmirin xüsusi sərfi - müvafiq olaraq 5,5-6; 2,5-3; 3-3,5 və 4-4,5 qr.



16.3.5.Tullantı sularında yalnız bir komponent olduqda cərəyanın qiyməti (118) düsturu ilə hesablanmalıdır.

burada qw-aparatın məhsuldarlığı, m3/st;



Cen - tullantı sularından kənar ediləcək komponentin ilkin miqdarı, qr/m3;

qcur- tullantı sularından 1 qr metal ionunun çıxarılmasına elektrik enerjisinin xüsusi sərfidir, A.st/qr.

Tullantı sularında bir neçə komponent olduqda və ağır metal ionlarının miqdarının cəmi altı valentli xromun miqdarının 50%-dən az olduqda cərəyanın qiyməti (118) düsturu ilə hesablanmalıdır. Belə hallarda düstura Cen və qcur – nin qiymətləri altı valentli xrom üçün daxil edilməlidir. Ağır metal ionlarının miqdarının cəmi altı valentli xromun miqdarının 50%-dən çox olduqda cərəyanın (118) düsturu ilə hesablanmış qiyməti 1,2 dəfə artırılmalı, Cen və qcur qiymətləri onların hasilinin ən böyük olduğu komponent üçün qəbul edilməlidir.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin