Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə15/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   11   12   13   14   15   16   17   18   ...   97
Oxu təliminin metodikası 18.03.23

Oxunun növləri (modelləri). İbtidai siniflərdə məqsəddən asılı olaraq oxunun müxtəlif növlərindən istifadə edilir. Məsələn: səsli oxu; səssiz oxu; səhnələşdirimiş oxu; seçmə oxu; xorla oxu; dərinləşdirilmiş oxu; seçmə oxu; ordan-burdan oxu; suallar əsasında oxu; sürətli oxu; nəzərdən keçirməklə oxu; dərinləşdirilmiş oxu; qeydlər aparmaqla oxu; işarələyərək oxu və s.
Səsli oxu. Səsli oxu oxunun düzgün­lüyü ilə əlaqədar mühüm əhəmiyyət kəsb edir. Səsli oxu düzgün oxu və düzgün tələffüz vərdişlərinin aşılanması üçün məqsədəuyğundur. Şagirdlərin oxunan mətndəki sözlərin necə tələffüz edildiyini və hansı mənada işləndiyini anlamaları üçün səsli oxudan istifadə zəruridir. Səsli oxu şagirdlərin oxu səviyyəsini müəyyənləşdirməklə bərabər, dinləyənlərin zehni fəaliyyətlərinin inkişafına da kömək edir. Şagirdlərin düzgün danışmaq bacarıqlarını artırır. Səsli oxu şagirdlərin mövzuya marağını artırır, onları oxumağa həvəsləndirir. Səsli oxu dərslərində ənənəvi və müxtəlif fəal/interaktiv təlim üsullarından istifadə edilir.
I üsul: müəllim aydın və anlaşıqlı formada, hamının eşidə­cəyi səslə mətni oxuduqdan sonra şagirdlərin onun məzmununu qavrayıb-qavramadıqlarını öyrənmək üçün suallar verir və sinfi izləyir.
II üsul: müəllim şagirdləri qruplara ayırır, hər qrupdan bir şagirdin mətnin müəyyən hissəsini səsli oxumasını təşkil edir.
III üsul: sinifdə bütün şagirdlər növbə ilə mətni səsli oxuyur və suallara cavab verirlər.
Səsli oxumanın ən vacib şərti sözlərin düzgün tələffüzü, oxumağa həvəs oyatmaq və ya şagirdin kiminləsə danışırmış kimi oxumasıdır. Səsli oxuda sürətlə oxumaqdan çox, lazım olan yerlərdə fasilə etmək vacibdir. İntonasiya, mətndə ifadə olunan hiss və həyəcan müəyyən edilməlidir. Oxunan mətn diq­qətlə dinlənilməli, oxu prosesində tələskənliyə yol verilməməli, düzəliş və qeydlər oxu bitəndən sonra olmalıdır. Ehtiyac olarsa, mətni təkrar oxumaq olar.
“Fərdi oxuda (burada səsli oxu) personajların hər birinin hissinin, düşüncə və niyyətinin çatdırılması (intonasiya ilə ifadə edilməsi), həmçinin nitqinin səciyyəvi cəhətlərinə işarə edilməsi zəruridir. Bu, əslində əsərin daxili mənasının dinləyiciyə çatdırılması, ifaçının vəzifəsinin reallaşdırılması deməkdir” [21, s.129 ].

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin