Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə27/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   23   24   25   26   27   28   29   30   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Sitat gətirməyə qoyulan tələblər. Sitatların işdə gös­tə­rilməsi zamanı aşağıdakı qaydalara əməl olunması tələb olunur.
Sitatın mətni dırnaq arasına alınır və ilkin mənbədə verildiyi kimi qeyd edilir.
Sitat, müəllifin fikrini təhrif etmədən verilməlidir. Bəzi hallarda verilən sitatın həcmini kiçiltmək məqsədilə sözlərin buraxılmasına yol verilir. Bu halda arada çoxlu nöqtələr qoyulur.
Dolayısı yolla gətirilən sitatlar (başqa müəlliflərin fikirlərini öz sözləri ilə izah etmədə) böyük mətnə qənaət etməyə imkan verir. Belə olan halda da müəllif fikrinin təhrif edilməsi yolverilməzdir. Sitatın sonunda “Bax.” Qey­di ilə oxucu mənbəyə yönəldilir.
Həddindən artıq sitatlardan istifadə etmək arzu olun­mur, çünki bu, işin elmi səviyyəsini aşağı salır.
Sitatların istinad mənbələri sonda verilir. Tədqiqat işində sitatların göstərilməsi zamanı mütləq vahid formaya əməl olunmalıdır. Xarici dildə olan sitatlardan yalnız o za­man istifadə əlverişlidir ki, onun nisbətən dəqiq, başqa inter­pretasiyalara yol verməyən tərcüməsi mövcud olsun.
Mətndə aşağıdakı sözlərdən istifadə etməklə oxucu­nun diqqətini sitata yönəltmək olar: “məlum olduğu ki­mi...”, “əgər nəzərə alsaq ki,...”, “təkcə bu doğru deyil ki,...”, “və bu da tamamilə doğrudur...” və i.a.
Sitatların göstərilməsində ilkin və yoxlanmış mən­bələrdən istifadə etmək məqsədəuyğundur.
İnternet materiallarından sitatların gətirilməsi. İsti­fadə olunan mənbələrin elmi işdə dəqiq və düzgün veril­məsi vacib tələblərdəndir. Bu, internetdən götürülmüş materiallar üçün də eynidir. Onu da qeyd etmək lazımdır ki, internet mənbələrinin yoxlanması digərlərinə nisbətən daha tez və asandır. İndiyə qədər internet mənbələrindən sitat­ların göstərilməsi üçün bir neçə təklifin işlənməsinə bax­ma­yaraq, onlardan istifadə zamanı müxtəlif dərəcəli çətinliklər meydana çıxır.
Bir tərəfdən bu çətinlik ondan ibarətdir ki, internet materiallarının müəllifini heç də həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən rəqəmsal media mənbə­lə­rinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik dəyişilən portallar) çoxsaylı olması sitatların gətirilməsini çətinləş­dirir. Başlıca problem ondan ibarətdir ki, təkcə URL-lər yox, həmçinin onların məzmunu və veb-səhifələrinin struk­turu daimi olaraq yenilənir. Bu problemlərə o da əlavə olunur ki, əksər internet mənbələrinin arxivləşdirilib uzun müddət istifadəçilər üçün əlçatan olmasına baxmayaraq, bəzi səhifələr müəyyən vaxtdan sonra pozulur və ya başqa ünvana köçürülür. İnternetdə verilmiş mətnlərin neçə səhi­fədə yerləşməsini ayırd etmək heç də həmişə mümkün olmur. Ciddi internet portalları öz səhifələrində mətnləri səhifələrə bölünmüş şəkildə yerləşdirir. Bu arzu olunan olsa da, ona heç də həmişə rast gəlinmir.
Qeyd olunan çatışmazlıqlara baxmayaraq son illərdə internet mənbələrindən istifadə üçün Beynəlxalq Stan­dart­laşdırma Təşkilatı tərəfindən vahid standart təklif işlənib müzakirəyə çıxarılmışdır.
İnternet mənbələrindən sitatların gətirilməsi zamanı bunlara nəzər yetirmək lazımdır: Əgər internet resursunun çap analoqu varsa, onda çap versiyasına üstünlük verilir; İşdə göstərilən sitatın elektron versiyasını şəxsi kompüterdə yaddaşa vermək və çap etmək məsləhət görülür; İnternet mənbələrinin sitat kimi göstərilməsində adi üsuldan istifadə edilir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin