52
15. Azərbaycanda nəqliyyat - loqistika sisteminin inkişafı
İqtisadi inkişaf proseslərinin səmərəliliyinin artırılması logistik yanaşma və logistikanın
funksional sahələrindən biri olan nəqliyyat logistikasını ciddi nəzərə alınmasını tələb edir.
Dünyanın inkişaf etmiş ölkələrində bazar iqtisadiyyatı şəraitində nəqliyyat-logistika
sisteminə
yüksək gəlir gətirən və əlavə dəyər yaradan sahibkarlıq fəaliyyəti və biznes sahələrindən biri
kimi baxılır. Bundan əlavə, nəqliyyat-logistika sisteminin üstünlüklərindən səmərəli istifadə
olunması, iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm rol oynayır. Beynəlxalq əhəmiy-
yətli nəqliyyat qovşaqlarını yaradan də-niz, dəmir yolu və digər nəqliyyat növlərindən inteqrativ
for-mada isitifadə olunması yükdaşıma həcminin və nəqliyyat xidmətlərinə tələbatın artmasına
əlverişli şərait yaradır.
Dünya təcrübəsində, digər mühüm bir amil isə müxtəlif nəqliyyat növləri və vasitələri ilə
daşımalarda logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaratmaqdan ibarətdir. Bu halda təchizat
zənciri daha çevik şəkildə işləyir, təsərrüfat və biznes subyektlərinin
müxtəlif xammal və
materiallara olan tələbatının səmərəli şəkildə ödənilməsi təmin olunur, ticarət və yük daşıma-
ların dövriyyəsi artır. Eyni zamanda, logistika mərkəzləri vasitəsilə iqtisadiyyatın prioritet sahə-
lərinin inki-şaf etdirilməsi məqsədilə xammal və resursların təminatı problemlərinin həllinə əlve-
rişli şərait yaranır. Logistika xidmətlərinin səmərəliliyi sayəsində iqtisadi fəaliyyət sahələrinin
qarşısında duran strateji vəzifələrin həyata keçirilməsi mümkün olur.
Nəqliyyat-logistika sisteminin səmərəli təşkili xeyli sayda xidmətlərin göstərilməsinə im-
kan verir və bunlardan logistik fəaliyyətlə əlaqəli olan aşağıdakı xidmət növlərini qeyd etmək
olar:
• müştəri xidmətləri;
• yüklərin saxlanılması və qablaşdırılması;
• yüklərin planlı şəkildə və uzunmüddətli dövrə hesablanmış qrafik əsasında tədarükü və
paylanması;
• tələb olunan xammal və materialların sifarişi ilə bağlı proseslərin tənzimlənməsi və
idarə olunması;
• yüklərin müxtəlif nəqliyyat növləri və vasitələrindən istifadə edilməklə daha optimal
marşrutlarla daşınmasının təşkili;
• bağlanmış müqavilələr və kontraktlar üzrə yüklərin son ünvanlara vaxtında çatdırılma-
sı;
• xammal və hazır məhsul axınlarının idarə edilməsi və nəzarət olunması;
• sığorta və gömrük prosedurlarının həyata keçirilməsi proseslərinə nəzarətin təşkili;
• dünyanın istənilən ölkəsindən bir neçə ölkəni keç-məklə daşınan yüklərin vahid
mərkəzdən idarə edilməsi və s.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat - logistika sisteminin strateji əhəmiyyəti və
üstün cəhətləri diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına
dair Strateji Yol Xəritəsi”ndə logistika sahəsinin təhlili və qiymətləndirilməsi
nəticəsində yeni
liman kompleksinin tikintisi, qonşu ölkələrlə yeni dəmir yolu əlaqələrinin qurulması, Qaradağ
rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi
zonanın yaradılması, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda logistika qovşa-ğının
yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin formalaşdırılması imkanlarının olması,
53
ölkəmizdə logistika sisteminin inkişafı üçün önəmli amillərdən hesab olunmasi öz əksini
tapmişdir.
Göründüyü kimi nəqliyyat sektoru ildən-ilə ölkəmiz-də kifayət qədər prioritet iqtisadiyyat
sahəsin
ə çevrilməkdədir və mütəxəssislər tərəfindən bu sahənin potensialı
yüksək qiymətlən-
dirlir. Xüsusilə, onun tranzit potensialı bu sektoru xeyli cəlbedici edir. Ölkəmizdə dünyada
mövcud olan nəqliyyat növlərinin hamısının inkişaf etdirilməsi üçün imkanlar vardır. Belə ki,
Xəzər dənizi vasitəsilə dəniz nəqliyyatının inkişafı üçün böyük potensial mövcuddur. Regionun
və dün-yanın ən iri dəmir yolu layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu
artıq istismara verilmişdir. Ölkəmizdə xeyli sayda beynəlxalq hava limanları – aeroportlar
fəaliyyət göstərirlər, əvvəldə qeyd etdiyimiz kimi, Heydər Əliyev adına Beynəlxalq hava limanı
isə müasirliyinə və texniki imkanlarına görə regionun ən etibarlı və güclü infrastrukturuna malik
hava nəqliyyatı mərkəzinə, ümumilikdə isə nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. 2023 – cü
ildə ölkəmizdə hava limanlarının sayı 9 – a çatacaqdır.
Respublikamızda qeyri-neft sektorunun müntəzəm və kütləvi xammal axını olan sahə-
lərində, o cümlədən güclü ix-rac potensialına malik kimya
və neft - kimya kompleksində,
metallurgiya, eyni zamanda bir sıra ənənəvi kənd təsərrüfatı sahələrində, xüsusilə pambıqçılıq və
üzümçülükdə, taxıl məhsullarının və s. daşınmasında çevik və etibarlı nəqliyyat infrastruktu-
runun yaradılmasına zərurət vardır. Belə şəraitdə yüksək texnologiyalar əsasında logistika mər-
kəzlərinin for-malaşdırılması böyük səmərə verə bilər. İqtisadiyyatın strateji hədəflərinin reallaş-
dırılması üçün tələb olunan innovativ strukturların inkişaf etdirilməsi gecikdirilməməli və bun-
lara konseptual yanaşılmalıdır. Bu baxımdan ölkəmiz nəqliyyat-logistika sisteminin inkişafına
ciddi önəm verir və qeyd etdiyimiz kimi bir çox strateji layihələr davamlı olaraq həyata keçirilir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat növlərinin inkişafı üçün şəraitin olması
və səmərəli logistika qovşaqlarının yaradılması imkanlarının mövcudluğu burada regionun ən
cəlbedici logistika mərkəzlərinin yaradılmasını şərtləndirir və investorların maraqlarına uyğun
gəlir. Məhz bu amillər nəticəsində Azərbaycan regionda logistika sahəsində aparıcı ölkəyə
çevrilməkdədir. Buna görədə beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar ölkəmizdə lo-
gistikanın inkişafı layihələrinə böyük maraq göstərirlər. Məsələn, Dünya Bankının missiyası
Azərbaycan Texniki Universiteti ilə “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsi
çərçivəsində əməkdaşlıqda maraqlı olduq-larını bildirmişlər (30 oktyabr 2019 – cu il). Bu əmək-
daşlıqda əsas üstünlüyün, qlobal nəqliyyat infrastrukturunun qu-rulmasına,
nəqliyyat-logistika
infrastrukturunun inkişaf etdirilməsinə, kadr hazırlığının müasir dövrün tələblərinə uyğun-
laşdırılmasına verilməsinin vacibliyi ön plana çəkilmişdir.
Qeyd etmək lazımdır ki, Respublikamızda nəqliyyat- logistika infrastrukturunun yaradılması
istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Nəqliyyat – logistika sisteminin inkişafı
ölkəyə
(regiona) invenstisiya cəlb olunmasına və iqtisadi inkişaf tempinə müsbət təsir göstərən vacib amil
hesab olunur. Hazırda Bakı iqtisadi rayonunda regional nəqliyyat – logistika mərkəzinin inkişafı
üçün intensiv işlər görülür.
Yaxın perspektivdə bu istiqamətdə bir sıra mühüm tədbirlərin nəzə-rə
alınması vacibdir:
- nəqliyyat-logistika sisteminin inkişaf etdirilməsi üzrə beynəlxalq təcrübənin öyrə-
nilməsi və yeni layihələrin həyata keçirilməsi üçün nüfuzlu nəqliyyat-logistika şirkətləri ilə
intensiv qarşılıqlı əlaqələrin qurulması;
- iqtisadi rayonlarının inkişaf potensialının reallaşdırılmasında nəqliyyat-logistika sistem-
lərinin əhəmiyyəti və inkişaf etdirilməsi üzrə görülən tədbirlərin sürətləndirilməsi və s.
54
Ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət aparır. Təsadüfi deyil ki,
erməni işğalından azad
olunmuş Zəngilan rayonunda, prezident İ. Əliyevin 2021 – ci il oktyabrın 20
- də “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışındakı çıxışında Zəngəzur dəhlizinin
buradan keçəcəyini, dəmir yolu, Horadiz - Ağbənd avtomobil yolu tikildiyini, aeroportun
tikiləcəyini
və beləliklə, Zəngilanda müasir nəqliyyat - logistika mərkəzinin, yük təyyarələri,
sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastrukturun qurulacağını
xüsusilə qeyd etdi.
Hal hazırda nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi beynəlxalq miqyasda
zərurətə çevrilmişdir. Lakin bununla yanaşı nəqliyyat dəhlizləri uğrunda dövlətlərarası güclü
rəqabət mövcuddur. Buna görə proseslərə yeni qoşulmuş gənc Azərbaycan dövləti, əlverişli coğrafi
mövqeyindən, iqtisadi imkanlarından məqsədəuyğun
şəkildə istifadə edərək, ölkənin nəqliyyat –
logistika sistemlərini inkişaf etdirərək bu yolda inamla irəliləyir. Bu sahədə problemlər olsa da,
nəqliyyat – logistika sistemlərinin inkişaf etdirilməsi, respublikamızın iqtisadi rayonlarının
iqtisadiyyatına investisiyaların cəlb olunması və onların gələcək inkişafına öz töhvəsini verəcəkdir.