Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Elmi işin strukturuna təsir edən amillər



Yüklə 179,34 Kb.
səhifə24/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Elmi işin strukturuna təsir edən amillər. Elmi iş ya de­duk­tiv, ya da induktiv metodla araşdırılır. Adətən ümu­midən xüsusiyə doğru hərəkət edən metod (deduktiv) geniş yayılıb. Bəzi hallarda isə xüsusi halın ümumiləş­dirilməsinə ehtiyac yaranır, yəni induktiv metod tətbiq edilir.
İşin strukturunun təsviri forması. Bölmələrin formal təsvirində beynəlxalq aləmdə ən geniş yayılmış alt-alta xətt boyunca və ya pilləli düzülmüş quruluşdan istifadə edilir. Xətt boyunca düzülüşdə bütün fəsil və yarımfəsil başlıqları solda şaquli xətt boyunca qeyd edilir. Pillə quruluşunda isə yarımfəsillər sürüşdürülmüş verilir ki, bu da işin struk­turu­nu vizual olaraq daha yaxşı təsvir etməyə şərait yaradır. Fəsillərin başlıqları böyük rum rəqəmləri ilə işarələnir. Hər fəsil yeni səhifədən başlayır. Fəsillər yarımfəsillərə bölünür və uyğun olaraq ərəb rəqəmləri ilə nömrələnir. İşin əsas hissəsinə aid olmayan bölmələrdə (nəticə, əlavələr, ədəbiy­yat siyahısı) nömrələnmə aparılmır.
İşin hissələrə bölünməsi məqsədəuyğun aparılmalıdır. Əks halda yaradılmış mündəricatın dərki zamanı orienta­siyada çətinlik yarana bilər. Bölmənin dərinləşdirilməsi zamanı başlığın qarşısında duran çox rəqəm informasiya itkisinə səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, böl­mə zamanı yalnız bir alt-başlıqdan istifadə etmək əlverişli deyil. İmkan daxilində belə hallardan qaçmaq lazımdır. Adətən iki və daha artıq alt-başlıqdan istifadə etmək məslə­hət görülür. Fəslin hansı yarımfəsillərə bölünməsi möv­zudan asılı olaraq aparılır. Bölmə zamanı çalışmaq lazımdır ki, fəslin hissələri arasındakı məsafə nə yaxın, nə də uzaq olsun. Bu, işin oxunmasını çətinləşdirir. Magistr disser­tasiyasının mündəricatının bir səhifədən artıq olmaması tövsiyə edilir.
Elmi işin əsas hissəsinin tərtibi. Giriş, mətn hissəsi və nəticə elmi işin məzmununu göstərən əsas təşkile­dici­lərdir.
Girişdə adətən tədqiqat mövzusunun aktuallığı əsas­landırılır, məqsəd və vəzifələr formulə edilir. Burada işin obyekti və predmetinin də qısa təsviri yer alır. Problemin qabardılması ilə mövzunun tədqiqat sərhədinin cızılması birbaşa bağlıdır. Giriş əsas hissənin maksimal 5%-ni təşkil etməlidir ki, işi oxumağa başlayan şəxsdə bütün işə maraq yarada bilsin.
Problemin həlli metodları oxucuya əvvəldən məlum olmalıdır. Formal tələblərə riayət etdikdə bu addımlar işin bölmələrində özünü göstərir. Girişdə oxucuya bu haqda mə­lumat verilməlidir. Təcrübə göstərir ki, işdə problemin qo­yu­luşu imkan daxilində işin lap əvvəlində, yəni girişdə izah olunmalıdır. Çünki sonrakı mərhələdə işin strukturunun tərtibi ona əsaslanır. İş başa çatdıqda, yəni nəticələr bəlli olduqdan sonra, ilkin mərhələdə formulə edilmiş girişə ye­nidən baxılması və lazım gəldikdə korreksiya olunması məsləhət görülür.
İşin əsas hissəsində qoyulmuş elmi məsələnin həllin­də tətbiq olunmuş metod və texnikalara ətraflı baxılır, alın­mış nəticələr təsvir edilir. Bu hissənin məzmunu tədqiqat mövzusunun məqsədinə uyğun olaraq müəyyən struktura malikdir. Əsas hissədə işin formal olaraq bölünmüş fə­sillərinə, yarımfəsillərinə və paraqraflarına uyğun gələn mətn­lər müqayisə oluna bilən arqumentasiya müstəvisində yerləşməlidir. Bir fəsildən digərinə keçdikdə seçilmiş dü­şüncə ardıcıllığı sistematik olaraq işin strukturunda öz ək­sini tapmalıdır. Ona görə də, mətnin tərkibi zamanı arqu­mentlərin təkrarlanmasına yol verilməməlidir.
İşin strukturundan onun icrası zamanı nəzəriyyə və metodika sahələrindən hansına töhfə verilməsi görünür. Elmi işin əlyazmasının hazırlanması bir tərəfdən tədqiqat mövzusundan, digər tərəfdən tədqiqatçının yaradıcılıq fəaliyyətindən asılı olduğundan, nümunə variantları yalnız ümumi şəkildə təklif və ya izahlar kimi qəbul edilməlidir.
Elmi işin əsas hissəsi həmişə baza fəsli ilə başlayır. Bu fəsildə seçilmiş mövzuya aid əsas anlayışlar və elmin hazırkı durumunu təsvir edən məlumatlar verilir. Onun ardınca elmi arqumentlərə söykənən əsaslandırma gəlir.
Bölmə sxemindən asılı olmayaraq tədqiqatçı əlyaz­manın hazırlanması prosesində hər zaman işin strukturunu kritik dəyərləndirməli və onun alınmış nəticənin kifayət qədər aydın təsvirinə imkan verməsini yoxlamalıdır. Fəsil­lərin uyğun ideyanı təsvir etməsi və bölmə müstəvisində arzulanan əsas mövzuların yer alması hər addımda yox­lanmalıdır ki, nəticədə informasiya qarışıqlığına yol veril­məsin. İşin istiqamətindən asılı olaraq bu, ya nəzəri iş daxi­lində isbatlama yolu ilə, ya empirik tədqiqatda seçilmiş həll yolunun təsviri, ya da konsepsiyanın tərtibinin ayrı-ayrı pillələrinin işlənməsində göstərilir. Üçüncü fəsildə alınmış nəticələrin prezentasiya və diskussiyası yer alır. Aparılan tədqiqat işinin mövzusundan və onun digər fənlərlə əlaqəsin­dən asılı olaraq işin strukturu genişlənə bilər.
Elmi işin əsas hissəsini təşkil edən bu üç bölmənin həc­minə, yəni səhifələrin sayına sərt tələblər qoyulmur. Be­lə məhdudiyyətin qoyulması heç məqsədəuyğun da deyil. Çünki, müəllifin bu formal tələbə əməl etməsi, nəticə etiba­rilə problemin kifayət qədər açılmasına maneçilik törədilə bilər.
Elmi iş ilk növbədə öz məzmunu ilə oxucunu inan­dırmalıdır. Yaxşı proporsiya ilə strukturlaşdırılmış formaya malik işdə bu məqsədə çatmaq asandır. Bundan əlavə, fə­sillər arasında səlis keçidlər yaratmaqla işin məntiqi ar­dıcıllığı aydın göstərilmiş və axıcı oxumaya şərait yarad­ılmış olur.
Nəticə işin girişində təsvir edilmiş məqsədə uyğun olaraq alınmış elmi nəticələri ardıcıl və məntiqi şəkildə təsvir edir. İşin son nəticəsini oxuduqda tədqiqat prosesində qazanılan elmi yenilikləri görmək olur. Nəticə aparılmış işlərin məntiqi ilə şərtlənir və əsas hissədə verilmiş elmi informasiyanın sintez formasını daşıyır. Nəticə əsasən 2-3 səhifə həcmində olur.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin