Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə32/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   28   29   30   31   32   33   34   35   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Kreativ yazma texnikası. Kreativ yazma zamanı tətbiq olunan metodların köməyi ilə yazma blokadasını aradan qaldırmağa, motivasiyanı və yazma təcrübəsini artırmağa şərait yaradılır. Bunları əldə etmək üçün yazma prosesində beynin hər iki hissəsinin fəaliyyətini aktivləşdirən əməliy­yatlardan (terminoloji və şəkli informasiyaların emalı) isti­fadə etmək lazımdır.
Son illər ərzində kreativ yazmaq üçün müxtəlif me­tod­lar işlənərək tətbiq olunmuşdur. Bu metodlar humanitar sahələr (jurnalistikada geniş yayılmışdır) üçün işlənsə də, onlardan elmi mövzuların işlənməsində hər kəs istifadə edə bilər. Növbəti bölmədə bu metodlar haqqında qısa məlumat verilir.
İdeyaların qeyd olunması. İdeyaların toplanması və qeyd olunması (və ya ingl. Brainwriting) adlanan kreativ yazma texnikası adətən qrup şəklində işləyəndə geniş tətbiq olunur. İdeyaların qeyd olunması metodunda hər bir iş­tirakçı ideyalarını rahat toplaya və yaza bilir. Bu metodun tətbiqi zamanı ideyaların ərsəyə gəlməsinə mane olan bütün faktorlar minimallaşdırılır və digər tərəfdən bütün kom­binasiyalarının yaradılmasına kömək edə biləcək amillər təmin olunur. İştirakçılar heç nədən çəkinmədən ideyalarını irəli sürərək digərləri ilə kombinasiya etməlidirlər. İdeal halda iştirakçılar bir-birlərinin ideyalarından inspirasiya alaraq qarşılıqlı ideyaların birgə istehsalına müsbət təsir göstərirlər.
Donald M.Murrey öz işində ideyaların qeyd olunmasını yazma konseptinin işlənməsində görüləcək ilkin mərhələ adlandırır. Bu metodun icrası üçün müəllif onun mövzu ilə bağlı ağlına gələn bütün ideyaları ardıcıl qeyd edir. Siyahının tərtibi təxminən 5-10 dəqiqə arasında aparılır. Əgər ilk addımdan siyahının tərtibi alınmırsa, onda buna yenidən cəhd etmək lazımdır. Burada aşağıdakı suallara cavab axtarılır:
Ağlınıza gözlənilməz gələn nədir?
Siyahıdakı ayrı-ayrı fikirlər arasında hansı əlaqələr mövcuddur?
İşlənilmiş siyahını bu suallarla bir neçə dəfə nəzərdən keçirdikdə yeni ideyaların yaranma ehtimalı artır. Sonra bu material əsasında, verilmiş mövzu ətrafında mətn tərtib etmək olar.
İdeyaların qeyd edilməsini iki mərhələyə bölürlər: Birinci mərhələdə ideyalar işlənir və assosiasiyalar yara­dılır. Burada başqalarının ideyalarını dəyərləndirməyə icazə verilmir. Çünki bu, iştirakçılara mənəvi cəhətdən pis təsir göstərə bilər. İkinci mərhələdə nəticələrin ətraflı tənqidi analizi aparılaraq ən yaxşı ideya seçilir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin