Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə25/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Yazma stilistikası. Elmi dilin (danışıq dildən fərqli ola­­raq) xüsusi spesifikası vardır. Xüsusi elmi dilin yara­dılmasına ehtiyac ondan irəli gəlmişdir ki, təbii ünsiyyət dilində çoxmənalı söz və ifadələrdən istifadə edilir. Elmi dilin isə müəyyən obyektivlik səviyyəsini, alimlər arasında qarşılıqlı anlaşmanı təmin etmək məqsədilə daha dəqiq ifadələrə ehtiyacı vardır. İdeal halda elmi dil birmənalılığa can atır, yəni burada bir söz yalnız bir məna kəsb etməlidir. Buna isə heç də həmişə nail olmaq mümkün deyil və bu, bir çox hallarda mübahisələrə səbəb olur (bu daha çox hu­ma­nitar fənlərə xasdır).
Yazılı elmi mətnlərdə aşağıdakı yazı stilindən istifadə olunur: Akademik; Polemik; Publisistik; Elmi-populyar; Dialoq-müsahibə; Didaktiv.
Akademik stil elmi işin yazılmasında ən geniş tətbiq olunanıdır. Bu stil üçün aşağıdakılar səciyyəvidir: emosi­o­nal dəyərləndirməyə yol verilmir, “mən” kəlməsindən istifadə edilmir, mətn passivdə və ya cəm halında “biz” kəlməsindən istifadə edilməklə yazılır. Tədqiqatın nəticələri dəqiq göstərilir, konkret cümlələrlə formulə edilir.
Polemik stil səhvlərin inkar edilməsinə, köhnəlmiş nöqteyi-nəzərə, yanlış mövqelərin və arqumentlərin aşkar edilməsinə yönələn işlərin yazılmasında istifadə olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, burada kəskin emosional tona icazə verilmir.
Publisistik stil qəzet və ya populyar jurnala məqalə yazmaq üçün yararlıdır. Səciyyəvi xassəsi odur ki, burada elmi terminlərdən istifadə minimaldır, emosional qiymət­ləndirməyə və pafosa yol verilir, materiala şəxsi müna­sibə­tin bildirilməsi mümkündür.
Elmi-populyar stil elmi-populyar jurnal üçün hər han­sı bir problem haqqında məqalə yazıldıqda istifadə edi­lir. Burada elmi problem haqqında sadə dildə, minimal say­da elmi terminlərdən istifadə edilməklə açıq və aydın şəkildə söhbət açılır.
Dialoq-müsahibə stilinin üstünlüyü ondan ibarətdir ki, burada ritorik üsullardan istifadəyə imkan verilir, ondan şifa­hi çıxış zamanı istifadə edilə bilir. Elmi mətnlərin və dərsliklərin yazılmasında tövsiyə edilmir.
Didaktik stil təlimatı və təlimi özlüyündə əks etdirir, ondan elmi-metodiki və ya dərs vəsaitlərində istifadə edilir. El­mi işdə isə ondan istifadə olunması münasib hesab edilmir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin