Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə69/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   65   66   67   68   69   70   71   72   ...   97
Oxu təliminin metodikası 18.03.23

Məzmun standartı

Tarixi şəxsiyyət haqqında bioqrafik mətni oxuyaraq, nə? harada? nə vaxt? necə? və kim? suallarına cavab axtarır.

2.2.1

Mətnin abzaslarına başlıq verir və sual qoyur.

2.2.3



İnteqrasiya- A-d.: 1.2.1; H-b.: 1.3.2.
İş forması: böyük qruplarla iş
İş üsulu: əqli hücum, müzakirə, suallar, ziqzaq
Resurslar: şəkil, iş vərəqləri, qələm, karandaş, pozan.
Dərsin gedişi
Motivasiya. Problemin qoyulması. Müəllim beyin həmləsi üsulundan istifadə edir:
-Sərkərdə kimdir? Hansı sərkərdə­ləri tanıyırsınız?(Keçilən mövzulardan şagirdlərin Əmir Teymur və Şah İsmayıl haqqında məlumatları var).
-Dünyanın ən məşhur sərkədələrindən biri də Makedoniyalı İsgəndər olub. Bu gün biz onunla bağlı bir mətn oxuyacağıq.
Oxu.(“Ziqzaq”, “sual müsabiqəsi”). Mətn bitkin hissələrə bölünərək, əvvəlcə, “Ziqzaq” üsulu ilə oxunur.
I hissə: Balaca İsgəndərin tərbiyəsi (1-ci və 2-ci abzas)
II hissə: Təkəbbürlü şahzadə (3-cü abzas)
III hissə: İsgəndərin Bukefalı ram etməsi
IV hissə: İsgəndər və Dara
Sonda qrupların nümayəndələri mətni öz sözləri ilə sinfə danışırlar və bu dəfə “sual müsabiqəsi” metodu tətbiq olunur, tapşırıqlar yerinə yetirilir.
Bundan sonra şagirdlərin diqqətini İsgəndərin nitqində söz oyununa yönəltmək lazımdır:
Parmenion dedi:
-Mən İsgəndər olsaydım, razılaşardım.
İsgəndər dedi:
-Mən də razılaşardım, əgər İsgəndər olmasaydım.
və ya:
-Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm.
Şagirdlərdən sonuncu ifadənin mənasını soruşmaq lazımdır.
Qiymətləndirmə. Qiymətləndirmə zamanı təkəbbürlü, şöh­rətpərəst, məyus olmaq, fəth etmək, hörmətlə yanaşmaq, ələ ke­çir­mək və s. söz və ifadələrin mənalarının açılması, habelə bir çox sözlərin ədəbi tələffüzünün gözlənilməsi nəzərə alınır (mətn­də belə sözlərin sayı 40-a yaxındır).



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin