Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə34/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   30   31   32   33   34   35   36   37   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Yaddaş xəritəsi (ingl. Mind map) ingilis psixoloqu Toni Buzan tərəfindən işlənmiş koqnitiv yazma texni­ka­sıdır. Yaddaş xəritəsi ilk baxışdan vizuallaşdırma texnikası kimi nəzərə çarpır, yəni faktları “görünən” edir. Bu üsulun imkanları çox genişdir və yuxarıda qeyd edildiyi kimi, beynin hər iki yarımkürələrinin aktiv iştirakı ilə aparılan ideyaların effektiv və universal qeyd edilməsi texnikasıdır. Bunun üçün assosiasiyalardan geniş istifadə edilir. Yaddaş xəritəsi müəyyən qaydaya əsasən tərtib edilərək oxunur. Adi qeyddən fərqli olaraq “Yaddaş xəritəsi” bir çox üstünlüklərə malikdir, çox çevik olub, istənilən vaxt əla­və­lərə imkan verir və ideyalar strukturunu əyani təsvir etməyə şərait yaradır. Digər tərəfdən o kreativliyi həyəcanlandırır. Bu zaman beyin kağızda qeyd olunmuş şəkilləri tamam­lamağa çalışır.
Formal olaraq yaddaş xəritəsi ağac diaqramı şəklində tərtib edilir. Əlavə məlumatlar məzmun və prosesləri izah edir. Asılılıqlar qarşılıqlı bağlantılar şəklində aparılır. Əgər terminlər bir-biri ilə kompleks şəkildə birləşdirilə bilirsə, onda belə xəritəyə kompleks yaddaş xəritəsi deyilir. Yaddaş xəritəsini həmçinin ümumi mövzunu difrerensiallamaq üçün də tətbiq edirlər. Belə xəritələr sistematik yaddaş xəritələri adlanır. Alt mövzular əsas mövzunun ətrafında paylanır.
Prinsipial olaraq yaddaş xəritəsinin tərtibi aşağıdakı kimi aparılır: Boş kağızın ortasında əsas mövzu qeyd edilir. Burada söhbət əsas mövzudan getdiyindən onu böyük və qalın hərflə yazırlar. Çox vaxt mövzunu ona uyğun gələn şəkillə tamamlayırlar. Kağızda eninə formatdan istifadə etmək məsləhət görülür ki, ağacın qolları üçün kifayət qədər boş yer qalsın.
Bu mərhələdə əsas mövzuya aid olan açar sözlər toplanır. Onlar əsas mövzu ətrafında paylanaraq qollar va­sitəsilə onunla birləşdirilir. Ardıcıllıq burada rol oynamır. Müxtəlif rəngli qələmlərdən istifadə etmək məsləhət görülür.
Mövzu ətrafındakı açar sözlər digər yeni qollar üçün başlanğıc rolu oynaya bilir. İdeyalar ağacının struktur təşkilinə heç bir məhdudiyyət qoyulmur. Tətbiq olunan az sayda qaydalar istifadəçiyə kifayət qədər sərbəstlik verir.
Bütün yaddaş xəritələri prinsipial olaraq oxşardır. Onlar mərkəzdən xaricə inkişaf edən təbii struktura malikdir. Burada xətlər, simvollar, sözlər, rənglər və şəkillər tətbiq olunaraq “beyinə uyğun” konsept əldə edilir. Yaddaş xəritəsinin köməyi ilə monoton informasiyalardan rəngli, yüksək dərəcəli diaqramlar işlənilir. Bu diaqramlar beyinin funksionallığına uyğun gəldiyindən onlar daha yaxşı yadda saxlanılır. Yaddaş xəritəsini bir növ şəhər planı ilə müqayisə etmək olar. Şəhərin mərkəzi əsas mövzunu (ideyans), mərkəzdən kənara doğru irəliləyən əsas küçələr isə düşünmə prosesinin axınını təsvir edir. İkinci dərəcəli küçələr bu halda alt ideyalara uyğun gəlir. Xüsusi şəkillər və ya qrafiki elementlər, fərqlənən maraqlı və ya vacib ideyalar üçün tətbiq oluna bilir.
Mükəmməl işlənmiş yaddaş xəritəsi müəllifin düşünmə qabiliyyətinin güzgüsüdür. Burada güclü qrafiki prosesin köməyi ilə ideyalar strukturunu asan başa düşməyə imkan yaranır. Yaddaş xəritəsi beyin və onun potensialını üzə çıxarmaq üçün universal açar rolunu oynayır.
Yaddaş xəritəsi tələbələr tərəfindən geniş istifadə edilir. Onu əsasən imtahana və çıxışlara hazırlıq zamanı, həmçinin plakatların işlənməsində geniş tətbiq edirlər. Yaddaş xəritəsi öyrənmə prosesində oxunan mövzuların qrafik təsviri və onun sistematik təkrarlanması sayəsində mənimsənilmiş biliyin beyində möhkəm həkk olunmasına imkan verir.
Beyində bu yolla cəmlənmiş biliklərin semantik strukturunun əyani təsviri uzun zaman kəsiyində onun yadda saxlanması və istənilən anda onun yada salınaraq istifadə edilməsini tələb edir. Yaddaş xəritəsinin işlənməsində hər qolun ən çoxu yeddi budağa şaxələnməsinə icazə verilir. Xəritənin tərtibi zamanı məlumatlar fotoqrafik olaraq yaddaşa verilir və imtahan zamanı istifadə edilir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin