287
Qeyd edilən nümunələrin hamsında qonur ləkə xəstəliyi ilə aşağı (1-3%)
səviyyədə sirayətlənmə, bitkinin inkişafina və məsuldarlığına çox zəif təsiri müşahidə
edilmişdir (Cədvəl 1).
Eyni zamanda nümunələrin 26-nın da helmintosporioz xəstəliyinə qarşı
davamlılıq göstərməsi müəyyən edilmişdir. Bu il bölgədə törədicilərin inkişafı üçün
optimal şəraitin zəif olmasına əsasən xəstəliklərin sirayətlənmə faizi aşağı
olduğundan bikinin inkişafına və məhsuldarlığına təsiri olmamışdır.
Lakin buna
baxmayaraq ağ qanad kəpənək nümunələrin 100-%-ni zədələmişdir. Zədələnmə
yalnız aşagı yarus yarpaqlarda 30-60% müşahidə edilmişdir.
Fizioloji göstəricilərin tədqiqi nəticəsində
müəyyən edilmişdir ki, qarğıdalı
bitkisinə ziyan vuran xəstəlik və zərərvericilərin təsirindən nisbətən xəstəliklərə
sirayətlənən nümunələrdə
tənəffüs prosesi sürətlənərək, əmələ gələn assimilyatlar
parçalanmış və plastik maddələrin dənə axını zəifləmişdir.
Həmçinin, xəstəlik və
zərərvericilərin təsirindən yarpaq səthinin nisbətən
zədələnməsi nəticəsində
assimilyasiya səthi sahəsi azalaraq, ümumi bitkidə udulan CO
2
-i azaltmışdır ki, bu da
sonda ümumi biokütlənin və dən məsuldarlığının azalmasına səbəb olmuşdur.
Tədqiq edilən qarğıdalı sortlarında süpürgə əmələgəlmə fazasında qaz
mübadiləsi parametrləri (fotosintezin
sürətinin, ağızcıqların keçiriciliyinin,
hüceyrəarası sahələrdə CO
2
qatılığının, transpirasiya sürətinin)
ölçülmüş və müəyyən
edilmişdir ki, fotosintezin sürətinin maksimal qiyməti Fəxri və Ümid sortlarında
olmuş və uyğun olaraq 27,9 və 26,8 µmol CO
2
·m
-2
·s
-1
təşkil etmişdir. Digər tədqiq
olunan sortnümunələrdə bu göstərici 23,2-26,0 µmol CO
2
·m
-2
·s
-1
intervalında
dəyişmiş və Fəxri sortunda digər sortlarla müqayisədə 3,95-16,8% intervalında
yüksək olmuşdur. Yarpaqlarda ağızcıqların çoxluğu (bir bitkidə 100-200 milyon)
bitkidə qaz mübadiləsi üçün əlverişli şərait yaradır.
Tədqiq olunan sortnümunələrdə ağızcıqların keçiriciliyi Fəxri və Ümid (uyğun
olaraq, 0,251 və 0,239 molH
2
Om
-2
s
-1
), hüceyrəarası
sahələrdə CO
2
qatılığı isə
fotosintezin sürəti 24,4 və 23,6 µmol CO
2
·m
-2
·s
-1
olan Zaqatala 68 və Zaqatala 420
sortlarında daha yüksək, uyğun olaraq 232 və 222 μmolCO
2
mol
-1
olmuşdur.
Transpirasiyanın sürəti Yaxşılaşdırılmış Zaqatala (3,321molH
2
Om
-2
s
-1
), Ümid (2,896
molH
2
Om
-2
s
-1
) və Zaqatala 420 (2,819 molH
2
Om
-2
s
-1
) sortlarında
daha yüksək
olmuşdur.
Müsabiqəli Sort Yoxlama pitomnikində tədqiq edilən 26 nümunədə dənin
biokimyəvi
göstəriciləri tədqiq edilmiş, dəndə zülal miqdarına görə nümunələr şərti
olaraq 4 qrupa bölünmüşlər: bir nümunə
Dostları ilə paylaş: