219
tədqiqatlar göstərilmişdir ki, quraqlıq bölgələrdə becərilən sortlar daha yüksək
zülal, yaxşı suvarılan və ya rütübətli bölgələrdə becərilən sortar isə yüksək nişasta
faizi ilə fərqlənir. Oxşar nəticələr paxlalı bitkilərdə də əldə olunmuşdur. Alınan
nəticələr əsasında belə
fikir irəli sürmək olar ki, quraq zonalarda bitkilərdə
zülalların miqdarının artması həm bitkinin enerji təlabatını ödəmək, həm də
zülalların yüksək hidrofillik xüsusiyyəti hesabına su itkisini azaltmaq məqsədi
daşıyır [1].
Tədqiqat bərk buğdanın 14 növmüxtəlifliklərini əhatə edən 50 nümunəsi
üzərində aparılmışdır. Tədqiqatın məqsədi bərk buğdanın
müxtəlif genotiplərinin
quraqlığa, duza və yüksək hərarətə davamlılığının təyini və streslərin meydana
gətirdiyi dəyişmələrin öyrənilməsidir.
Müxtəlif səpkidə metodlarla-toxumların suda, şəkər məhlulunda [1], istilik
faktorundan sonra, duzlu mühitdə cücərmə qabiliyyətinə görə öyrənilən buğda
nümunələrinin quraqlıq, istilik və duzluluq streslərinə davamlılıq dərəcələri təyin
edilmiş, quraqlığa və duza yüksə davamlı, orta və az davamlı
nümunələr
seçilmişdir [2; 3; 4].
Rüşeymin istiliyə davamlılığı, toxumların 55
0
C-temperaturda
ultra
termostatda (su içərisində) 25 dəqiqə saxaldıqdan sonra onların nəzarətə nisbətən
cücərmə qabiliyyətinə görə təyin edilmişdir.
Ümumi quraqlığa davamlılıq
indeksi L=2a+b formulu əsasında hesablanmışdır: L- ümumi quraqlığa davamlılıq
indeksi, a-saxaroza məhlulunda toxumların cücərmə faizi, b- toxumların istilik
faktorundan sonra cücərmə faizidir [4].
Alınmış nəticələr cədvəl 1-də öz əksini tapmışdır. Cədvəldə təqdim olunmuş
nəticələr şərti işarələrlə: -davamlı; = orta davamlı; ≡ davamsız kimi seçilmişlər.
Cədvəldə göstərilən tədqiqat nəticəsinə baxdıqda bərk buğdaların bəzi
növmüxtəlifliyi həm quraqlığa, həm də istiliyə davamlı kimi seçilərək 1-ci qrupa
aid edilmişdir.
Bunlardan 2 standart formanı və 14 hibridi (10K-1
nömrəli kataloqda
göstərilən v.
leucurum
-u; 09K-56-da v.
hordeiforme
-ni; 13K-56-da v.
mutico-
leucurum
-u; 5 v.
leucomelan
hibridlərini (09K-42; 09K-44; 09K-45; 09K-47; 10K-
57) və 13K-74-də olan v.
leucurum
-u; 09K-186-da v.
murciense
-ni; 09K-78-də v.
boeuffi
-Abşeron-u; 13K-191-də v.
obscurum
-u) göstərmək olar.
Həmin növmüxtəlifliklərin davamlılıq indekslərinin dəyişməsi 207-161 arası
olmuşdur. Cədvəldə göstərilən buğda növmüxtəlifliklərindən 22-sinin quraqlıq və
istilik streslərinə davamlılığı müxtəlif olduğundan (bəziləri quraqlığa, bəziləri isə
istilik stresinə davamlı) onlar 2-ci qrupa aid edilmişlər ki, həmin qrupda indeksin
intensivliyinin dəyişməsi 153-139 arası olmuşdur. 9 növmüxtəlifliyi isə davamsız
kimi ayrılmışdır. Öyrənilən 50 bərk buğda növmüxtəlifliyin duz stresinə
davamlılıqlarına nəzər salsaq onardan 22- si davamlı, 5-i davamsız, 25-i
isə orta
davamlılar qrupuna aid edilmişlər.
Beəliklə, toxumların quraqlıq, istilik, duz streslərindən sonra cücərmə qabiliyyətinə
görə qiymətləndirilmə metoduna əsasən hər 3 stresə davamlı 6 hibrid seçilmişdir ki,
onlar: 10 K-57 v.
leucomelan
Abşeron; 13K-66 v.
leucomelan
, 13K-74
leucurum
; 13K-
107 v.
affine;
09K-78 v.
boeuffi
Abşeron; 13K-191 v.
obscurum
hibridləridir.