Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


Nəqliyyat - anbar texnologiyalarının növləri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
11.4. Nəqliyyat - anbar texnologiyalarının növləri 
Əsas nəqliyyat – anbar texnologiyaları aşağıdakılara ayrılır: 
Malları özü daşıyan. 
Bu texnologiyanın əsası - məhsul tədarükünün təşkilinin (anbardan daşınmasının) istehlakçı 
təşkilatın (sifarişçi) nəqliyyat vasitəsitələri ilə həyata keçirilməsidir. Bu halda istehlakçının müəy-
yən nəqliyyat vasitələri parkının olması lazım gəlir. 
Mərkəzləşdirilmiş çatdırılma. 
Material ehtiyatlarının istehlakçıya çatdırılması anbarın və ya bazanın nəqliyyat vasitələri 
ilə həyata keçirilir. Mərkəzləşdirilmiş çatdırılma istehlakçılara xidməti yaxşılaşdırır, onları material-
ların daşınması ilə bağlı bir çox problemdən azad edir və göndərmə xərclərini azaldır. Müəssisələrin 
materiallara olan ehtiyaclarından və doldurulma dövrülüyündən asılı olaraq anbar mərkəzləşdirilmiş 
çatdırılma cədvəli tərtib edir və onu istehlakçılar ilə razılaşdırır. 
“Dəqiq vaxtında”. 
"Dəqiq vaxtında" (just in time və ya JIT) texnologiyası, material resusrslarını və hazır məh-
sulları lazımi miqdarda və müəyyən zamanda çatdırılması proseslərinin, logistik zəncirin halqaları 


38 
istehlakçının verdiyi sifarişlərin yerinə yetirməsi üçün lazım olduqda, sinxronlaşdırılmasına əsasla-
nır.
JIT konsepsiyası “dartma” sistemi sayılır. 
"Dəqiq vaxtında" texnologiyasının əsas prinsipləri aşağıdakılardır: 
• təşkilatlar minimum resurs ehtiyatları, bitməmiş istehsal qalığı, hazır məhsullarla ehtiyat 
yaradılması problemlərini müəyyənləşdirməli və həll etməlidir; 
• zay olmanın qəbuledilən səviyyəsinə deyil, keyfiyyətin kompleks idarəedilməsi əsasında, 
onun tamamilə olmamasına nail olmaq lazımdır; 
• sifarişçilər öz tədarükçülərinə tam etibar etməlidirlər, buna görə də az sayda etibarlı tə-
darükçü və daşıyıcı ilə uzunmüddətli tərəfdaşlıq qurmalıdırlar; 
• istehsalın artıqlığının hazır məhsul ehtiyatlarında yığılmaması üçün qısa istehsal dövr-
lərinə nail olmaq, istehsal partiyalarının həcmini azaltmağın yollarını axtarmaq lazımdır; 
• uzun tədarük zamanı vəziyyəti dəyişə biləcək qeyri - müəyyənlik amillərini azaltmaq üçün 
sifarişlərin yerinə yetirilməsi vaxtını azaltmaq lazımdır; 
• bütün əməliyyatlar fasiləsiz olaraq qüsursuz yerinə yetirməlidir
• həm işçilər arasında, həm də rəhbərlər və işçilər arasında əməkdaşlıq mühiti yara-
dılmalıdır, çünki hamının rifahı işdəki ümumi uğurdan asılıdır, bütün işçilərə bərabər və ədalətli 
münasibət göstərilməlidir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin