Məlumatlandırıcı mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışı prosesinə cəlb edir. Oxucu müəllifin ardınca bütün yolu qət edib gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin kompozisiyası elmi tədqiqat mərhələlərinin ardıcıllığını əks etdirir:
giriş hissəsi-(poblemin (tədqiqat sualının) dərk edilməsi və məqsədin müəyyənləşdirilməsi);
əsas hissə-(problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi və fərziyyələrin irəli sürülməsi);
nəticə-(cavabın alınması və onun yoxlanması).
Məlumatlandırıcı mətn oxuyarkən aşağıdakı ardıcıllığa əməl edilir:
Başlıq və birinci abzası oxuyun və qərar verin. Bu mətni oxumaq üçün sizin kifayət qədər məlumatınız varmı? Əgər sizə əlavə hazırlıq lazımdırsa, başqa mənbəyə müraciət edin.
Oxu zamanı qeydlər aparın. Vacib fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın. Bütün bunlar fikrinizi material ətrafında cəmləməyə kömək edəcək.
Oxu zamanı məlumatverici mətnlərin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Məlumatverici mətnlərin dərk olunması üçün müxtəlif təlim üsullarından, o cümlədən fəal təlim üsullarından istifadə səmərəlidir.