Motivasiya. Problemin qoyuluşu.Atalar sözü var: Dostunu tanımaq üçün yola çıxmaq lazımdır. Dost dar gündə tanınar. Dost dosta tən gərək , tən olmasa, gen gərək.
-Bu atalar sözlərini necə başa düşürsünüz?(Fərziyyələr dinlənilir).
Tədqiqat sualı: Dost necə olmalıdır?
Tədqiqatın aparılması: Dərsliklə iş: Mətn dörd hissəyə bölünür. Hər qrup bir hissəni oxuyub təhlil edir. Həmin hissəyə şəkil də çəkirlər.
Qruplar mətnin ardıcıllığına uyğun tədqiqat aparırlar. Mətnin sonundakı suallar cavablandırılır.
Məlumat mübadiləsi və müzakirəsi: Mətnin hər bir hisəsini oxuyan şagirdlər, onlara düşən hissənin məzmunu haqqında məlumat verirlər. Məlumatlar müzakirə olunur.
Nəticənin çıxarılması: Dost etibarlı, sadiq olmalı, həm yaxşı, həm də dar gündə dəstək olmalıdır. Əgər bu xüsusiyyətlər yoxdursa, beləsi ilə dost olmaq olmaz.