Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Şifahi prezentasiyanın elementləri



Yüklə 179,34 Kb.
səhifə37/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   33   34   35   36   37   38   39   40   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Şifahi prezentasiyanın elementlərinə gəlincə isə, qeyd edilməlidir ki, hər bir çıxış müəyyən tələblərə cavab verən bir neçə hissədən ibarətdir. Çıxış hissələri aydın dərəcədə ayırd edilə bilən olmalıdır. Bu, yalnız dinləyici­lərdə maraq oyatmaq üçündür, işin məğzini tam ifadə etməməlidir. Başlıq imkan daxilində cəlbedici və qısa formulə edilməlidir.
İşin strukturu: Publika çıxış zamanı gözlənilən infor­masiya axınının ardıcıllığı haqqında məlumat alır. Çıxış prosesində mündəricatın təkrarən göstərilməsi dinləyicinin orientasiyasına kömək edir.
Giriş: Burada araşdırılan elmi sahə, əsas problem və elmi işin məqsədi müəyyən olunur.
Material və metodlar: Metodiki elmi işlərdə izahı vacib olan hər bir detala yanaşmalar dəqiq göstərilir.
Nəticə və müzakirə: Bu hissədə əsas nəticələr, əldə olunan faktların təhlili və interpretasiyalar çox kiçik sayda misallar əsasında publikaya izah edilir.
15 dəqiqəlik şifahi prezentasiya üçün misal: Maksimum 9 slayd nəzərdə tutulmalıdır: 1. Titul slaydı; 2. Mündəricat; 3. Giriş; 4. Material və metodlar; 5-8. Nəticə­lə­rin köməkçi vasitələrlə vizuallaşdırılması; 9. Nəticə/Xülasə. Çıxış, publikaya diqqətinə görə minnətdarlıqla tamamlanır və bir neçə sözlə müzakirə açıq elan edilir.
Köməkçi vasitələrdən istifadə. Köməkçi vizual­laşdırma vasitələri çıxışetmə prosesinin tərkib hissəsi olmaqla məruzəçi və dinləyicilərə yardım edir. Çox vaxt kompleks elmi işləri optik hazırlanmış əyani təsvir misalları əsasında daha asan izah etmək olur.
Şifahi çıxış üçün vizual köməkçi vasitələrdən istifadə zamanı aşağıdakı məhdudiyyətlər mövcuddur:
– İstifadə edilən media vasitəsi əsasən dinləyicilərə xidmət etməlidir. Nəzərdə almaq lazımdır ki, dinləyicilər eşitdiklərini geriyə vərəqləyə bilmirlər.
– Audi-video vasitələrdən istifadə təcrübə tələb edir.
– Slaydlar səliqəli və aydın hazırlanmalıdır.
– Tərkibində mətn olan slaydlarda bir sətrin tərkibi 40 hərfdən ibarət sözlərlə məhdudlaşır.
– Bir slaydda maksimal 14 sətirdən istifadə edilir.
– Xüsusi işarələrdən (ox, ulduz) istifadə slaydın strukturunu dolğunlaşdırır.
– Açar sözlərə və qısa cümlələrə üstünlük verilmə­lidir.
– Böyük hərflərlə yazılmış mətn çətin oxunur.
– Qalın hərflərin ölçüsü maksimal 16 pt. olmalıdır.
– Slaydların ardıcıllığı vahid formada hazırlanmalıdır və bu, vahid məntiqi xəttin mövcudluğunu görməyə kömək etməlidir.
– Professional slaydlar çərçivəyə alınır və əsas informasiyalar daxil edilir.
– Hər bir slayd tədqiqat işinin bir hissəsini təsvir etməli və onun üçün kiçik başlıq nəzərdə tutulmalıdır.
– Çıxış zamanı açar sözlərdən ibarət kiçik qeyd vərəqinin olması danışmağa kömək edir.
Prezentasiya zamanı adətən baş verən xətalara aşağı­dakıları aid etmək olar:
Vaxta riayət etməmək;
– Pis hazırlıq;
– Publikanın düzgün qiymətləndirilməməsi;
– Məntiqi ardıcıllığın olmaması;
Üzündən oxumaq;
– Slaydların şəkil və ya mətnlə həddən çox dolu ol­ması;
– Simvol və diaqramların kifayət qədər izah edilmə­məsi, cədvəllərin aydın tərtib olunmaması;
– Fikri yayınmış dinləyicinin söhbətə yenidən qayıda bilməsinə imkanın olmaması.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin