270
Bu xəstəliyin son illərə kimi aralıq sahib bitkisi elmə məlum olmamışdır. Lakin
2010-cu ildə Amerikanın Minnesota Unveristetində, çinli alim sarı pas xəstəliyinin
aralıq sahibinin
Berberis chinensis (şəkil 2-3)
bitkisi olduğunu subuta yetirmişdir .
(Yue Jin, Les J. Szabo, and Martin Carson May, 2010) [4].
Şəkil 2.
Esidi sporların
Berberis chinensis
bitkisi üzərində.
Şəkil 3.
Sarı pas xəstəliyinin inkişaf tsiklı
.
Sarı pas xəstəliyinin Azərbaycanın müxtəlif buğda becərilən regionlarında ayrı-ayrı
illərdə vurduğu ziyanı və yaratdığı neqativ fəsadları, xüsusən də məhsul itkisini
nəzərə alaraq,genotiplərin xəstəliyə tutulma səviyyəsinin qiymətləndirilməsi, ona
qarşı davamlı effektiv genlərin axtarışı və bu genlərin donor qismində seleksiya
işlərində geniş istifadəsi olunması tədqiqat işində qarşıya qoyulan əsas vəzifələrdən
biri olmuşdur.
Tarla təcrübələri Azərbaycanın müxtəlif aqroekoloji zonalarında – Abşeron
(suvarma), Qobustan (dəmyə), Şəki (nəmliklə təmin olunmuş dəmyə), Cəlilabad
(quraq dəmyə) və Tərtər (suvarma) bölgələrində hər bir genotip üçün cərgələrin
uzunluğu 1 m olmaqla 80 sortnümunənin oktyabr ayının sonu və noyabrın birinci
ongünlüyündəsəpin aparılmışdır. 2014-2015-ci ilin vegetasiya dövründə sarı pasa
davamlı effektiv genlərin qiymətləndirməsi və seçilməsi üçün ICARDA-dan
göndərilmiş tələ pitomniklərindən (
Yr geni məlum olan genotiplər
) istifadə
edilmişdir. Bu pitomnikə Azərbaycanın yerli Qobustan sortu davamlı sort kimi daxil
edilmişdir. 2010-cu ildə Azərbaycanın 27 yerli sortnümunəsi o, cümlədən Qobustan
sortu ICARDA-da laboratoriya şəraitində süni sirayətlənmiş və molekulyar səviyyədə
tədqiq edilərək (2010-cu il) [5;17], 0-4 ballı şkala (McIntosh et al. (1995) [6] ilə
qiymətləndirilmişdir. Nəticədə Qobustan sortu özünü orta davamlı kimi göstərmişdir.
Nəticədə Qobustan sortu özünü orta davamlı kimi göstərmişdir. Azərbaycanın
27 sortunun Qobustan sortu daxil olmaqla 41%-də (
Dostları ilə paylaş: