Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə29/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   25   26   27   28   29   30   31   32   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Qeydlər və göstəricilər. Qeydlər, verilmiş sözləri və ya yeni terminləri izah etmək məqsədilə işlədilir. Bu izahatı müəllifin özü tərtib edir. Qeydlər bütün elmi işlər üçün xa­rakterik olub, mətndəki arqumentasiya axıcılığını pozma­maq üçün sətiraltında, yaxud da işin sonunda verilərək nömrələnir. Qaydaya görə qeydlər aidiyyatı olduğu mətnin, şəklin və ya cədvəlin altında göstərilir. Bu zaman 1,5 inter­valında məsa­fədə yeni abzas yaradaraq orada “Qeyd” sözü yazılır. İzahat ondan sağ tərəfdə yerləşdirilir və tire ilə ayrılır. Mətndə cəmi bir qeyd olanda nömrələnmə apa­rılmır. Çoxlu sayda qeydlər olduqda isə onlar ardıcıl nömrələnir. Burada qeyd sözü yalnız bir dəfə yazılır. Məsələn: “Azər­baycanda 2015-ci ildə pul axınını öyrəndikdə iqtisadçılar bu period üçün bazar iqtisadiyyatının prioritet sahələrini təyin ediblər”. Qeyd: 1. Verilən qrafik Azərbaycanın sənaye şəhərlərindəki maliyyə axınını göstərir. 2. Qrafik 1 yanvar 2015 il ilə 1 iyun 2015-ci ildəki zaman kəsiyini əhatə edir”.
Qeydləri mətndə haşiyə kimi də göstərmək müm­kündür. Belə qeydlərə sətiraltı qeydlər deyilir. İzah edilən söz, rəqəm, mətndən sonra haşiyə üçün işarə qoyulur. İşa­rələr ərəb rəqəmləri ilə sətrin üstündə yerləşdirilir. Sətiral­tı qeydləri göstərmək üçün həmin səhifənin aşağı hissəsinin sol tərəfində uzunluğu 4-5 sm olan xətt çəkilir. Xətt ilə mətnin sonuncu cümləsi arasındakı məsafə 4-5 sətrə bə­rabər olmalıdır. Bu xəttin altında qeydlər yazılır və hər növ­bəti qeyd yeni sətirdən başlanır. Sətiraltı qeydlər mətndəki şriftin ölçüsündən kiçik olur və hər qeydin sonunda nöqtə qoyulur.
Əlyazmanın müxtəlif hissələrində yerləşən, amma bir-biri ilə məzmunca bağlı olan mətnləri əlaqələndirmək üçün göstəricilərdən istifadə edilir. Burada uyğun səhifənin nömrəsini vermək lazımdır ki, oxucunun axtarışa çox vaxtı getməsin. Onu da qeyd etmək vacibdir ki, əlyazmada belə göstəricilərdən imkan daxilində az istifadə etmək məs­ləhətdir. Ümumiyyətlə, göstəricilərdən yalnız istisna hallar­da istifadə etmək məqsədəuyğundur. Çünki, mətnin oxun­mamış hissələri arasında ora-bura keçmək oxucunun fikrini dağıda bilir.
Qeydlərin daxil edilməsi zamanı diqqət yetirilməli məqamlardan biri də əlyazmanın bu qeydlərsiz də oxunula bilməsi və anlaşıqlı olmasıdır. Buna riayət etmədikdə ve­rilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin