474
Maksimum məhsuldarlığı təmin edən optimum aqrofiziki vəziyyət çox dar diapazonu
əhatə edir. Odur ki, torpağın fiziki vəziyyətinin qiymətləndirilməsində AFİ ilə yanaşı
onun normallaşdırılmış qiymətinin (NAFİ) də hesablanması təklif olunur [5]. NAFİ
aşağıdakı düsturla təyin edilir:
n
n
i
inis
X
NAFİ
1
1
'
;
min
min
'
i
iopt
i
i
inis
X
X
X
X
X
,
burada
min
i
X
)
,
1
(
n
i
torpağın fiziki xassələrinin minimum qiymətləridir. NAFİ
kiçik
qiymətlərlə xarakterizə olunur və bu kəmiyyətin sıfıra bərabər olması torpağın
aqrofiziki vəziyyətinin pis olduğuna dəlalət edir. Bəzən torpağın fiziki xassələrinin
faktiki və maksimum qiymətlərini (
max
i
X
) xarakterizə etmək üçün
max
"
100
i
i
inis
X
X
X
nisbi kəmiyyətindən istifasdə olunur.
Torpağın fiziki vəziyyətinin qiymətləndirilməsində əcnəbi tədqiqatçılar
fərqli
aqrofiziki xassələr kompleksindən istifadə edirlər. Məsələn: torpağın susaxlama
qabiliyyəti, penetrasiya müqaviməti, aerasiya məsaməliyi [15],
tarla sututumu,
soluxma nəmliyi, aerasiya məsaməliyinin minimum qiyməti (10%), penetrasiya
müqavimətinin maksimum qiyməti (2 MPa) [9] və s. A.R. Dekster torpağın
susaxlama əyrisinin (kapilyar-sorbsiya rütubət potensialının rütubətin miqdarından
asılılıq funksiyası) mailliyi ilə təyin olunan fiziki vəziyyət indeksi (S) təklif edir [10]
və s. kəmiyyətinin torpağın struktur-aqreqat vəziyyətinin meyyarı olduğunu göstərir.
Tədqiqatın məqsədi taxıl aqrosenozunda torpağın aqrofiziki xassələrinə və
struktur-aqreqat tərkibinə əsasən fiziki vəziyyətinin qiymətləndirilməsindən
ibarət
olmuşdur.
Tədqiqat 2015-ci ilin may ayında Dağlıq Şirvanın quraq dəmyə şəraitində
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan bölgə təcrübə stansiyasında (BTS)
istehsalat şəraitində becərilən taxıl aqrosenozunda aparılmışdır. BTS-in ərazisi
əsasən orta və ağır gillicəli açıq-şabalıdı (qəhvəyi) torpaq örtüyündən ibarətdir. Əkin
qatında uyğun olaraq humusun və karbonatların miqdarı 1.9-2.2% və 7.5-8.5%,
mühitin turşuluq göstəricisi pH 8.2-8.6, torpağın bərk fazasının sıxlığı (ρ
s
, q/sm
3
) 2.6-
2.7 diapazonunda dəyişir. Tədqiqat üçün Qobustan yumşaq buğda və Cəlilabad 19
arpa sortlarından ibarət aqrosenozlardan hər birinin ölçüsü 100 x 100 m olan nisbətən
bircins sahə seçilmişdir. Torpağın şüm (0-25 sm) və şumaltı (25-50 sm) qatlarından
eyni sxemlə (aralarındakı məsafə ~10 m olmaqla kvadratın diaqonalları
və yan orta
xətləri üzrə) hər bir aqrofiziki xassə üçün 33 nümunə götürülmüş və standart
aqrofiziki metodlarla tədqiq edilmişdir [2; 7].
Torpağın şum və şumaltı qatlarının struktur vəziyyəti onun münbitlik
göstəricilərindən biridir. Torpaqda optimal su-hava
və qida rejimlərinin
formalaşmasında aqreqatların ölçülərinə görə paylanması mühüm rol oynayır. Belə
ki, torpağın struktur vəziyyətinin pisləşməsi su-hava rejiminin dəyişməsinə, kapilyar
və qeyri-kapilyar məsamələrin balansının pozulmasına, izafi su itkisinə səbəb olan
dərin çat şəbəkəsinin yaranmasına, aqrofiziki qiymətli aqreqatların azalmasına,
kəltənliyin artmasına, məhsuldarlığın azalmasına və s. səbəb olur. Bu nöqteyi-
nəzərdən torpağın gücdəndüşmə əmsalı (
K
gd
) aşağıdakı düsturla təyin edilmişdir:
475
s
t
gd
AQA
AQA
K
1
100
,
burada
AQA
t
, AQA
s
– uyğun olaraq torpağın şum və şumaltı qatlarında 10-0.25 mm
diametrli aqrofiziki qiymətli aqreqatların ümumi miqdarıdır.
Kənd təsərrüfatı istifadəçiliyində olan torpaqların aqrofiziki vəziyyəti haqqında
informasiyanın əldə edilməsində effektiv üsullardan biri torpaqların diaqnostik fiziki
göstəricilərinin faktiki və optimal qiymətlərinin müqayisə olunmasıdır.
Tədqiq
olunmuş torpaq örtüyünün aqrofiziki vəziyyət indeksinin hesablanması aşağıdakı
diaqnostik fiziki xassələrə əsasən aparılmışdır: sıxlıq, ümumi məsaməlik, 10-0.25
mm aqrofiziki qiymətli və >0.25 mm suyadavamlı aqreqatların cəmi. Optimal
qiymətlər son 5 ildə taxıl aqrosenozunda apardığımız
tədqiqatlara və ədəbiyyat
məlumatlarına əsasən müəyyən edilmişdir [1; 3; 6]. Cədvəl 1-də taxıl aqrosenozunda
torpağın şum və şumaltı qatlarının fiziki xassələrinin orta, minimum və maksimum
qiymətləri verilmişdir. Torpağın diaqnostik fiziki xassələri üçün yığımın həcmi n =
33 olanda 5%-li mənalıq səviyyəsində Stüdentin t-kriteriyası
ilə orta qiymətlərin
müqayisəsi buğda və arpa aqrosenozunda torpağın şum və şumaltı qatlarında ρ
b
, ɛ
t
,
Dostları ilə paylaş: