Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Elmi mətn oxunarkən aşağıdakı ardıcıllıq gözlənilir



Yüklə 0,51 Mb.
səhifə68/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   64   65   66   67   68   69   70   71   ...   97
Oxu təliminin metodikası 18.03.23

Elmi mətn oxunarkən aşağıdakı ardıcıllıq gözlənilir:
1. Başlığı və birinci abzası oxuyun və qərar verin. Bu mətni oxumaq üçün kifayət qədər məlumatınız varmı? Əgər əlavə hazırlığa ehtiyac varsa, digər mənbələrə müraciət edin.
2. Əsas fikirlərə nəzər salın, başlıq və yarımbaşlıqları təhlil edin. Əsas fikirləri qeyd edin, mətndəki şəkil, sxem və diaqramları nəzərdən keçirin.
3. Terminləri müəyyənləşdirin. Mətndə tanış olmayan sözlərə rast gəlirsinizsə, lüğətə baxın.
4. Dərketmənizi yoxlayın. Mətnin oxusunu dayandırıb özünüzə sual verin: “Mən bundan nə anladım?” Mətndən əldə etdiyiniz yeni informasiyanı əvvəlki biliklərinizlə əlaqələndirin.
5. Mətnin ideyasını anlamadınızsa, onu yenidən oxuyun. Mürəkkəb cümlələri (fikirləri) öz sözlərinizlə ifadə edin.
6. Mətni axıra kimi oxuyun. Oxuduqca fikirlər sizin üçün daha aydın ola bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız hissələri bir də oxuyun.
7. Oxu zamanı özünüz üçün qeydlər edin. Məsələn, əsas fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın. Bütün bunlar fikrinizi oxuduğunuz material ətrafında cəmləməyə kömək edəcək.
Elmi-kütləvi mətnlərin bir qisminin məzmununun başa düşülməsi üçün əyani və praktik hazırlıq tələb edilir. Mətnin oxunmasına bir-iki gün qalmış şagirdləri müvafiq obyektlərə ekskursiyaya aparmaq, haqqında söhbət gedəcək əşyaları əldə etmək tələb olunur. III-IV siniflərdə fənlərarası əlaqədən istifadə etmək fəal nəticə verir. Cəmiyyət hadisələri və tarixi məlumatlarla bağlı mətnlər (III-IV siniflərdə) əyani vəsait, fərdi müsa­hibələr, gəzinti, kinofilmə, sərgiyə baxış, Böyük Vətən Mühari­bəsi veteranları, Milli Qəhrəmanlarla görüşlərin təşkilini tələb edir.
Mövzu: Makedoniyalı İsgəndər[19, s. 124-125].



Təlim nəticələri


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin