Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə60/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   56   57   58   59   60   61   62   63   ...   352
 
UOT633.11:551.5 
 
QURAQLIQ STRESİNİN YUMŞAQ BUĞDA SORTNÜMUNƏLƏRİNİN
MƏHSULDARLIĞINA VƏ SÜNBÜLÜN STRUKTUR ELEMENTLƏRİNƏ 
TƏSİRİ 
 
S.İ.HÜSEYNOV 
b.ü.f.d. aparıcı elmi işci 
Əkinçilik Elmi –Tədqiqat İnstitutu, Bakı, Az 1098 Pirşağı qəs. 
Sovxoz № 2, e-mail: hseyfulla.huseynov@rambler.ru
 
 
Məqalədə SİMMİT və İKARDA birgə proqramları və yerli bərk buğda 
sortlarından hazırlanmış pitomnik materialları üzərində aparılmış elmi tədqiqatlar 
verilmişdir

Quraqlıq stresinin yumşaq buğda sortnümunələrinin məhsuldarliğına və
sünbülün struktur elementlərinə təsiri, sünbülün struktur elementlərinin dənin 
məhsuldarliğı, 1000 dənin kütləsi və bitkilərin boyu ilə əlaqəsi öyrənilmişdir. 
 
Acar sözlər:
yumşaq buğda, sort, məhsuldarlıq, sünbül elementləri, quraqlıq 
stresi 
 
Respublikamızın artmaqda olan əhalisinin bazar iqtisadiyyatı şəraitində zülallı 
maddələrə olan tələbatını ödəmək üçün dənli bitkilərin dənində məhsuldarlığın,
keyfiyyət və texnoloji keyfiyyət göstəricilərinin miqdarının artırılması hazırki dövrdə 
alimlərin qarşısında duran ən böyük problemlərdən biridir. Bu problemlərin həlli isə 
ildən ilə getdikcə çətinləşir.
 
Respublikamızın müstəqillik illərini yaşadığımız zamanda əkinə yararlı 
torpaqlarımızın demək olar ki, hamısı pay torpaq kimi vətəndaşlara və kənd 
zəhmətkeşlərinin özünə paylanmışdır. Torpaq sahibi olan kənd zəhmətkeşləri seçim 
qarşısında qaldılar, pay torpaqlarından necə istifadə etsinlər ki, ailələrinin vəziyyətini 
yaxşılaşdırmağı təmin etsinlər və bundan başqa səhər və kənd əhalisini kənd 
təsərrüfatı məhsullarına olan tələbatı da pay torpaqlarına malik olan fermerlər 
tərəfindən təmin olunmalıdır.
Pay torpaqlarına sahib olan fermerlər hal hazırda çətınliklər qarşısında qalıblar. 
Çünki həmin fermerlər torpağın strukturunu, torpaqda əkiləcək bitkilərə lazım olan 
qida maddələrinin, nəzərdə tutulan məhsulu almaq üçün torpağa veriləcək qida 
maddələrinin (üzvi və mineral gübrələrin) miqdarını, torpaq reaksiyasını (turş, 
neytral və qələvi xassəli) torpaqda duzluluğun, kirəşləşmənin və .s. ümumiyyətlə 
bitkiyə lazım olan, bütün mənfi və müsbət təsir edən faktorları öyrənmədən, əhalimiz 
üçün lazım olan yüksək məhsuldar və yüksək keyfiyyətli, ekoloji təmiz məhsul almaq 
üçün hansı tip torpaqda hansı bitkinin əkilməsini bilmirlər. 


90 
Ona görə də yuxarıda sadalanan problemləri həll etmək üçün taxıl əkiləcək 
həmin torpaqların bütün kimyəvi tərkibi təyin olunmalıdır. Ümumiyyətlə buğda 
bitkisinin potensial məhsul imkanlarını tam üzə çıxarmaq üçün bu bitkiyə təsir edən 
kompleks aqrotexniki və digər tədbirlər tam tətbiq olunmalıdır. 
Bu məqsədi həyata keçirmək üçün biotik və abiotik amillərə davamlı yüksək 
məhsuldar və yüksək keyfiyyətli buğda sortlarının bioloji və molekulyar 
xüsusiyyətlərinin öyrənilməsi üçün Cəlilabad BTS-nin su ilə təmin olunmayan quraq 
dəmyə torpaqlarında Beynəlxalq Seleksiya mərkəzi SİMMİT, İKARDA-dan alınmış 
və 
yerli buğda genefondundan məhsuldarlığına, keyfiyyətinə, quraqlığa 
davamlılığına, xəstəlik və ziyanvericilərə qarşı davamlılığına görə seçilmiş müxtəlif 
növ yumşaq və bərk buğda sortları əkilərək dənin məhsuldarlığı, keyfiyyəti, qidalılıq 
dərəcəsi texnoloji keyfiyyəti və seleksiya əhəmiyyətliliyi öyrənilmiş, yeni yüksək 
məhsuldar, yüksək keyfiyyətli, quraqlığa davamlı, xəstəlik və ziyanvericilərə 
davamlı sortların yaradılmasında istifadə olunmaq üçün seleksiyaçılara tövsiyə 
olunacaqdır [1; 2].
 
Tədqiqatın məqsədi respublikamızın kəskin fərqlənən torpaq iqlim şəraiti üçün 
əkilmiş buğda sortlarında keyfiyyətli dən məhsulunun əmələ gəlməsinin fizioloji və 
biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və bu göstəricilərin yeni yüksək məhsuldar, 
yüksək keyfiyyətli və quraqlığa davamlı sortların yaradılması üçün seleksiya 
prosesində istifadə olunma mümkünlüyünün araşdırılması, keyfiyyət göstəriciləri ilə 
tez yetişkənlik quraqlığa davamlılıq, məhsuldarlıq və keyfiyyət əlamətlərinin 
qarşılıqlı əlaqəsinin çoxlu buğda sortları üzərində məqsədyönlü elmi tədqiqatlar 
aparılmasıdır. 
Təcrübələr buğda genofondundan seçilmiş və yerli perspektiv sotlardan ibarət
150-ə yaxın bərk və yusmaq buğda sortları, hər hesablanan ləkin sahəsi 10 m
2
olmaqla 4 (dord) təkrarda qoyulmuşdur. Çıxışdan başlayaraq vegetasiyanın 
sonunadək fenoloji müşahidələr Kuperman metodu ilə aparılmışdır [3; 4]. 
Cənubi muğan zonasının nəmliklə təmin olunmayan dəmyə torpaqlarında 
becərilmış müxtəlif növ bərk və yumşaq buğda sortlarının analizlərindən məlum olur 
ki, vegetasiyanın müxtəlif illəri əkilmış sortların məhsuldarlığına kəskin təsir edir. 
 
Təcrübədən məlum olmuşdur ki, tədqiq ounan yumşaq buğda sortlarının 
seleksiya əhəmiyyətliliyini öyrənmək üçün bitkinin struktur analizi ilə yanaşı, dənin 
məhsuldarlığının öyrənilməsi çox vacibdir.
Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, müxtəlif növ yumşaq 
buğda sortlarının dən məhsuldarlığı (360-680 q/m
2
) arasında olmuşdur (cədvəl 1). 
Tədqiq olunan yumşaq buğda sort nümunələrində ən yüksək məhsuldarlıq 130№58
(680q/m
2
), F.02.N 8.N 9.07 (665 q/m
2
), RBWON SAA-35 (653q/m
2
) sortlarında ən 
aşağı məhsuldarlıq isə 2
nd
FAWWEYT FRC 9918(360q/m
2
), 3
rd
WWONSA- 67 
(370q/m
2
), Əzəmətli 95(st.) (400q/m
2
), sortlarında qeyd olunmuşdur (cədvəl 1). 
Yuxarıda sadaladığımız ən yüksək məhsuldarlığına görə seçilən yumsaq buğda 
sortlarının hamısı standart kimi götürülən Əzəmətli 95sortunu məhsuldarlığına görə 
üstələmişlər (cədvəl 1).

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin