6
Tədqiqatın məqsəd və vəzifələri:
Laylı GaS və GaS:Yb monokristallarının səthyanı oblastında
qamma-kvantların təsiri ilə yaranan radiasiya defektlərinin struktur
defektləri və aşqar atomları ilə qarşılıqlı təsir xüsusiyyətlərinin
müəyyən edilməsi və səth defektlərinin emal edilmə üsullarının
işlənilməsidir.
Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlər həll edilmişdir:
GaS və GaS:Yb monokristallarının yetişdirilməsi, onların
kristal quruluşunun tədqiqi və qəfəs parametrlərinin təyini;
GaS və GaS:Yb monokristallarının quruluşuna və qəfəs
parametrlərinə qamma-kvantların və termik dəmləmənin
təsirinin tədqiqi;
GaS və GaS:Yb monokristallarının udulma zolağında
fotokeçiriciliyə şüalanmadan əvvəl və sonra elektrik
sahəsinin təsirinin tədqiqi;
GaS və GaS:Yb monokristallarının
səthyanı oblastında
atomlar arası qarşılıqlı təsirin şüalanmadan əvvəl və sonra,
həmçinin termik dəmləmədən sonra İQ Furye spektrləri
vasitəsi ilə tədqiqi;
GaS və GaS:Yb monokristallarının səth morfologiyasına
qamma-kvantların və temperaturun təsirinin atom qüvvə
mikroskopu (AQM) ilə tədqiqi.
Tədqiqat metodları:
Tədqiqat obyektləri GaS və GaS:Yb laylı monokristallarıdır.
Tədqiqat prosesində bu birləşmələrin səthinin qamma-kvantlarla
şüalanma üsulu, GaS və GaS:Yb laylı kristallarında səth
defektlərinin radiasiya defektləri ilə qarşılıqlı təsirinin öyrənilməsi,
qamma-kvantlarla
şüalanmış və termik dəmlənmiş laylı
yarımkeçirici GaS və GaS:Yb monokristallarının səthinin
spektroskopik və mikroskopik (AQM) metodlarla tədqiqi, GaS və
GaS:Yb laylı monokristallarında termolüminessensiya xassələrinə
qamma-kvantların təsiri metodlarlarından istifadə edilmişdir.
Dostları ilə paylaş: