Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə22/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   18   19   20   21   22   23   24   25   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Dəqiq yazma deyəndə elmi işin tərtibi zaman formal aspektlərə nəzər yetirilməsi başa düşülür. Ədəbiyyatda bu, həm də elmi işin yerinə yetirilmə yollarının texnikası sırasına aid edilir. Ayrılıqda buraya işin strukturu, istifadə olunmuş ədəbiyyat siyahısı, yazma dilinin stili və qram­ma­tikası daxildir.
Strukturun işlənməsi. Hər bir elmi işin tərtib olunma­sında müəllifin əsas fikri işin əvvəlindən sonuna qədər bir xətt kimi göz qabağında canlanmalıdır. Buna görə də, elə ilk gündən bütün görülən işlər müəyyən struktur əsasında sənədləşdirilməlidirlər. Elmi işin strukturu onun ayrı-ayrı hissələri arasındakı məntiqi müəyyənləşdirir və ilk baxışda işin məzmunu haqqında ilkin fikir yürüdülməsinə imkan verir.
Elmi işə uyğun struktur vermək üçün onu fəsillərə, yarımfəsillərə və paraqraflara bölürlər. Belə bir struktur elmi işin yerinə yetirilməsində verilmiş formal tələbləri özündə əks etdirir. Ümumi şəkildə işin struktur tərkibi aşa­ğıdakı elementlərdən ibarət olur:
Hər bir iş “Üz vərəqi” ilə başlayır. Bu vərəqdə işi bir mənalı səciyyələndirmək üçün bütün vacib verilənlər: ali məktəb, fakültə, ixtisas və eləcə də tələbənin adı və soyadı göstərilir. Bundan əlavə titul vərəqində işin növü, onun təhvil edilmə tarixi, həmçinin elmi rəhbərin adı və soyadı da qeyd edilir. Görülən işlərin növündən asılı olaraq üz və­rəq­ləri müxtəlif cür tərtib olunur. Bunun üçün Azərbay­can Respublikası Elm və Təhsil Nazirliyinin uyğun göstəriş­lərinə əməl etmək lazımdır.
İşin qısa təsviri çox vaxt 10 sətir həcmində olub, oxucularda qısa mütaliə zamanı iş haqqında təsəvvür yaratmağa xidmət edir. Burada işin məqsədi, problemin həl­li yolları və işdə əldə olunmuş nəticələr qısa təsvir edilir. Bu məlumatlar kitabxanalarda ədəbiyyatın kataloqlara və ya kartotekalara daxil edilməsi zamanı biblioqrafik informasiya kimi geniş istifadə edilir. Bəzi işlərdə qısa təs­virə ehtiyac duyulmur və ya bu, başqa şəkildə aparılır (məsələn: dissertasiyanın referatı).
Elmi işin növbəti tərkib hissəsi onun mündəricatıdır. Burada işin ayrı-ayrı hissələrinin ümumi işdəki yeri gös­tərilir. İşdə səhifələrin sayı qeyd edilməklə lazımi möv­zunun axtarılması istiqamətləndirilir.
Giriş, işdə toxunulan problemlər və suallar haqqında ümumi təsəvvür yaratmağa xidmət edir. Giriş, elmi işdə yazılı mətn və nəticə ilə birlikdə onun özəyini təşkil edir. Bu hissələr elmi işin uğurla yerinə yetirilməsində önəmli yer tutduğundan növbəti bölmədə bu məsələyə geniş yer ayrılır.
İstifadə edilmiş ədəbiyyat siyahısı elmi-tədqiqat işinin planlanması, icrası və qiymətləndirilməsi zamanı istifadə olu­nan bütün elmi mənbələri əhatə edir. Tədqiqatçı hər hansı bir faktdan istifadə etdikdə və ya digər müəlliflərdən sitat gətirdikdə istifadə olunmuş materialın mənbəyini müt­ləq göstərməlidir. Siyahıda olan bütün ədəbiyyatın mətndə öz əksini tapması vacibdir. Siyahının tərtib olunmasında mövcud standarta riayət edilməsi vacibdir.
İşin əsas məzmununu anlamaq üçün elə də vacib rol oynamayan, amma dəlillərin isbatı üçün önəmli olan məlumatlar elmi işin sonuna əlavələr şəklində daxil edilir. Formasına görə bunlar mətn, qrafika, cədvəl və kart şək­lində ola bilər. Əsas hissə ilə əlavədə olan məlumatlar ara­sında əlaqə “Bax” sözü ilə yaradılır (məsələn: Bax: Əlavə 1). Elmi işin həcmi qiymətləndirilərkən əlavələrin səhifələri hesaba alınmır. İşin sonunda çoxsaylı əlavə olduğu zaman, əlavələrin siyahısını da ümumi mündəricata daxil etmək olar. Ya da onlar üçün ayrıca mündəricat tərtib edilə bilər.
Çox vaxt əsas mətndə tez-tez təkrarlanmanın qarşısını almaq üçün ixtisarlardan istifadə edilir. Buna görə də, işin sonunda bu ixtisarların izahatını vermək tələb olunur. İxtisarlar ayrıca vərəqdə əlifba sırası ilə düzülür və orada onların geniş izahı yer alır. İxtisarların tətbiqi zamanı onun məqsədyönlü olmasına fikir vermək lazımdır. Hər yetən sözü ixtisar kimi göstərmək olmaz. Məsələn, “Maşın” sözünü “M” həfi kimi ixtisar etmək işin stilistikasına xələl gətirir. Bəzi beynəlxalq ölçü vahidlərinin mətndə qısaldılmış şəkildə göstərilməsi də onun mütləq ixtisarlar siyahısında izahlı verilməsini tələb edir. Çünki, heç də bütün beynəlxalq ölçü vahidləri hamıya məlum deyil.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin