90
Ona görə də yuxarıda sadalanan problemləri həll etmək üçün taxıl əkiləcək
həmin torpaqların bütün kimyəvi tərkibi təyin olunmalıdır. Ümumiyyətlə buğda
bitkisinin potensial məhsul imkanlarını tam üzə çıxarmaq üçün
bu bitkiyə təsir edən
kompleks aqrotexniki və digər tədbirlər tam tətbiq olunmalıdır.
Bu məqsədi həyata keçirmək üçün biotik və abiotik amillərə davamlı yüksək
məhsuldar və yüksək keyfiyyətli buğda sortlarının bioloji və molekulyar
xüsusiyyətlərinin öyrənilməsi üçün Cəlilabad BTS-nin su ilə təmin olunmayan quraq
dəmyə torpaqlarında Beynəlxalq Seleksiya mərkəzi SİMMİT, İKARDA-dan alınmış
və
yerli buğda genefondundan məhsuldarlığına, keyfiyyətinə, quraqlığa
davamlılığına, xəstəlik və ziyanvericilərə qarşı davamlılığına
görə seçilmiş müxtəlif
növ yumşaq və bərk buğda sortları əkilərək dənin məhsuldarlığı, keyfiyyəti, qidalılıq
dərəcəsi texnoloji keyfiyyəti və seleksiya əhəmiyyətliliyi öyrənilmiş, yeni yüksək
məhsuldar, yüksək keyfiyyətli, quraqlığa davamlı,
xəstəlik və ziyanvericilərə
davamlı sortların yaradılmasında istifadə olunmaq üçün seleksiyaçılara tövsiyə
olunacaqdır [1; 2].
Tədqiqatın məqsədi respublikamızın kəskin fərqlənən torpaq iqlim şəraiti üçün
əkilmiş buğda sortlarında keyfiyyətli dən məhsulunun əmələ gəlməsinin fizioloji və
biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və bu göstəricilərin yeni yüksək məhsuldar,
yüksək keyfiyyətli və quraqlığa davamlı sortların yaradılması
üçün seleksiya
prosesində istifadə olunma mümkünlüyünün araşdırılması, keyfiyyət göstəriciləri ilə
tez yetişkənlik quraqlığa davamlılıq, məhsuldarlıq və keyfiyyət əlamətlərinin
qarşılıqlı əlaqəsinin çoxlu buğda sortları üzərində məqsədyönlü elmi tədqiqatlar
aparılmasıdır.
Təcrübələr buğda genofondundan seçilmiş və yerli
perspektiv sotlardan ibarət
150-ə yaxın bərk və yusmaq buğda sortları, hər hesablanan ləkin sahəsi 10 m
2
olmaqla 4 (dord) təkrarda qoyulmuşdur. Çıxışdan başlayaraq vegetasiyanın
sonunadək fenoloji müşahidələr Kuperman metodu ilə aparılmışdır [3; 4].
Cənubi muğan zonasının nəmliklə təmin olunmayan dəmyə torpaqlarında
becərilmış müxtəlif növ bərk və yumşaq buğda sortlarının analizlərindən məlum olur
ki, vegetasiyanın müxtəlif illəri əkilmış sortların məhsuldarlığına kəskin təsir edir.
Təcrübədən məlum olmuşdur ki, tədqiq ounan yumşaq buğda sortlarının
seleksiya əhəmiyyətliliyini öyrənmək üçün bitkinin struktur analizi ilə yanaşı, dənin
məhsuldarlığının öyrənilməsi çox vacibdir.
Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
müxtəlif növ yumşaq
buğda sortlarının dən məhsuldarlığı (360-680 q/m
2
) arasında olmuşdur (cədvəl 1).
Tədqiq olunan yumşaq buğda sort nümunələrində ən yüksək məhsuldarlıq 130№58
(680q/m
2
), F.02.N 8.N 9.07 (665 q/m
2
), RBWON SAA-35 (653q/m
2
) sortlarında ən
aşağı məhsuldarlıq isə 2
nd
FAWWEYT FRC 9918(360q/m
2
), 3
rd
WWONSA- 67
(370q/m
2
), Əzəmətli 95(st.) (400q/m
2
), sortlarında qeyd olunmuşdur (cədvəl 1).
Yuxarıda sadaladığımız ən yüksək məhsuldarlığına görə seçilən yumsaq buğda
sortlarının hamısı standart kimi götürülən Əzəmətli 95sortunu məhsuldarlığına görə
üstələmişlər (cədvəl 1).
Dostları ilə paylaş: